EKRÁN

[ fr. ]
1. Üzərində kino, yaxud diapozitiv şəkilləri göstərilən ağ səth (məs.: pərdə və s).
Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. İ.Məlikzadə.

2. məc. Kino sənəti, kino. Ekran üçün yaxşı boy və görkəm birinci şərtdir.
3. Müxtəlif enerji şüalarından qorunmaq və ya ondan istifadə etmək üçün səthli qurğu. Radio aparatları ekranı.
4. tex. İstidən və ya işıqdan qorunmaq üçün mütəhərrik sipər.
EKONOMİ́ZM
EKRANLAMA
OBASTAN VİKİ
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. == Braziliya == Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. == Cənubi Koreya == 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. == Ümumi xüsusiyyətlər == Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. == Tarix == Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu . 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. == Sensor ekranların iş prinsipləri == Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur. === Rezistiv sensor ekranlar === ==== Dördməftilli ekran ==== Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
SVGA ekran kartı
Ekranas FK
Ekranas (Litva dilində-Futbolo Klubas Ekranas) - Litvanın futbol klubu. Panevejis şəhərində yerləşir. == Tarixi == 1964-cü ildə yaranan komanda ilk uğurunu 21 il sonra qazanıb. 1985-ci ildə Litva çempionu olan Panevejis şəhəri təmsilçisi 1991-ci ildən başlayaraq, müstəqil Litva birinciliklərinin daimi iştirakçısıdır. 20-ci yubiley çempionatında 12 turdan sonra 27 xalla ikinci pillədə qərarlaşan “Ekranas” əvvəlki 19 mövsümdə kifayət qədər titul qazanıb. 2008-ci ilin ortalarından baş məşqçi postuna Valdas Urbonası gətirən Panevejis təmsilçisi ev oyunlarını cəmi 4 min tamaşaçı tutan “Aukştaitiya” stadionunda keçirir.[mənbə göstərin] == Uğurları == 1985, 1993, 2005, 2008-ci illərdə 4 dəfə futbol üzrə Litva çempionatının qalibi olmuşdur. 3 dəfə gümüş medala sahib çıxıb - 2003, 2004, 2006. 4 dəfə bürünc medala sahib çıxıb - 1994, 1998, 2002, 2007. 3 dəfə də kubokun finalçısı olub - 1994, 2003, 2006. 1985, 1998, 2000-ci illərdə 3 dəfə Litva Kubokunun sahibi olub.
Ekranoplan
Ekranoplan əvvəlcə rusların Xəzər dənizində, sürətli nəqliyyatı təmin etmək məqsədi ilə hazırlanıb istehsal edilmiş, dəniz səviyyəsindəki nəhəng qeyri-stabil bölgədə (nəhəng qeyri-stabil bölgə: dünyadakı ən qeyri-stabil bölgə hava-su arasındakı bölgədir. Əgər nəqliyyat vasitəsi bir balaca havaya qalxsa, hava cərəyanının təsirinə düşəcək və özünə zərər verəcək, əgər aşağı enərsə dənizlə toqquşub parçalanacaq) yüksək sürətə çata biləcək bir yük daşıyan nəqliyyat vasitəsidir. Bu vasitə dənizdəki qeyri-sabit ərazidə 650 Km/s sürətə çata biləcək gəmi-hoverkraft-hibrid nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin 1000-dən çox tank, ekipaj və ərzaq apardığı məlumdur. == Yer effektli vasitə == Yerdə hərəkət edən bir vasitə (GEV) olaraq da bilinən, qanadları ilə səth arasındakı aerodinamik qarşılıqlı təsirdən faydalanaraq, yer səthinə yaxın uçuş edən yer effektli təyyarə-gəmi arası nəqliyyat vasitəsidir. GEV eyni zamanda qanad səth effektli vasitədir, (WIG) flarecraft, dəniz skimmer, ekranoplan, SkimMachine və ya qanadlı səth effektli gəmi (WISE) olaraq da tanınır. == Mexanikası == Bir GEV bəzən aralarındakı keçid kimi xarakterizə edilən hovercraft və bir təyyarə deyildir, lakin bunların arasında bir vasitədir. Hər iki vasitənin xarakteri bu nəqliyyat vasitəsindədir. Hovercraft statik sıxılmış hava yastığı (tabandan aşağıya hava vuran fan) ilə dəstəklənir. Təyyarə havanı itələyərək özünü sürətləndirən bir vasitədir.
Göy ölüm ekranı
== Göy ölüm ekranı(Blue Screen of Death) == Göy ölüm ekranı(Blue Screen of Death)-Microsoft Windows əməliyyat sistemlərində çox ağır (kritik) sistem xətası haqqında məlumatın adı. == Növləri == BSOD məlumatlarının üç növü var: Microsoft Windows 95/98/Me ailəsi üçün Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün Microsoft Windows CE ailəsi üçün.Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir. == Tarixi == BSoDs Windows NT 3.1-də (Windows NT ailəsinin ilk versiyası, 1993-cü ildə buraxılmış) və sonra buraxılmış bütün Windows əməliyyat sistemlərində mövcuddur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lun (ekranoplan)
"Lun" raket daşıyıcı gəmi-ekranoplan — SSRİ tərəfindən yaradılmış raket daşıyıcı-ekranoplan (Azərbaycan mediasında — "Xəzər canavarı", Rus dilində — "экраноплан проекта "Лунь"", NATO kod adı — "Utka"). == Tarixi == Ekranoplan proyektinin yaradılmasına 1970-ci illərin sonunda başlanılıb. İlk prototip 1983-cü ildə hazırlanıb. 1986cı il 16 iyul tarixində ekranoplan ilk dəfə suya buraxılıb. Ekranoplan Xəzər Dənizi Flotiliyasına daxil idi.Əvvəlcə 8 ədəd ekranoplanın hazırlanması nəzərdə tutulurdu amma maddiyat çatışmazlığı bu planı həyata keçirməyə imkan vermədi. == Konsturksiya == == Üstünlüyü və çatışmayan cəhətləri == == "Xilasedici" ekranoplan == Sovet İttifaqının dağılması ekranoplan layihəsinin büdcəsinə pis təsir göstərdi. 2-ci ekranoplanın inşasını başa çatdırmaq üçün onun Axtarış-xilasetmə vasitəsi kimi planlanmasına cəhd göstərildi. İşlər 1990-cı illərdə maddi çatışmazlıq üzündən, ekranoplan 75% hazır ikən donduruldu. == Sonrakı taleyi == Hal-hazırda ekranoplan Dərbənd şəhərində "Partiot Park"da yerləşdirilib. Parkın 2023-cü ildə ziyarətçilərə açılacağı gözlənilir.
Mavi Ekranın Yolları (1966)
== Məzmun == Bu, kəndə kömək məqsədilə yaradılmış kənd təsərrüfatı televiziya kinoalmanaxıdır.
Mavi ekranın yolları (film, 1966)
== Məzmun == Bu, kəndə kömək məqsədilə yaradılmış kənd təsərrüfatı televiziya kinoalmanaxıdır.
Odri Hepbern ekranda və səhnədə
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
İlf və Petrovun əsərlərininin ekranlaşdırılma siyahısı
== " On iki stul " (1928) == 1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.

Digər lüğətlərdə

безу́хий доки́дывать имитати́вный йоди́рованный малоо́пытность похло́пывать присе́в прыжко́вый самура́й тележурнали́стский у́зус шу́рхание ви́рши лочига щур anise canvas-back cotton candy fire tower hiller plumule USSR жерёбая завтракать подклеить