EKSTERYÉR
EKSTREMİ́ST
OBASTAN VİKİ
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekstradisiya
Ekstradisiya (cinayətkarların təhvil verilməsi) — cinayət törədən şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud da cinayətkarın vətəndaşı olduğu dövlətə verilməsidir. cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması. Cinayətdə şübhəli bilinən və ya təsirləndirilən, eləcə də cinayətdə ittiham olunan həbs edilmiş şəxsin bir dövlətdən başqa bir dövlətə (birincinin müraciətinə əsasən) ötürülməsi. Son dövrlərdə "ekstradisiya" terminini düzgün olmayaraq "deportasiya" termininin yerinə işlədirlər.
Ekstraklasa
Futbol üzrə Polşa çempionatı — hazırda Ekstraklasa adlandırılan və Polşa peşəkar futbol klublarının çıxş etdiyi güclülər dəstəsi. İndiyədək elitada 55 klub oynamışdır. Polşa Milli Futbol Çempionatının adları əvvəllər belə olmuşdur: 1927–1939 mövsümləri: Liga; 1948–2008 mövsümləri: I Liqa; 2004/2005 mövsümləri: Idea Ekstraklasa; 2005/2006–2007/2008 mövsümləri: Orange Ekstraklasa; 2008/2009–2010/2011 mövsümləri: Ekstraklasa; 2011/2012–2015/2016 mövsümləri: T-Mobile Ekstraklasa. 2016/2017–2018/2019 mövsümləri: LOTTO Ekstraklasa 2019/20 – mövsümləri: PKO EkstraklasaSonuncu 2021-2022 mövsümündə Lex Poznan FK (Poznan) çempion olmuşdur. == Bütün çempionlar == Legiya Varşava (15): 1955, 1956, 1969, 1970, 1994, 1995, 2002, 2006, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2020, 2021 Qurnik Zabje (14): 1957, 1959, 1961, 1963, 1964, 1965, 1966, 1967, 1971, 1972, 1985, 1986, 1987, 1988 Visla Krakov (14): 1927, 1928, 1949, 1950, (**1951 - !!!), 1978, 1999, 2001, 2003, 2004, 2005, 2008, 2009, 2011 Ruch Chorzów (13): 1933, 1934, 1935, 1936, 1938, 1952, 1953, 1960, 1968, 1974, 1975, 1979, 1989 Lex Poznan (8): 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015, 2022 Cracovia (Krakov) (5): 1921, 1930, 1932, 1937, 1948 Vidzev Lodz (Lodz) (4): 1981, 1982, 1996, 1997 Pogoń Lvov (Lvov) (4): 1922, 1923, 1925, 1926 ŁKS Lodz (Lodz) (2): 1958, 1998 Polonia Bytom (2): 1954, 1962 Stal Mielec (2): 1973, 1976 Śląsk Wrocław (Vroslav) (2): 1977, 2012 Zaqlembe Lyubin (2): 1991, 2007 Garbarnia Krakov (Krakov) (1): 1931 Polonia Varşava (Varşava) (1): 2000 Szombierki Bytom (1): 1980 Warta Poznan (Poznan) (1): 1947 Piast FK (Qliviçe) (1): 2019 Bu 1951-ci ildə, Visla Krakov liqada birinci yeri qazandı və Polşa çempionu adını Polşa Kuboku Hərəkatının Ruch Chorzów qalib, mövsüm əvvəl düzəliş edilmiş Qaydalar Futbol Assosiasiyasının düşdüyünü qeyd etmək lazımdır. Visla Liqası çempionatının qazandı.
