EHTİRAS

is. [ ər. ]
1. Ağlın çətinliklə idarə edə bildiyi hiss. Ehtirasını saxlamaq.
[Xəlifə:] Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi. H.Cavid.
Sübhanverdizadə düşünür, getdikcə hərisliyi artır, gözlərində ehtiras qığılcımı çırtıldayırdı. S.Rəhimov.
Yazıçı iki gəncin məhəbbətini də şüurlu və sadə bir məhəbbət kimi verir.
Bu məhəbbət ehtirasa deyil, iki düşüncəli gəncin bir-birinə tam şüurlu münasibətinə əsaslanır. M.Arif.

// Coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan.
Bədiiruhi təsir cəhətindən …”Çargah” – həyəcan və ehtiras, “Bayatı-şiraz” – qəmginlik, “Humayun” isə “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyadır. Ü.Hacıbəyov.
[Südabənin] qapqara gözləri yenə şam kimi yandı.
Bir ehtiras alovu ilə işıqlandı. M.İbrahimov.

2. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil.
[Afət:] Bədənim yandırır öz libasımı; Dəryalar söndürməz ehtirasımı. M.Rahim.

3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq.
[Şeyx Kəbir:] Alçalır, ruhun alçalır… Ancaq; Səni alçaldan ehtiras olacaq. H.Cavid.
…Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə bilmir, bəlkə həmin ehtiraslara azad imkanlar axtarır. Ə.Sultanlı.

Синонимы

  • EHTİRAS 1. EHTİRAS (cinsi əlaqə meyli) Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram (M
  • EHTİRAS şəhvət — hərislik — düşkünlük
  • EHTİRAS coşğunluq — vəcd — həyəcan
  • EHTİRAS həvəs — eşq — şövq — meyl — şəhvət

Этимология

  • EHTİRAS Ərəbcə həris sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EHTİRAMSIZLIQ
EHTİRASLA

Значение слова в других словарях