DƏRZİ
DƏSTƏRƏ
OBASTAN VİKİ
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan Diasporuna Dəstək Fondu — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond. == Tarixi == Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır. == Məqsədi == Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir. == İdarə olunması == Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir. Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır. === Müşahidə Şurası === Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir. Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. === İcraçı direktor === Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
Koronavirusla Mübarizəyə Dəstək Fondu
Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. == Haqqında == Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır.Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. === Fondun vəsaitindən koronavirusla mübarizə üçün istifadə istiqamətləri === Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə; Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; Tibb sahəsində mütəxəssislərin hazırlanmasına; Təbliğat və maarifləndirmə işlərinə; Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə. == Fəaliyyəti == === İanələr === İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ardınca Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.Dövlət başçısının ardınca Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edənlərin sayı artıb.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Siyasi məhbuslara dəstək etirazı
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. == Tarix == 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb.Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər.Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar. Bundan əlavə, Dağlıq Qarabağ mövzusunda Azərbaycan hökumətinin sülhsüvər mövqeyi onları hiddətləndirən səbəblərdən olub.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. == İştirakçı sayı == Təşkilatçıların iddialarına görə mitinqdə təxminən 20,000 nəfər iştirak edib. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə isə iştirakçı sayı 2,800 nəfər olub.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. == Tarix == İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.
ARM prosessorlarının dəstəkləyən əməliyyat sistemlərinin siyahısı
ARM arxitekturası əməliyyat sistemlərinin coxu tərəfindən dəstəklənir. Bunların arasında Unix и Unix-ə bənzər ƏS: GNU/Linux, BSD, QNX, Plan 9, Inferno, Solaris, iOS, Android, Firefox OS. Həmçinin bu platforma üzərində müxtəlif variantları işləyə bilən Windows : Windows CE, Windows Phone, Windows RT. Bundan əlavə ARM-in dəstəkləyən ƏS: ReactOS, FreeRTOS, Nucleus, Symbian OS, RISC OS. == Dəstəklənən Unix-ə bənzər sistemlər == === Linux-in distributivləri === Növbəti Linux distributivləri ARM prosessorları dəstəkləyir: Ångström ALT Linux Archlinux Astra linuxArxivləşdirilib 2016-11-19 at the Wayback Machine Bodhi Linux Chrome OS Debian ELinOS Fedora Gentoo GoboLinux iPodLinux Kali linux Maemo MeeGo MontaVista openSUSE Open webOS Sailfish OS Slackware SteamOS T2 SDE Ubuntu Wind River Linux === BSD === BSD-dən törəmə olan ARM prosessorlarını dəstəkləyən ƏS-ləri: RISC iX (Acorn ARM2/ARM3-based systems only) FreeBSD NetBSD OpenBSD === Solaris === Hərçənd ki, Solaris x86/x86_64 və SPARC tipli prosessorlarla işləyən əməliyyat sistemidir, 2008 — 2009-cu illərdə OpenSolaris -in ARM versiyası olacaq «osarm»-ı yaratmaq üçün təsəbbüş göstərilmişdir.
Kompüter-dəstəkli təlim
Təhsil texnologiyası — öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi.. "EdTech" abreviaturası adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. "EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age" (2019) adlı kitabda Tanner Mirrlis və Şahid Alvi "EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna" olmadığını vurğulayır, "EdTech" sənayesini "mənfəət əldə etmək məqsədi ilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi" müəyyən edir. Onlara görə, "bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür". == Tərifi == Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası (TKTA) təhsil texnologiyasını "müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi" kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını "öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi" kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.

Значение слова в других словарях

безопа́сно обновля́емость перекла́дина подкисли́ть похи́щенное разряди́ться соснови́к флюи́дный чувя́к до то́чности ершо́вый ненорми́рованность облече́ние пережени́ть подме́шиваться пробомби́ть дистанция х Monroeism overran papyro- semiliterate simon-pure Sulu Sea tetradymite