ELEKTROD

[yun. elektron və hodos-yol] физ. электрод (жими затӀуник ва я газдик электричестводин ток кутун патал пластинка, шар ва мс.); müsbət elektrod анод; mənfi elektrod катод.
ELEKTROBUR
ELEKTRODİNAMİKA
OBASTAN VİKİ
Elektrod
Elektrod — [elɛkˈtroːde] (electric, „elektrik“ und ὁδός hodós, „yol“ sözlərindən əmələ gəlmişdir) elektron keçiricisi olub qarşı tərəfdə yerləşən elektrodla bilrikdə aralarındakı mühitə təsir edir. Elektrodlar çox hallarda metaldan və ya qrafitdən düzəldilir. Onlar elektrik cərəyanını ötürmək üçün tətbiq edilirlər. Həmçinin kimyəvi reaksiyaların aparılmasında da elektrodlardan istifadə edilir. Məsələn, batareyyadan sink elketrodundan ayrılan ionlar məhlula keçdikdə cərəyan yaradırlar. Müsbət yüklü elektrod anod, mənfi yüklü isə katod adlanır.
Biotibbi elektrodlar
Elektrodlar — dövrəni bioloji sistemə birləşdirən xüsusi formalı keçiricilər nəzərdə tutulur. == Biopotensial qeydedicilər == Biopotensialların qeydə alınması texniki prosesdir, diaqnostika üçün çox vacib informasiya daşıyıcısıdır, çünki biopotensial orqanların və toxumaların normal funksional vəziyyətini çox dəqiq əks etdirir. Elektrofizioloji tədqiqatlarda orqanizmdə və ya bioobyektdə baş verən prosesləri xarakterizə edən bioelektrik siqnallarının alınması üçün biotibbi elektrodlardan geniş istifadə olunur. Alınan fizioloji informasiyanın həcmi və dəqiqliyi hiss olunacaq dərəcədə onların düzgün seçilməsi və tətbiqindən asılıdır. Diaqnotika zamanı elektrodlardan həm elektrik siqnallarını ötürmək məqsədilə, həm də xarici elektromaqnit təsirini bioobyektə çatdırmaq məqsədilə istifadə olunur. Elektrodları qızıl (Au), platin (Pt), civə (Hg), gümüş (Ag), paslanmayan polad, iridium xəlitələri və.s — dən hazırlayırlar. == Növləri == Elektrik prosesləri haqqında məlumat almaq üçün əsasən iki növ elektroddan istifadə edilir: −dəriüstü (səthi)-insan orqanizminə daxil edilməyən elektrodlar (qeyri-invaziv elektrodlar); −dərialtı (iynəli)-insan orqanizminə daxil olan elektrodlar (invaziv üsulda istifadə olunan elektrodlar). == Elektrodların qoşulma sxemləri == Elektrodların yerləşməsi nöqteyi nəzərdən əsasən 2 üsuldan istifadə edilir: Birqütblü (unipolyar) üsul- bu üsulda birinci elektrod tədqiq olunan aktiv zonada yerləşir, ikinci elektrod isə bioelektrik aktivliyi sıfra bərabər olan zonada yerləşir. Bəzi hallarda bu elektroda indeferent elektrodu deyilir və adətən bu elektrod tədqiq olunan zonadan nisbətən uzaq məsafədə yerləşir. Misal üçün, elektroensofaloqrafiya üsulunda indeferent elektrodu qulaq və ya burun nöqtəsi ilə birləşir.
Elektrodinamika
Elektrodinamika — elektrik yükləri arasında qarşılıqlı təsiri həyata keçirən elektromaqnit sahəsinin klassik nəzəriyyəsi. Klassik elektrodinamikanın əsas qanunları Maksvell tənliklərində təşəkkül tapmışdır. Bu tənliklər elektromaqnit sahəsinin əsas xarakteristikaları olan elektrik sahəsinin intensivliyinin (E) və maqnit induksiyasının (B) qiymətlərini vakuumda və makroskopik cisimlərdə elektrik yüklərinin və cərəyanların fəzada paylanmasından asılı olaraq təyin etməyə imkan verir. Klassik elektrodinamikada ayrı-ayrı yüklü zərrəciklərin yaratdığı mikroskopik elektromaqnit sahəsi makroskopik cisimlərdə elektromaqnit proseslərin klassik statistik nəzəriyyəsinin əsasını təşkil edən Lorens–Maksvell tənlikləri ilə təyin olunur; Lorens–Maksvell tənliklərinin ortalaması Maksvell tənliklərinə gətirir. Klassik elektrodinamikanın qanunları yüksəktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yəni kiçik fəza–zaman intervallarında baş verən proseslər üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, VII CİLD. İ. M. Nəcəfov. Müasir klassik elektrodinamika, I hissə.
Klassik elektrodinamika

Digər lüğətlərdə