ELAN

is. [ ər. ]
1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan.
– Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal.

□ Elan etmək1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. İclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək).
– Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev.

// Mətbuat vasitəsilə bildirmək. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal;
2) açmaq, izhar etmək, bildirmək.
İndi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət.

Elan vermək1) məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal;
2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək.
Elani-eşq (elani-məhəbbət) etmək – eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək.
[Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir.

2. köhn. Rəsmi bildiriş vərəqəsi.
Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev.

Синонимы

  • ELAN ELAN (müxtəlif mənalarda) Bu elan məclisin heç də istəyinə uyğun deyil (S.Rəhimov); AFİŞA (tamaşa, konsert və s
  • ELAN bildiriş — xəbər — məlumat
ELAMNAMƏ
ELASTİ́K

Значение слова в других словарях