Ecell adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
== Coğrafiya ==
Ecell adası Baffin Torpağı ətrafında yerləşən çoxsaylı adalardan biridir. Ada Frobişer körfəzinin girişində, bir qədər böyük olan Rezolyoşen adasının şimalında yerləşir. Rezolyoşen, Ecell və Louer-Savic adaları tez-tez Rezolyoşen adaları qrupu olaraq adlandırılır. Adanın sahəsi 287 km², sahil xəttinin uzunluğu 148 km-dir.