E-DƏRSLİK

is. \[e- "elektron" + ər. دَرْس \] təhs. Elektron dərslik. Təhsil sisteminin informasiyalaşdırılması təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır.
DVP
E-DİPLOMATİYA
OBASTAN VİKİ
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Əyani dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Elektron dərslik
Elektron dərslik və ya (e-dərslik) — tədris prosesini dəstəkləmək üçün rəqəmsal formatda hazırlanmış tədris materialıdır. Elektron dərsliklər ənənəvi dərsliklərə alternativ olaraq geniş məzmun, interaktiv elementlər və multimedia imkanları ilə zənginləşdirilir. Bu dərsliklər təhsil prosesində müəllimlər və tələbələr üçün daha səmərəli və əlçatan bir öyrənmə mühiti yaradır. Elektron dərsliklər tədris prosesinin modernləşdirilməsinə, tələbələrin daha dərindən öyrənməsinə və təhsilin daha əlçatan olmasına şərait yaradır. Müasir dövrdə bir çox ölkə, o cümlədən Azərbaycan, tədris proqramında elektron dərsliklərin tətbiqini artırmağa yönəlmişdir. == Xüsusiyyətləri == Elektron dərsliyin xüsusiyyətləri: Rəqəmsal məzmun — elektron dərsliklər mətn, şəkil, video, səs yazıları və interaktiv qrafiklər kimi rəqəmsal elementlərdən ibarətdir. Bu, dərsliyin daha maraqlı və məlumatlandırıcı olmasına kömək edir. İnteraktiv funksiyalar — e-dərsliklərə testlər, suallar, tapşırıqlar, sözlük və söz axtarışı kimi interaktiv funksiyalar əlavə edilir. Bu, tələbələrin dərs materialını daha yaxşı mənimsəməsinə və dərslərlə fəal məşğul olmasına imkan verir. Daşınma və əlçatanlıq — elektron dərsliklər müxtəlif cihazlarda – kompüterlər, planşetlər, telefonlar üzərindən istifadə edilə bilər.
Qrey Anatomiyası (dərslik)
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. == Kitabın tarixi == Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir. == Haqqında == Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular. Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədliyyə Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi. == Nəticə == Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.
E
Latın qrafikalı Azərbaycan əlifbasında 6-cı hərf, 9 saitdən biridir. E incə, dodaqlanmayan və açıq saitdir.
E!
E! (rəsmi olaraq ing. E! Entertainment Television) — NBC Universal şirkətinə məxsus Amerika kabeli və peyk televiziyası kanalı. 2013-ci ilin avqust ayından etibarən 96 472 000 ABŞ (ölkənin 84.48%) tərəfindən qəbul edilir .
e² (İtalyanca tələffüz: E Quadrato) italyan musiqiçisi Eros Ramazzotti tərəfindən 27 oktyabr 2007-ci ildə buraxılmış kolleksiya albomudur. Bu albomu hazırlayarkən Ramazzotti Santana, Ricky Martin, Tina Turner, Amaia, Anastacia, Wyclef Jean, Take 6, Steve Vai, Cher və Dado Moroni ilə işləmişdir. Bu albom çıxdığı zaman İtaliyada satıldı. Ənənəvi Eros Ramazzotti mahnılarına əlavə olaraq, bu alboma 2007 Ramazzotti mahnıları da daxildir: Non Siamo Soli, Ci Parliamo Da Grandi, Dove si nascondono gli angeli və Il tempo tra di noi . Bu albomun yazıları; ABŞ, İtaliya, İngiltərə və Hollandiyada istehsal edilmişdir . Bu albomda 2 disk var və albomun dili italyancadır . == Albomda mahnılar == Bu albomun ilk diskinə 4 yeni Eros Ramazzotti mahnısı daxildir; Non Siamo Soli ( Rikki Martin ilə)*, Terra Promessa, Una Storia Importante (remiks), Un Cuore Con Le Ali, Adesso Tu, Se Bastase Una Canzone, Un'Altra Te, favola, Più Bella Cosa, Più Che Puoi ( Cher ilə), Non Ti Prometto Niente, Mən Sənə Aidəm ( Anastasiya ilə), La Nostra Vita, Ci Parliamo Da Grandi*, Dove Si Nascondono Gli Angeli*, Il Tempo Tra Di Noi*.
