ELAN
ELASTİKİ
OBASTAN VİKİ
Elastik büdcə
Elastik büdcə (elastik qiymətləndirmə, ing. flexible budget) — müxtəlif fəaliyyət səviyyələrində (satış həcmlərində) maddələrinin tənzimlənməsinə imkan verən büdcə. == Tərifi == Tərif İngilis professoru Kolin Druri elastik büdcəni müxtəlif fəaliyyət səviyyələri üçün düzəldilə bilən büdcə kimi müəyyən edir. Elastik büdcə elastik standart göstəricilərdən istifadə edir. Amerikalı professor Rey Qarrison elastik büdcəni müəyyən fəaliyyət həcmlərində biznes fəaliyyətinin istənilən səviyyəsində çəkiləcək xərcləri qiymətləndirən büdcə kimi müəyyən edir. Nəzarət oluna bilməyən amillər (məlum olmayan və müvafiq olaraq planlaşdırılmayan xarici şərait) büdcə maddələrində dəyişən xərcləri dəyişmiş (artırmış/azalmış), sabit xərclər isə dəyişməz qalmışdır. Hesabat dövrü başa çatdıqdan sonra menecer, idarəolunmaz fəaliyyət amillərinin təhrifedici təsiri olduqda, bu sapmaları nəzərə almağa başlayır. İlkin büdcə dəyişkən məsrəf maddələri baxımından faktiki fəaliyyət səviyyəsinə uyğunlaşdırılır (əgər istehsalın həcmi artıb/azalıbsa, o zaman birbaşa xərclər də artıb/azalıb), beləliklə, elastik büdcə tərtib edilir və sonra təhlil edilir. Amerikalı professor Çarlz Hornqrenin fikrincə, elastik büdcə planlaşdırılmış gəlirin və ya planlaşdırılan xərclərin həcminə əsaslanaraq, faktiki məhsulun (və ya satışın) həcminə uyğunlaşdırılaraq formalaşır. Elastik büdcə məhsulun faktiki istehsalının / satışının həcmindən və statik büdcədən — istehsal / satışın planlaşdırılmış səviyyəsindən istifadə edir.
Elastik psevdoksantoma
Elastik psevdoksantoma (ing. pseudoxanthoma elasticum) – autosom-resessiv xəstəlikdir, göz, dəri və arteriyaların elastik liflərində degenerasiya, kalsifikasiya baş verir. Xarakter əlaməti bükücü səthlərin büküşlərində ksantomatoz papulaların tapılmasıdır.
Elastik istehsal sistemi
Elastik istehsal sistemi (ing. Flexible Manufacturing System, FMS) — istehsal sistemidir ki, burada sistemin məhsul qarışığı və ya texnologiyasındakı dəyişikliklərə, proqnozlaşdırılan və ya gözlənilməz şəkildə reaksiya verməyə imkan verən çeviklik dərəcəsi vardır. == FMS tərkibi == Ümumiyyətlə, bu çeviklik bir çox alt kateqoriyadan ibarət iki kateqoriyaya bölünür: Birinci kateqoriya, marşrut çevikliyi, yeni növ məhsullar istehsal etmək üçün sistemin dəyişdirilməsi qabiliyyətini və hissədə yerinə yetirilən əməliyyatların ardıcıllığını dəyişdirmək qabiliyyətini əhatə edir. İkinci kateqoriya maşın çevikliyi adlanır ki, bu da bir hissədə eyni əməliyyatı yerinə yetirmək üçün bir neçə maşından istifadə etmək qabiliyyətindən, həmçinin sistemin həcm, tutum və ya imkanlar kimi irimiqyaslı dəyişiklikləri qəbul etmə qabiliyyətindən ibarətdir. Əksər FMS üç əsas sistemdən ibarətdir. Tez-tez avtomatik CNC maşınları olan iş maşınları hissələrin hərəkətini optimallaşdırmaq üçün material idarəetmə sistemi və material hərəkətlərini və maşın axınını idarə edən mərkəzi idarəetmə kompüteri ilə birləşdirilir. FMS-nin əsas üstünlükləri onun istehsal resurslarının idarə edilməsində yüksək çevikliyidir, məsələn, yeni məhsulun istehsalı üçün vaxt və səy. FMS-nin ən yaxşı tətbiqi kütləvi istehsalda kiçik bir sıra məhsul dəstlərinin istehsalında tapıla bilər. == İstinadlar == == Ədəbiyyat == Manufacturing Flexibility: a literature review. By A. de Toni and S. Tonchia.