Ekstrakorporal mayalanma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Ekstraksiya
Ekstraksiya — iki faza arasında, bir çox hallarda iki qarışmayan mayelər arasında (adətən su və üzvi həlledici arasında)maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. == Ekstraksiya zamanı baş verən prosesler == Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: Ekstraksiya olunan birləşmələrin yaranması Su və üzvi fazalar arasında ekstraksiya olunan birləşmələrin paylanması Üzvi fazada nüfuz olan reaksiyalar –dissosiasiya, assosiasiya və polimerizasiya Ekstraksiya olunan birləşmələrin yaranması hesabına birləşmə (adətən üzvi fazada)ekstraqent adlanır.Ekstraqentin fiziki və ekstraksiya xassələrinin yaxşılaşdırılması üçün tətbiq olunan təsirsiz üzvi həlledicilər-xloroform, karbon turşuları, benzol və s.durulaşdırıcı adlanır.Su fazasından ayrılan ekstraksiya olunan birləşmələri saxlayan üzvi faza ekstrakt adlanır.Üzvi fazadan su fazasına maddə köçürülməsi reekstraksiya, reekstraksiya üçün istifadə olunan məhlul reekstraqent adlanır. == Maddənin ekstraksiya şərtləri == Metal ionunun və digər yüklü zərrəciklərin üzvi fazaya keçməsi üçün yükü neytrallaşdırmaq lazımdır.Metal ionlarını yüksüz kompleksə birləşdirmək olar, yükü olan kompleksləri ion assosiatları şəklində ekstraksiya etmək olar. Əgər ekstraksiya olunan birləşmələrin üzvi həlledicidə həllediciliyi sudaki həlledicidən yüksəkdirsə, ekstraksiya mümkündür.Solvatasiya enerjisi nə qədər çox və hidrotasiya enerjisi nə qədər azdırsa ayrılma dərəcəsi bir o qədər yüksəkdir. Birləşmənin üzvi həlledicidə yaxşı həll olunması üçün onun hidrofobluğunu təmin etmək lazımdır, yəni bir qayda olaraq (-SO3H,-COOH,-OH) və s. olmalıdır və xelatın xarici üzvi hissəsi kifayət qədər həcmli olmalıdır ki,molekulun hidrofil hissəsini təcrid edə bilsin. Ekstraksiya olunan birləşmə malekulunun ölçüləri artdıqca ayrılma dərəcəsi adətən artır, çünki iri malekullar suyun strukturunu pozur. Ekstraqentin malekulları ilə solvatasiya ekstraksiyaya səbəb olur. İon assisotlarının ekstraksiyası zamanı ionlarının yükü və ölçüsü mühümdür: ionların yükü artdıqca və olçüsü azaldıqca ekstraksiya pisləşir.Digər bərabər şəraitlərdə biryüklü ionlar pis ekstraksiya olunur. Digər bərabər şəraitlərdə daha davamlı komplekslər yaxşı ekstraksiya olunur.
Ekstranet
Ekstranet – şirkətdaxili məqsədlər üçün istifadə olunan, eləcə də korporativ informasiyanın və korporativ tətbiqi proqramların bir hissəsini şirkətin iş partnyorlarına verən, İnternet texnologiyalarına əsaslanan korporativ (özəl) şəbəkə. Belə şəbəkədə təhlükəsizlik məsələləri intranetlə müqayisədə daha ciddi qoyulur. Ekstranet şəbəkəsi üçün istifadəçinin tanınması (AUTHENTICATION) və ona hansı səlahiyyətlərin verilməsi xüsusilə vacidbir, çünki o, şirkətin əməkdaşı olmaya da bilər. Ekstranet şəbəkəsində yalnız şirkətin səlahiyyətli işçilərinin istifadə edə bildiyi və qapalı materialların yerləşdirildiyi korporativ portallar tətbiq edilir. Bundan başqa, ekstranetdə İnternetin elektron poçt (ELECTRONIC MAIL), FTP və başqa xidmətləri də tətbiq oluna bilər.
Ekstrapiramid sistem
Ekstrapiramid sistem ( və ya ekstrapiramidal sistem ) - piramiddən kənar sistem olub , hərəki funksiyaların icrasında mühüm rol oynayır. Bu sistemin əsasında bazal qanqlionlar durur. Bazal qanglionların hərəki , kognitiv və davranış funksiyaları var.
Ekstrasens
Ekstrasens - ekstrasensor qavrayışa sahib olduğunu iddia edən şəxs. Eyni zamanda bunlarla əlaqəli mənada bir sifətdir. Yunanca "ruh" mənasını verən "psişe" sözünün sifətidir və zamanla isim mənasında da istifadə edilməyə başlanmışdır. Metapsixika sahəsində "bədənə bağlı ruhla əlaqəli" ya da "öyrəşilməmiş ruhani fenomenlərlə əlaqəli" mənada istifadə edilir. Ekstrasens termini eyni zamanda, parapsixologoyada medium qabiliyyətlərinə sahib olduğu iddia edilən şəxsəri, yəni telepatiya, telekinez kimi paranormal qabiliyyətlərə sahib olduğu iddia edilən şəxsləri ifadə etmək üzrə də istifad edilir. "Ekstrasens" termini ilə "psixolojik" terminləri arasındakı fərq, birinci terminin "bədənli ruh"u, ikinci terminin "zehin"i əlaqədar edər olmasıdır. Hal-hazırda parapsixologiya ilə məşğul olanlar "parapsixolojik" termini yerinə "ekstrasens" (psixik) terminini istifadə edirlər.
