EŞİDİLMƏK

məch.
1. Qulaq vasitəsilə qavranılmaq, qulaqla duyulmaq, qulağa çatmaq (səs haqqında).
Yuxarıda qat-qarışıq bir səs eşidildi. A.Şaiq.
Göydə ulduz ulduzu çağırırdı… Yaxından dənizin uğultusu eşidilirdi. M.Hüseyn.
Birdən lap qulağının dibində eşidilən bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən.

2. Xəbər çatmaq, xəbər alınmaq. Bu gün təzə bir xəbər eşidildi.
3. Dinlənilmək, qulaq asılmaq, qəbul edilmək, nəzərə alınmaq (çox vaxt inkar şəklində). Onun bu arzusu kimsə tərəfindən eşidilmədi.
EŞİDİLMƏ
EŞİDİLMƏZ

Digər lüğətlərdə

вня́тный подбо́рочный прива́льное прозёвывать ра́усный согла́сно арабе́ски гу́зка жела́нная мелково́дье нечёткость примёрзнуть хлоп теоретический aerosolize back-pedal Ceasarea clam Fujiyama picric acid punctuative run about лущёный нежели одурачить