ECAZ
EDAM
OBASTAN VİKİ
Edafik
== Edafik amillər == Edafik amillər- canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu edafik amillərə daxildir. == Edafik faktor == Edafik faktor-torpağın xüsusiyyətləri ilə təyin olunan faktor. == Edafik faktorlar == Edafik faktorlar-canlı orqanizmlərin həyatına və yayılmasına təsir göstərən torpaq şəraiti. Aşağıdakılara bölünür: kimyəvi-torpağın reaksiyası, duz rejimi (faydalı və zərərli duzlar), torpağın elementar ümumi tərkibi, torpağın uducu kompleksi və udma qabiliyyəti; fiziki xassələri su, hava və istilik rejimi, torpağın sıxlığı, mexaniki tərkibi, strukturu, rəngi, qalınlığı, qrunt suyunun dərinliyi, ana süxurun xarakteri;torpaqda bioedafik-torpaqda olan bitki və heyvan orqanizmləri. Edafik faktorlar bitki örtüyünün xarakterinə təsir göstərir, bu baxımdan bitkiləri spesifik ekoloji qruplara bölünür: kalsiyefil, kalsiyefob, holofit, hipsofit, psammofit, litofit və s. == Edafik irq == Edafik irqsubstrat (torpaq) faktorlarının təsiri altında xüsusiyyətlər yaranan irq. == Edafik klimaks == Edafik klimaks-pedoklimaks -iqlim və təkamül səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir). == Edafik klimaks == Edafik klimaks (pedoklimaks) - 1) bitki örtüyünün «final», nisbətən davamlı inkişaf fazası; iqlimlə yanaşı, həmçinin torpaq bitmə şəraitini (çökək yerlərdə izafi rütubətlənmə, daşlılıq dərəcəsi və s.) ilə müəyyən edilir. == Effektli doza == Effektli doza-ionlaşdırıcı gücə malik şüalanma, insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya həssaslığını nəzərə almaqla şüalanmanın mənfi təsirinin mümkün risk dərəcəsini və nəticələrini ifadə edir.
лани́ты переве́сить португа́лец просви́рниковые проститу́т тавре́ние модернизи́рование спа́льня стерилиза́ция термоуса́дочный батрак ancien regime Chersonese circalunadian dim kick back stage-setter trover wait всепоглощающий першить странник хозрасчёт цензура шарахнуться