EKSPERİMENT
EKSPERİMENTATOR
OBASTAN VİKİ
Eksperimental pedaqogika
Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada və ABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri. == Haqqında == Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər. Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi. Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Eksperimental rok
Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər. AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir"The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir. == Tipik xüsusiyyətlər == Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir: Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası. Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə. Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər. Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə. Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Mehriban Əliyeva adına eksperimental məktəb
Mehriban Əliyeva adına eksperimental məktəb — Misirin Əl-Obur şəhərində yerləşən məktəb 2010-cu ildə fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilib. Misirin Əl-Obur şəhərində yerləşən bu məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır. Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulub. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır. Azərbaycanın birinci xanımının adını daşıyan bu təhsil ocağını Misirdə ölkələr arasında möhkəm dostluq körpüsü adlandırırlar.
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada qısametrajlı sənədli televiziya filmi müəllif İlham Tumas tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Film Azad Azərbaycan televiziyasında istehsal edilmişdir. == Məzmun == Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Burada yaşayan xəstələrin müxtəlif incəsənət sahələrinə olan maraqları işıqlandırılır. == Film haqqında == Filmdə psixoterapevt M.E.Burnonun elmi nəzəriyyəsinə aid tibbi eksperimentlərdən, artterapiya metodlarından yararlanılıb.

Digər lüğətlərdə

запричита́ть копи́ть ли́пец маскирова́ть обры́згивать толкова́тельница турни́р фаши́на фэбээ́ровец гипостази́рование сопрису́тствовать сплю́щивание эвфори́я искусство устье чинш clockwork orange demagnetize hypnosperm subtraction trench warfare зрительница кустарничать трёхзначный чертовский