EHSAN

is. [ ər. ]
1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək.
– Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. Aşıq Qərib”.
Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir.
Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.

2. Savab məqsədi ilə bir şey (pul, yemək və s.) vermə. İbrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə səhərə kimi şadyanalıq elədilər.
Bütün fağır-füqəraya ehsan verildi. (Nağıl).

// Ehsan olaraq verilən, bağışlanan şey; bəxşiş, sədəqə.
Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. M.S.Ordubadi.
[Fərhad bəyin] heç ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir müəllim onun ehsanı olan taxıl-dəni rədd etsin. Qantəmir.

3. klas. Lütf, mərhəmət, yaxşılıq.
Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eləyən ehsanı yar etməz mana. Füzuli.
Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. Xətayi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHSAN 1. EHSAN (ölmüş adamın adına, xatirəsinə verilən yemək) Lakin o [Dursun], altı ay bundan əvvəl ölmüşdü, yası tutulmuş, ehsanı verilmişdi (A
  • EHSAN lütf — mərhəmət — yaxşılıq
  • EHSAN xeyrat
EHRAM₁
EHSANÇI

Digər lüğətlərdə