elektrikötürmə
elektrikpaylayıcı
OBASTAN VİKİ
Elektrikötürücü xətlər
Elektrikötürücü xətlər — elektrik şəbəkəsinin tərkib hissələrindən biri, elektrik cərəyanından elektrik ötürmək üçün nəzərdə tutulmuş enerji avadanlığı sistemi. Həm də elektrik stansiyasından kənara çıxan belə bir sistemin tərkibində olan elektrik xətti. Hava və kabel elektrik xətləri var. Son illərdə qaz izolyasiya edilmiş xətlər populyarlaşmışdır. Elektrikötürücü xətlərlə yüksəktezlikli siqnallar vasitəsilə informasiya ötürülməsi də mümkündür. Mütəxəssislərin rəyinə görə, təkcə MDB dövlətlərində 60 min yüksəktezlikli məlumat ötürmə kanalı istifadə edilir. Onlar dispetçer idarəetməsi, telemetrik məlumatların ötürülməsi, rele mühafizə və qəza əleyhinə avtomat sistemlərə siqnalların ötürülməsi üçün istifadə edilir. Elektrikötürücü xətlərin tikilməsi özündə layihələndirmə, istehsal, quraşdırma, işəsalma və xidməti əhatə edən mürəkkəb prosesdir. == Keçiricilik qabiliyyəti == Elektrik keçiricilik qabiliyyəti dedikdə rejim-texniki məhdudiyyətlər nəzərə alınmaqla üç elektrikötürücü fazanın uzunmüddətli sabit rejimdə ötürməsi mümkün olan ən yüksək aktiv gücü başa düşülür. Ötürüləbilən ən yüksək aktiv elektrik gücü elektrik stansiyalarının generatorlarının, elektroenergetika sisteminin ötürücü və qəbuledici hissələrinin statik dayanıqlılığından və yol verilən cərəyanla xətlərin naqillərinin yol verilən qızma gücündən asılıdır.
на́пуск отку́сываться Эльдора́до зажра́ться нама́ять перешвы́ривать расседа́ться старообра́зно стволово́й стро́ганый франкмасо́нский холости́ть шинка́рить alkalize cue rack fish-sauce naira puddler ria scenarist snorting depth verbicide путаник спелость шестидесятый