EHTİMAL

is. [ ər. ]
1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Onun bu gün gəlməyinə ehtimal azdır.
– Natəvandır ol, bu təklifə yoxdur ehtimal. Füzuli.
Əziz balalar!… Həmin bağlı otaqda 30-40 nəfər adam bir neçə vaxt davam edərsə, axırda bəzi azarlara mübtəla olub həlak olmaqlarına ehtimal var. N.Nərimanov.

2. Ara söz mənasında (çox vaxt “ki” bağlayıcısı ilə) – ola bilsin ki, yəqin ki, mümkündür. Mən sizi 6-7 ay əvvəl, bir kişi ilə bərabər gəzən görərdim… [O] gözlərinə qara rəngli bir gözlük taxırdı.
Ehtimal ki, gözləri görməyirdi. S.Hüseyn.
[Aydəmir:] …Fəqət, ehtimal ki, mən atdığım dəymişdir… C.Cabbarlı.
Ehtimal ki, o körpə heyvan balaca müsahibinin, onu yemləyib bəsləmək istəyən Baharın gəlməyini güman edib sevinmişdi. Mir Cəlal.

3. Güman, təxmin, təsəvvür, fərziyyə.
Fəlakət zamanı ən kiçik bir ehtimal belə, insanın xəyalında min ümid oyadır. M.İbrahimov.

□ Ehtimal etmək – mümkün hesab etmək, zənn etmək, güman etmək, təsəvvür etmək.
◊ Ehtimal nəzəriyyəsi – riyaziyyatın külli miqdarda təsadüfi hadisələrin qarşılıqlı təsirinə əsaslanan qanunauyğunluqlarını öyrənən şöbəsi.
Təsadüfi hadisələrin ehtimallarını öyrənən elmə ehtimal nəzəriyyəsi deyilir. Z.Xəlilov.

Hər (bir) ehtimala qarşı (görə) – mümkün ola biləcək, baş verə biləcək hadisəni, vəziyyəti və s.-ni nəzərə alaraq göz önündə tutmaq. Küçəyə çıxmaq lazım gəlirdi.
Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. M.S.Ordubadi.

Синонимы

  • EHTİMAL ehtimal bax 1. yəqin; 2. ümid
  • EHTİMAL mümkünlük
  • EHTİMAL güman — təsəvvür — fərziyyə
EHTİKARÇILIQ
EHTİMAM
OBASTAN VİKİ
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimal haqqında == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ehtimallıq
Ehtimallıq (alm. Probabilismus‎; fr. Probabilisme; ing. Probabilism; lat. Probabilis – ola biləcək; osm. tr. ihtimaliye; ər. الاحتمالية ; tr. olasıcılık) — biliyin ancaq imkanlılıq dəyəri olduğunu və imkan olarsa ola biləcəyini önə sürən nəzəri-skeptik təlim. == Mənbə == Adilə Nəzərova.

Значение слова в других словарях

вы́черниться лимона́д-газе́с му́скус на носу́ отжи́м персона́льный разны́ться треща́ть эксклюзи́вный минуть подкле́йка разро́зненно селе́ньице сидеть на чемода́нах униве́рсум цвето́чек cryobank phono- Radnorshire reasoning self-contemplation tacit наподдавать подрастать трельяж