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk halına qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Elastiklik
Elastiklik — xarici qüvvәlәrin tәsiri ilә forma vә ölçüsünü dәyişәn vә qüvvәlәrin tәsiri kәsildikdәn sonra әvvәlki konfiqurasiyasını alan cisimlәrin xassәsi. Әksәr materialların (mәsələn, metallarda, dağ süxurlarında, keramikada) kiçik deformasiyaları zamanı gәrginliklər vә deformasiyalar arasındakı asılılıq xәttidir vә onu ümumilәşmiş Huk qanunu ilә tәsvir etmәk olar. Elastiklik modulunu bәzi universal funksiyalarla әvәz etmәklə qeyri-xәtti elastiklik qanunlarını ümumilәşmiş Huk qanununa oxşar formada vermәk mümkündür. Cisimlәrin elastikliyi onları tәşkil edәn atomların qarşılıqlı tәsir qüvvәlәri ilә şәrtlәnir. Mütlәq sıfır temperaturunda xarici gәrginliklәrin olmadığı bәrk cisimdә atomlar tarazlıq vәziyyәtindәdir. Bu halda hәr bir atoma qalan digәr atomlar tәrәfindәn tәsir edәn bütün qüvvәlәrin cәmi sıfıra, atomun potensial enerjisi isә minimuma bәrabәr olur. Çoxatomlu molekullarda vә makroskopik cismlәrdә yalnız atomlar arasındakı mәsafәdәn asılı olan cazibә vә itәlәmә qüvvәlәrindәn (mәrkәzi qüvvәlәr) başqa, verilmiş atomu onun müxtәlif qonşuları ilә birlәşdirәn düz xәtlәr arasındakı valent bucaqlarından asılı mәrkәzi olmayan qüvvәlәr dә tәsir edir. Valent bucaqlarının tarazlıq qiymәtlәrindә mәrkәzi olmayan qüvvәlәr dә tarazlaşır. Makroskopik cismin enerjisi atomlararası mәsafәdәn vә valent bucaqlarından asılı olub bu parametrlәrin tarazlıq qiymәtlәrindә minimum qiymәt alır. Xarici qüvvәlәrin tәsiri ilә atomlar tarazlıq vәziyyәtindәn çıxaraq yerlәrini dәyişirlәr.
Elastiklik (iqtisadiyyat)
Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür. Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir: Əgər istehsal etdiyim məhsulun qiymətini aşağı salsam, əlavə olaraq nə qədər məhsul sata biləcəm? Əgər bu məhsulun qiymətini qaldırsam, bu digər bir əmtəənin satışına necə təsir edəcək? Əgər məhsulun bazar qiyməti aşağı düşərsə, bu bazardakı firmların təklif həcminə necə təsir edəcək? Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır. Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır.
Elastiklik modulu
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur: E = F / S x / l = F l S x , {\displaystyle E={\frac {F/S}{x/l}}={\frac {Fl}{Sx}},} burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur. Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir. Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.
