DƏYİŞMƏ


1.Dəyişmək”dən f.is. Təbiətdə maddə itmir və yaranmır, o ancaq müxtəlif dəyişmələrə uğrayır.
2. is. Mübadilə. Mal dəyişmə.
3. qram. bax təsrif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏYİŞMƏ təsrif
  • DƏYİŞMƏ başqalaşma — təzələnmə
  • DƏYİŞMƏ mübadilə
DƏYİŞKƏNLİK
DƏYİŞMƏK
OBASTAN VİKİ
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə, yerini dəyişmə (ing. move, ru. перемещение) - informasiyanın bir yerdən başqa bir yerə verilməsi. Əməliyyatdan asılı olaraq yerdəyişmə kompüterin yaddaşında yerləşmiş verilənlərə, yaxud verilənlər faylında olan mətnə və ya görüntüyə aid ola bilər. Məsələn, proqramlaşdırmada move deyimi tək qiyməti bir yaddaş sahəsindən başqasına verə bilər. Digər tərəfdən, tətbiqi proqramlarda yerdəyişmə komandası mətnin bir hissəsini sənədin bir yerindən başqa bir yerinə köçürə bilər. İnformasiyanı təkrarlayan köçürmə – kopiyalama (COPY) prosedurundan fərqli olaraq, yerdəyişmə zamanı informasiya ilkin yerindən uzaqlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycanda iqlim dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — keçmiş SSRİ-nin bütün ölkələri və bütün sənayeləşmiş ölkələr daxil olmaqla dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilə. Konvensiya 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində təntənəli şəkildə qəbul edildi və 21 mart 1994-cü ildə qüvvəyə mindi (Rusiya 1994-cü ildə UNFCCC-ni təsdiqlədi). == Əlavə I və Əlavə II ölkələri, inkişaf etməkdə olan ölkələr == UNFCCC imzalayan ölkələr üç kateqoriyaya bölünür: Əlavə I spesifik emissiyalara nəzarət öhdəliyi götürmüş ölkələr (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri və keçid iqtisadiyyatı olan ölkələr, cədvələ baxın); Əlavə II inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatı olan ölkələrə yardım etmək üçün xüsusi maliyyə öhdəlikləri götürən ölkələr (müstəsna olaraq İƏİT üzvləri) (ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı və tətbiqinə kömək daxil olmaqla); İnkişaf etməkdə olan ölkələr. == Qurumlar == Tərəflərin Konfransı (Conference of the Parties, COP) — hər il konvensiyanın müddəalarının yerinə yetirilməsini nəzərdən keçirmək, konvensiya qaydalarının daha da inkişaf etdirilməsinə qərar vermək və yeni öhdəliklər barədə danışıqlar aparmaq üçün toplaşan ali orqandır. === Köməkçi orqanlar === Konvensiyanın iki köməkçi orqanı Tərəflərin Konfransına hazırlaşmaq üçün ildə ən azı iki dəfə toplanır. Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Qurum (Subsidiary Body for Scientific and Technological Advice, SBSTA) — konfransa milli hesabat və emissiya reyestri standartlarının təkmilləşdirilməsi üçün rəhbərlik daxil olmaqla elm, texnologiya və metodologiya ilə bağlı tövsiyələr verir. Tətbiq üçün Köməkçi Qurum (Subsidiary Body for Implementation, SBI) — konvensiyanın icrasını qiymətləndirməyə və nəzərdən keçirməyə kömək edir, məsələn, konvensiya tərəfləri tərəfindən verilən milli hesabatları nəzərdən keçirərək. Həm də maliyyə və inzibati məsələlərlə məşğul olur. == Həmçinin bax == Paris sazişi (2015) == İstinadlar == == Ədəbiyyat == UNFCCC (2005) Caring for Climate: A guide to the Climate Change Convention and the Kyoto Protocol (revised 2005 edition).
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Faza dəyişməsi
Faza dəyişməsi - amplitudda verilən istənilən zamanda sistemin dəyişməsini təyin edən fazadır. Əgər faza dəyişməsi sinusoid, kosinusoid və eksponensial qanunları ilə izah edilirsə: A cos ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\cos(\omega t+\varphi _{0})} , A sin ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\sin(\omega t+\varphi _{0})} , e i ( ω t + φ 0 ) {\displaystyle e^{i(\omega t+\varphi _{0})}} ,Onda faza dəyişməsi harmonik dəyişməsini izah edən periodik funksiyanın arqumenti sayılır. == Faza dəyişməsinin hesablanması == Faza dəyişməsi aşağıdakı düsturlarla təyin olunur: T = 1 f → [ f = 50 H z ] {\displaystyle \ T={\frac {1}{f}}\to [f=50Hz]} T = 1 50 = 20 m s → [ 360 ∘ V a x t ] {\displaystyle \ T={\frac {1}{50}}=20ms\to [360^{\circ }Vaxt]} ϕ = t ⋅ 360 ∘ T → [ t = 5 ] {\displaystyle \ \phi ={\frac {t\cdot 360^{\circ }}{T}}\to [t=5]} ϕ = 5 ⋅ 360 ∘ 20 = 90 ∘ {\displaystyle \ \phi ={\frac {5\cdot 360^{\circ }}{20}}=90^{\circ }} == İstinadlar == == Xarici keçidlər == Relationship of phase difference and time-delay Phase angle, phase difference, time delay, and frequency ECE 209: Sources of Phase Shift — Discusses the time-domain sources of phase shift in simple linear time-invariant circuits.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.
Yaddaşın dəyişməzliyi
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri. 1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir. = Haqqında = Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.
İqlim Dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

Digər lüğətlərdə

бобри́ный вдохну́ть вы́пестовать изощре́ние наку́ривание наморо́зить непреме́нный североамерика́нка стручко́вый тало́нчик гелиобиоло́гия неоднозна́чность но́ев ковчег отоларинго́лог подпеча́тываться поча́ток прислу́жничать сесть на́ голову упо́рство Biddie commonalty tap water пленум розмарин хорея