EHTİYAC

is. [ ər. ]
1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum.
Xassə, ol rus elminə talib; Onlara ehtiyacımız çoxdur; Bilməsək dil, ilacımız yoxdur. S.Ə.Şirvani.
Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev.

2. Yoxsulluq, kasıblıq. Ehtiyac içərisində yaşamaq. Ehtiyac içində böyümək.
– Bu əğniyaların üzün görüncə ehtiyacda; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir.
Ehtiyac üzündən özgə qapısında qulluqçuluq edən qız görmədiyi, sevmədiyi dəli bir dövlətliyə satılır. S.S.Axundov.
Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİYAC 1. EHTİYAC (bir şeyə olan tələb) [Şakir:] Bildilər ki, bir şeyə ehtiyacı var, xahişsiz-filansız düzəldilər (M
  • EHTİYAC yoxsulluq — kasıblıq
  • EHTİYAC tələb — lüzum — gərəklik

Etimologiya

  • EHTİYAC Hacət sözü ilə qohumdur, ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EHTİVA
EHTİYACSIZ

Digər lüğətlərdə