Ekstraversiya və İntroversiya
Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır. Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir. Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər. Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər.
Ekstravert
Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır. Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir. Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər. Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi — Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir. Ramil Səfərov bu hadisə ilə bağlı ilk açıqlamasında "Bu, ədalətin bərpasıdır" demişdir.1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul etmiş və onu mayor rütbəsi ilə təltif etmişdir. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilmişdir. == ASALA terror təşkilatının hədəsi == Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar Ermənistan və erməni diasporu arasında süni ajiotaj yaranmışdır. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələməyə başladılar. 3 sentyabr 2012-ci il tarixində Azərbaycanın Macarıstan səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilmişdir.Buna cavab olaraq, 12 iyun 1993-cü il tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürmüş İbad Hüseynov mətbuata müsahibəsində bildirmişdir ki: "ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz. Ramil Səfərovun Bakıya gətirilməsi ilə prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanın qüdrətli dövləti və prezidenti var. Əgər xalq prezidentin ətrafında birləşsə, heç bir kənar qüvvə və ya terror təşkilatı Azərbaycana bata bilməz.
İntroversiya və ekstraversiya
Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır. Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir. Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər. Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər.
Ekstrasensor qavrayış
Ekstrasensor qavrayış, ekstrasensorika (lat. extra "yuxarıda, kənarda" + sensus "hiss") — mövcudluğu sübut olunmamış qavrayışın və ya insan qabiliyyətlərinin bir çox paranormal formaları üçün istifadə edilən qeyri-elmi termin . Belə qavrayış və qabiliyyət formalarının mövcudluğunun heç bir elmi sübutu yoxdur, ABŞ-ın Milli Elm Fondu ekstrasensor qavrayışı amerikalılar arasında ən çox yayılmış yalançı elmlərdən, yanlış təsəvvürlərdən biri kimi təsnif edir. Bəzi hallarda subyektlərin patologiyaları və ya sinestetik vəziyyətləri nəticəsində yaranan qavrayış hadisələri onlar tərəfindən “ekstrasensor qabiliyyətlər” kimi şərh olunur (məsələn, insanın aurasını sinesteziya ilə görmək). == Təsnifatı == Paraelmlərdə ekstrasensor qavrayışın təzahürlərinə telepatiya, öncəgörmə və proskopiya, dərinin optik qavrayışı, “biointroskopiya” aiddir, lakin çox vaxt bu cür təzahürlərə cisimlərə, orqanizmlərə və ya fiziki hadisələrə qeyri-maddi fiziki təsirin bir növ üsulları da daxildir - telekinez və ya psixokinez, ekstrasensor şəfa və s. Rayn və Soul telepatiyanı duyğu kanallarının vasitəçiliyi olmadan məlumatın beyindən beyinə ötürülməsi kimi başa düşdülər. Kriptesteziya - hər hansı bir şəkildə gizlədilmiş və məsafədə yerləşən maddi obyektlər haqqında məlumatların, həmçinin hisslərin vasitəçiliyi olmadan beyin tərəfindən qəbul edilməsidir. Onlar psixokinezi yenə maddi effektsiz, sırf zehni səydən istifadə edərək maddi obyektlərlə fəza manipulyasiyaları adlandırdılar. Görmə qabiliyyəti ilə onlar məlum faktlara əsaslanaraq nəticə çıxarmadan maddi hadisələrin gələcək vəziyyətlərini qabaqcadan görmək qabiliyyətini başa düşürdülər. == Ekstrasensor qavrayışın öyrənilməsi == Bir sıra alimlər özünü ekstrasensor qabiliyyətlərə malik olduğunu bəyan edən insanları öyrənməyə çalışıblar.

Значение слова в других словарях

заспле́тничать на зако́рках обду́маться ру́шение улёт у́шлый хлебосо́льство легкове́рность пиджа́к сора́тница тле́ние хромопла́сты Палаша church intransigence radiation-hardened repeople shiatzu stewardess коли неотвязчивый неузнаваемый пегий фельдфебель чек