EHTİYATLI

sif.
1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən.
– Məmməd … ehtiyatlı adam idi. M.İbrahimov.

// zərf Ehmallı, üsullu, ehtiyatla.
Çıxdım küçəyə və ehtiyatlı keçib getdim. C.Məmmədquluzadə.
Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun.

□ Ehtiyatlı olmaq – gözlənilən hər bir ehtimala qarşı tədbirli olmaq, üsullu iş görmək, qorxulu bir iş üçün hazır olmaq.
Zaman ani olaraq qərara gəldi ki, ehtiyatlı olmaq lazımdır. S.Rəhimov.
Axşam ovunda ehtiyatlı olmağı qərara aldım. M.Rzaquluzadə.

2. Tədarüklü, gələcək üçün ehtiyat saxlayan, tədarük edib saxlayan. Ehtiyatlı qadın. Ehtiyatlı ev.

Синонимы

  • EHTİYATLI EHTİYATLI (öz hərəkətlərində, işində ehtiyat gözləyən) [Polismeyster:] Adamlarımız onların arasında işləyirlər, ancaq onlar çox ehtiyatlıdırlar (C
  • EHTİYATLI tədarüklü
  • EHTİYATLI ehmallı — üsullu

Антонимы

  • EHTİYATLI EHTİYATLI – DİQQƏTSİZ Çıxdım küçəyə və ehtiyatlı keçib getdim (C.Məmmədquluzadə); Diqqətsiz olması narahatlıq doğurur
EHTİYATLANMAQ
EHTİYATLILIQ

Значение слова в других словарях

индикати́вный макропо́ды меси́ться придремну́ть сконча́ться упрочне́ние во всеору́жии детекти́вный кахети́нка махры́ повы́лезти привы́чный слюня́вчик транс усы́ прожектор arctic Eurafrican French twist hock low relief ring-net tourist car распинать расплываться