E-bələdiyyə
E-demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
E-dövlət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
E-dərgi
Elektron jurnal və ya E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
E-hökumət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." == Terminologiyası == Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.
E-imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
E-kitab
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
E-konsaltinq
E-konsaltinq – e-biznesin bir növü; buraya müştərilərə elektron poçtla peşəkar məsləhətlərin verilməsi, informasiya xidmətlərindən arayışların təqdim oluması, İnternet üzərindən müxtəlif sorğuların keçirilməsi və s. aiddir.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
E-nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Hepatit E
Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər. == Etiologiyası == Xəstəliyin törədicisi Hepevirus cinsinə aid olan hepatit E virusudur (HEV). Virus ikosahedron formasına malikdir, üst qabığı yoxdur. Virus hissəciklərin ölçüsü 32–34 nm-dir, genomu təxminən 7,5 kb uzunluğunda tər ipli zəncirli kodlaşdırıcı RNT ilə təmsil olunur. Müxtəlif bölgələrdə — Asiya-Afrika, Meksika və Şimali Amerikada təcrid olunmuş beş HEV genotipi var: genotip 1 və 2 yalnız insanlarda, 3 və 4 zoonotik, insanlarda və isti qanlı heyvanlarda (qaban, maral) aşkar edilir, genotip 7 əsasən dromedarlara təsir göstərir. == Epidemiologiyası == Xəstəlik daha çox ekvatora yaxın inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. İnfeksiya mənbəyi əsasən xəstəliyin ilkin mərhələsində olan xəstə insandır.
Ukiyo-e
Ukiyo-e (浮世絵, azərb. dəyişən dünyanın şəkilləri‎) — Yaponiya taxta blok çapı və XVII–XX əsrlər arasında edilən, əyləncə mərkəzi, teatr, tarixi əfsanə və müxtəlif təbiət təsvirlərinin şəkilləri. Yaponiyada taxta blok çapının əsas bədii növüdür.
DALL-E
DALL·E, DALL·E 2, və DALL·E 3 — təbii dil açıqlamalarından (promptlar) rəqəmsal şəkillər yaratmaq üçün dərin öyrənmə metodologiyalarından istifadə edərək OpenAI tərəfindən hazırlanmış mətndən-şəklə çevirici modellər. Orijinal DALL·E OpenAI tərəfindən 5 yanvar 2021-ci ildə bloq yazısında elan edilib və şəkillər yaratmaq üçün modifikasiya olunmuş GPT-3 versiyasından istifadə edir. 6 aprel 2022-ci ildə OpenAI "konseptləri, atributları və üslubları birləşdirə bilən", daha yüksək çözümlülükdə daha real təsvirlər yaratmaq üçün nəzərdə tutulmuş yeni versiyanı - DALL·E 2-ni elan etdi. 2023-cü ilin sentyabrında OpenAI, əvvəlki iterasiyalarla müqayisədə "əhəmiyyətli dərəcədə daha çox nüans və təfərrüatı" başa düşməyə qadir olan DALL·E 3-ü elan etdi. 20 iyul 2022-ci ildə DALL·E 2, gözləmə siyahısında olan 1 milyon şəxsə göndərilən dəvətlərlə beta mərhələsinə keçdi; istifadəçilər hər ay pulsuz olaraq müəyyən sayda şəkil yarada və daha çoxunu satın ala bilirdilər. Etika və təhlükəsizliklə bağlı narahatlıqlara görə əvvəllər araşdırmaya baxış üçün giriş sadəcə öncədən seçilmiş istifadəçilərə verilmişdi. 28 sentyabr 2022-ci ildə DALL·E 2 ictimai olaraq açıldı və gözləmə siyahısı tələbi silindi. 2022-ci ilin noyabr ayının əvvəlində OpenAI DALL·E 2-ni API olaraq buraxdı və tərtibatçılara modeli öz tətbiqlərinə inteqrasiya etməyə imkan verdi. Microsoft, Bing və Microsoft Edge-ə daxil edilmiş Designer proqramında və Image Creator alətində DALL·E 2 tətbiqini təqdim etdi. API təsvirə görə qiymət əsasında işləyir, qiymətlər təsvirin keyfiyyətindən asılı olaraq dəyişir.
