elektroenergetika

Elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi

elektrik şəbəkəsi
elektroenergetika sistemi
OBASTAN VİKİ
Elektroenergetika
Elektroenergetika — energetikanın sahəsidir, elektrik enerjisinin əldə olunması, ötürülməsi ilə bağlıdır. Elektroenergetika istilik enerjisini də əhatə edən enerji sənayesinin tərkib hissəsidir. Elektrik enerjisinin digər enerji növləri ilə müqayisədə üstünlükləri uzun məsafələrə ötürülmənin nisbətən asanlığıdır. Elektroenergetika iqtisadiyyatın işləməsi və həyatı təmin etmək üçün əsasdır. Elektroenergetika — elektrik enerjisinin istehsalının və istifadəsinin rasional genişləndirilməsi əsasında ölkənin elektrikləşdirilməsini təmin edən enerji sahəsidir.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.

Digər lüğətlərdə

доверша́ть дра́йв кутёнок налюбова́ться переподгота́вливать по приро́де раста́лкиваться спидофо́бия ацте́ки дроблёный нянь почита́тель ту́бовый боловье novelese report out rougher warhead бесчисленный бобриком жировой покорный простофиля сербка шестнадцать