DƏĞDƏĞƏ

is. [ ər. ] klas.
1. Bihudə təlaş və iztirab, qorxu, həyəcan; gurultu-patırtı.
Fariq eylə məni bu dəğdəğeyi-dünyadən. S.Ə.Şirvani.

2. Dərd, başağrısı, qayğı, əndişə, fikir.
Hərgah doğrusunu bilmək istəyirsən, ərz edim: – Başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir.
…Ondan da aşağıda odun və kömür dəğdəğəsidir. F.Köçərli.

3. Yoldan çıxaran, başdan çıxaran şey, azdırıcı şey.
Heyfa ki, bizim bu vəsvəseyişeytan və dəğdəğeyi-insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. F.Köçərli.

□ Dəğdəğə vermək – yoldan çıxarmaq, azdırmaq, başdan çıxarmaq.
Sən deyildinmi, mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı, uyezd naçalniki Vinokurova ver? Ə.Haqverdiyev.
[Xanpəri:] Birdən şeytan mənə dəğdəğə verir ki, dur get, o Gülşəndir, nədir, tut onun başını yol. Ə.Vəliyev.

DƏFTƏRQAZI
DƏĞDƏĞƏÇİ

Значение слова в других словарях

авитамино́з бодли́вость заслы́шаться излива́ться кунштю́к му́дро наче́сть по-борцо́вски поси́льный прослу́шание проштра́фиться разлопуши́ть раскула́ченная на уста́х у всех припорто́вый самоса́дка флами́нго bespeak common shares crannied delphinine holy Joe numbering skippet uncock