E-bankçılıq
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur. Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir. İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir. Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir. == Tarixi == === Prekursorlar === Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
E (albom)
E (℮) — İsveç-Britaniya müğənnisi Ecco2K-nın debüt studiya albomu. 27 noyabr 2019-cu ildə YEAR0001 vasitəsilə sürpriz şəkildə buraxılıb.
Formula E
Formula E, rəsmi olaraq ABB FIA Formula E Dünya Çempionatı — elektrikli avtomobillər üçün açıq çarx tək oturacaqlı motor idmanı çempionatı. Yarış seriyası elektriklə işləyən tək oturacaqlı yarış avtomobilləri üçün ən yüksək rəqabət sinfidir. İlk çempionat yarışı 2014-cü ilin sentyabrında Pekində keçirilib. 2020-ci ildən bu seriya FIA dünya çempionatı statusuna malikdir. ABB FIA Formula E Dünya Çempionatı mövsümü hər biri e-Prix kimi tanınan bir sıra yarışlardan ibarətdir. Yarışlar dünyanın bir çox ölkəsində və qitələrində, əsasən böyük şəhərlərin mərkəzindəki qapalı ictimai yollarda Formula E üçün xüsusi olaraq yaradılmış küçə dövrələrində, az sayda isə Mexikodakı Autódromo Hermanos Rodriguez kimi xüsusi təyinatlı dövrələrdə baş verir. Hər e-Prixdə iki illik Dünya Çempionatını müəyyən etmək üçün xal sistemi istifadə olunur: biri sürücülər üçün, biri isə konstruktorlar (komandalar) üçün. Hər bir sürücü yarışmaq üçün FIA tərəfindən verilmiş etibarlı e-Lisenziyaya malik olmalıdır. a Formula E avtomobilləri dünyada ən sürətli tənzimlənən elektrik yol yarışı avtomobilləridir. Gen3 avtomobilinin hazırlanmasında 2022–23 mövsümü üçün edilən əsas dəyişikliklər proqram təminatı yeniləmələri kimi birbaşa avtomobildə quraşdırılmış qabaqcıl əməliyyat sisteminə çatdırıldı.
E! News
E! News (əvvəllər News Daily və E!News Live kimi də tanınan), ABŞ-da E! kabel şəbəkəsinin əyləncə xəbərləri xidmətidir. 1991-ci il sentyabrın 1-də efirə çıxmaqla həftəiçi gündəlik xəbər buraxılışı ilə başlamışdır. İlk növbədə məşhurlar haqqında xəbərlər və dedi-qodular, qarşıdan gələn filmlərin və televiziya şoularının anonsları, önizləmələri, bu üç mövzunun hamısı haqqında müntəzəm seqmentlər, ümumən film və televiziya sənayesi haqqında xəbərlər verib. == Translyasiyalar == === ABŞ-də === ABŞ-da şou ilk dəfə 12 sentyabr 1991-ci ildə çıxmışdır. 2019-cu ilədək həftəiçi axşamlar saat 19:00-da və təkrar saat 23:00-da çixırdı. 2020-ci ildə həftəiçi iş günləri saat 7:00-da cıxıb. === Beynəlxalq translyasiyalar === Şou Birləşmiş Krallıqda, Almaniyada, Hindistanda, Filippində ABS-da çıxdıqdan sonra göstərilir. == Beynəlxalq versiyaları == Şounun müxtəlif ölkələrdə versiyaları da yayımlanır.