Friş Elastikliyi
Əmək Təklifinin Friş Elastikliyi iqtisadiyyatda ən mühüm struktur parametrlərdən biridir (Prescot (1986)). Makroiqtisadiyyatda istifadə edilən dinamik ümumi tarazlıq modellərində, endogen dəyişənlərin şoklara qarşı cavabları əsasən Friş elastikliyindən asılıdır. Raqnar Frişdən sonra adlandırılan, əmək təklifinin Friş elastikliyi istehlakın marjinal faydalılığını sabit olduğunu zənn edərək işləmə saatlarının əmək haqqına olan elastikliyidir. Başqa sözlə, Friş elastikliyi əmək haqqı dərəcəsində (həddində) dəyişmələrin əvəzedilmə effektini ölçür. Friş elastikliyi, agentin standart dinamik modellərdən törəyən zamanlarası fayda maksimallaşdırma problemini həll edən zamanlarası əmək təklifi elastikliyidir. Friş elastikliyi həyat-tsikli modelinə əsaslanır. Həyat-tsikli modelinə görə, agent bir biznes tsikli ərzində əmək təklifindəki baş verən dəyişmələr müxtəlif şoklardan (bunlar, daimi və ya gözlənilən əmək haqlarının faktiki əmək haqqından kənarlaşmalardır) irəli gələrək müvəqqəti əmək haqlarındakı dəyişmələr səbəbi ilə baş verir. Friş elastikliyi insanların müvəqqəti əmək haqlarındakı dəyişmələr səbəbi ilə əmək təklifindəki dəyişmənin dərəcəsini göstərir.
Sabit əvəzetmə elastikliyi
Sabit əvəzetmə elastikliyi (SƏE), iqtisad elmində, müəyyən istehsal funksiyalarının və faydalılıq funksiyalarının xüsusiyyətləridir. Daha dəqiq deyilərsə, bu iki və ya daha çox istehlak növünü, və ya iki və ya daha çox istehsal amillərinin özündə birləşdirən aqqreqat funksiyadır. Bu aqreqat funksiya sabit əvəzetmə elastikliyi sərgiləyir. Kobb-Duqlas istehsal funksiyası ilə yanaşı geniş tətbiq edilən neoklassik istehsal funksiyalarından biri də Sabit Əvəzetmə Elastikliyi (ing.: CES (Constant Elasticity of Substitution)) olan istehsal funksiyasıdır. Bu funksiya Arrow K. J., Chenery H., Minhas B. və Solow R. tərəfindən daxil edilmişdir. Texniki tərəqqini nəzərə almaqla bu funksiya ümumi şəkildə aşağıdakı kimi yazılır. Q = F e λ t ⋅ ( a ⋅ K r + ( 1 − a ) ⋅ L r ) 1 r {\displaystyle Q=Fe^{\lambda t}\cdot \left(a\cdot K^{r}+(1-a)\cdot L^{r}\right)^{\frac {1}{r}}} where Q {\displaystyle Q} = Ümumi Daxili Məhsul F {\displaystyle F} = Məcmu İstehsal amillərinin məhsuldarlığı a {\displaystyle a} = paylanma parametri λ {\displaystyle \lambda } = elmi-texniki tərəqqinin sürəti K {\displaystyle K} , L {\displaystyle L} = Əsas İstehsal amilləri (Kapital və Əmək) r {\displaystyle r} = ( s − 1 ) s {\displaystyle {\frac {(s-1)}{s}}} s {\displaystyle s} = 1 ( 1 − r ) {\displaystyle {\frac {1}{(1-r)}}} = Əvəzetmə elastikliyi. CES funksiyasında Kobb-Duqlas funksiyasında olduğu kimi , K və ya L-ə görə son əvəzetmə norması sabit azalan qəbul olunur. Lakin bu funksiyalar arasında əhəmiyyətli fərqlər var. Onlardan əsasları aşağıdakılardır : 1) Bildiyimiz kimi əvəzetmə elastikliyi bir faktorun digəri ilə əvəzedilməsi mümkünlüyünün ölçüsüdür.
