edilmək
effekt
OBASTAN VİKİ
Edinburq
Edinburq (ing. və ş.german Edinburgh [ˈɛdɪnb(ʌ)rə], şot.kelt Dùn Èideann [tuːn ˈeːtʃən]) — Böyük Britaniyanın Şotlandiya vilayətinin ikinci böyük şəhəri (Qlazqodan sonra)və paytaxtı. Şimal-şərq hissəsində yerləşir. Bu şəhər turistlərin marağını qədim qalaları ilə cəlb edir. Edinburq, Böyük Britaniyada ilk kral şəhərlərindəndir.
Edinburq Universiteti
Edinburq Universiteti (ing. University of Edinburgh) — Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri. == Xarici əlaqələri == Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən Rassel qrupuna, eləcə də, "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Koimbra qrupunun üzvüdür. == Reytinqi == == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Culius Nyerere - Tanzaniyanın sabiq prezidenti; Yun Po Sun - Cənubi Koreyanın sabiq prezidenti; Uiliyam Uolker - Nikaraqua Respublikasının sabiq prezidenti; Qordon Braun - Böyük Britaniyanın sabiq Baş naziri; Con Rassel - Böyük Britaniyanın sabiq Baş naziri; Henri Templ - Böyük Britaniyanın sabiq Baş naziri; Çarlz Tupper - Kanadanın sabiq Baş naziri; Maykl Cullen - Yeni Zellandiyanın maliyyə naziri; Devid Yum - məşhur Şotland filosofu; Adam Smit - Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi; Artur Konan Doyl - məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi; Valter Skott - dünya şöhrətli yazıçı; Robert Stivenson - məşhur macəra romanlarının müəllifi; Edvard Appleton - fizika üzrə Nobel mükafatı laureatı; Çarlz Barkla - fizika üzrə Nobel mükafatı laureatı; Maks Born - fizika üzrə Nobel mükafatı laureatı; İqor Tamm - fizika üzrə Nobel mükafatı laureatı; Piter Doherti - tibb üzrə Nobel mükafatı laureatı; Ceyms Mirrlees - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Piter Mitçell - kimya üzrə Nobel mükafatı laureatı. == İlkləri == 1896-1898-ci illərdə burada entomologiya sahəsində bir tədqiqatçı kimi çalışmış Eleanor Anna Ormerod Edinburq Universitetindən fəxri doktor adı almış ilk qadındır. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Edinburq Universiteti Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 22.01.2010, № 03.
Edinburq adası
Edinburq (ing. Edinburgh) — Viktoriyadan cənubda, Koroneyşen körfəzində yerləşən kiçik ada. Adanın maksimal hündürlüyü 103 m-dir. == Tarixi == Əvvəllər adada Şimal Xəbərdarlıq sistreminə aid dispeçer stansiyası fəaliyyət göstərirdi.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Edinburq qalası
Edinburq Qalası (ing. Edinburgh Castle) — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi. == Tarixi == == Təsviri == Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir. === Mons Meg === Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir. == Cari istifadəsi == Edinburq qalası Şotlandiya hökumətinə məxsusdur.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Edinburq hərbi orkestr paradı
Edinburq kral hərbi orkestr paradı (ing. Royal Edinburgh Military Tattoo) — hər il avqust ayında Edinburq qalasında keçirilən hərbi parad. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
Edinburq of ze Sii
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Yeddi dəniz Edinburqu
Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar. Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib. 1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib. Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır.
Edinburqlu Mariya
Edinburqlu Mariya Aleksandra Viktoriya (ing. Marie Alexandra Victoria of Edinburgh) və ya Rumıniyalı Mariya (rum. Maria a României; 29 oktyabr 1875[…], İstuell-Park[d], Kent qraflığı – 18 iyul 1938 və ya 10 iyul 1938, Peleș qəsri[d], Munteniya) — Britaniya şahzadəsi, Alfred Sakskoburqqotskinin və böyük knyaginya Mariya Aleksandrovnanın qızı. Atası tərəfindən kraliça Viktoriyanın, anası tərəfindən imperator II Aleksandrın nəvəsidir. Rumıniyanın sonuncu kraliçası olmuşdur. == Həyatı == Mariya 29 oktyabr 1875-ci ildə İngiltərənin Kent qraflığında, İstuell-Parkda anadan olmuşdur. 1893-cü ildə Rumıniya taxtının varisi şahzadə Ferdinandla evlənmişdir. O, 1914-cü ildə atası I Karolun ölümündən sonra taxta çıxmışdır. Onların altı övladı olmuşdur. Birinci Dünya müharibəsi illərində Mariya Qızıl Xaç və digər xeyriyyə təşkilatlarında fədakar əməyi ilə Rumıniya xalqının hörmətini qazanmışdı.
в связи́ с че́м достава́ла запуши́ть ка́пер нака́зный холодю́ка ша́шечный ископа́ть невнима́ние обезно́жеть отъезжа́ющий подева́ть сноро́вка сра́щивание танцо́рка ути́рка фотока́др хоть кто зодчий тип Hebrician silver-grey tea-basket научно-исследовательский пилав