Tələbin elastikliyi
Tələbin elastikliyi—Hər hansı bir əmtəənin qiyməti aşağı düşdükdə, istehlakçıların gəlirləri artdıqca, əvəzedici əmtəələrin qiyməti qalxdıqda və ya tamamlayıcı əmtəələrin qiyməti azaldıqda istehlakçılar bu əmtəədən daha çox alırlar. Qeyd olunan dəyişənlərin dəyişməsinə istehlakçıların kəmiyyət etibarı ilə necə cavab verəcəyini ölçmək üçün iqtisadçılar elastiklik anlayışını istifadə edirlər. Tələb qanuna görə hər hansı əmtəənin qiyməti artdıqda ona olan tələbin həcmi artır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə hansı miqdarda cavab verdiyini ölçür. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişərsə, bu əmtəəyə olan tələbin elastik olduğu deyilir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğu deyilir.Hər hansı bir əmtəəyə olan tələbin qiymət elastikliyi, bu əmtəənin qiyməti qalxdıqca istehlakçıların bu əmtəədən imtina etməyə nə qədər həvəsli olduqlarını ölçür. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Lakin təcrübəyə əsaslanaraq biz tələbin qiymət elastikliyinə təsir edən amillər haqqında bəzi ümumi qaydalara nəzər salaq. İstehlakçılar üçün əvəzedici əmtəələrin birindən digərinə keçmək asan olduğundan, yaxın əvəzediciləri olan əmtəələrin tələb elastikliyi daha çox olur. Məsələn, kərə yağı və marqarin asanlıqla əvəz oluna bilər.
Tələbin qiymət elastikliyi
Tələbin qiymət elastikliyi (ing. price elasticity of demand) – qiymətin dəyişməsi nəticəsində mal və ya xidmətə olan tələbin faiz dəyişməsinin ölçüsü. Tələbin qiymət elastikliyi — həssaslıq dərəcəsinin göstəricisidir, məhsulun qiymətinin dəyişməsi nəticəsində məhsul və ya xidmətə tələbin faizlə dəyişməsidir. Tələbin qiymət elastikliyinin E P D {\displaystyle E_{P}^{D}} göstəricisi məhsula X {\displaystyle X} tələbin həcminin nisbi dəyişməsinin qiymətlərin nisbi dəyişməsinə nisbəti ilə müəyyən edilir və belə hesablanır: E P D = Δ Q X / Q X Δ P / P = Δ Q X Δ P P Q X {\displaystyle E_{P}^{D}={\frac {\Delta Q_{X}/Q_{X}}{\Delta P/P}}={\frac {\Delta Q_{X}}{\Delta P}}{\frac {P}{Q_{X}}}} , burada D {\displaystyle D} — yuxarı tələb indeksidir, Q X {\displaystyle Q_{X}} — satılan malların miqdarı X {\displaystyle X} , P {\displaystyle P} — məhsulun qiyməti. Tələbin qövs elastikliyi tələbin qiymət, gəlir və digər amillərdəki dəyişikliklərə reaksiya dərəcəsidir. İki nöqtəni birləşdirən seqmentin ortasındakı elastikliyi təyin edən tələbin E P D {\displaystyle E_{P}^{D}} elastikliyi indeksi belə hesablanır : E P D = Q 2 − Q 1 P 2 − P 1 ( P 1 + P 2 ) / 2 ( Q 1 + Q 2 ) / 2 = Δ Q Δ P P 1 + P 2 Q 1 + Q 2 {\displaystyle E_{P}^{D}={\frac {Q_{2}-Q_{1}}{P_{2}-P_{1}}}{\frac {(P_{1}+P_{2})/2}{(Q_{1}+Q_{2})/2}}={\frac {\Delta Q}{\Delta P}}{\frac {P_{1}+P_{2}}{Q_{1}+Q_{2}}}} , burada D {\displaystyle D} — tələbdir, Q 1 {\displaystyle Q_{1}} — satılan malların ilkin miqdarıdır, Q 2 {\displaystyle Q_{2}} — yeni tələb olunan miqdardır, P 1 {\displaystyle P_{1}} — malın ilkin qiymətidir, P 2 {\displaystyle P_{2}} — yeni məhsulun qiyməti, Δ Q = Q 2 − Q 1 {\displaystyle \Delta Q=Q_{2}-Q_{1}} , Δ P = P 2 − P 1 {\displaystyle \Delta P=P_{2}-P_{1}} — tələbin və qiymətin dəyişməsi.

Digər lüğətlərdə