ELEKTROSTÁTİKA

[bax elektro və statika] Fizikanın elektrikin, elektrikləşmiş cisimlərin nisbətən hərəkətsiz halda xassələrini öyrənən şöbəsi.
Hərəkət etməyən elektrik yüklərinin qarşılıqlı elektrik təsirini və onların tarazlıq şərtlərini öyrənən elmə (bəhsə) elektrostatika deyilir. Fizika”.

ELEKTROSTÁNSİYA
ELEKTROTÉXNİK
OBASTAN VİKİ
Elektrostatika
Elektrostatika — elektrodinamika bölməsi; sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini (elektrostatik qarşılıqlı təsir) öyrənir. Belə qarşılıqlı təsir elektrostatik sahə vasitəsilə həyata keçirilir. Elektrostatikanın əsas qanunu Kulon qanunudur. Elektrostatik sahənin mənbəyi elektrik yükləridir. Bu fakt Qauss teoremində ifadə edilir. Elektrostatik sahə potensialdır, yəni elektrostatik sahə tərəfindən yükə təsir edən qüvvələrin işi yolun formasından asılı deyil. Elektrostatik sahə aşağıdakı tənlikləri ödəyir: d i v D → = 4 π ρ , {\displaystyle div{\vec {D}}=4\pi \rho ,} r o t E → = 0 {\displaystyle rot{\vec {E}}=0} burada D – elektrik induksiya vektoru, E – elektrik sahəsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Birinci tənlik Qauss teoreminin diferensial formasını, ikinci isə elektrostatik sahə qüvvələrinin potensial xarakterini göstərir. Bu tənliklərə Maksvell tənliklərinin xüsusi halı kimi baxmaq olar. Naqillərdəki məlum yüklərə və ya onlardan hər birinin elektrostatik potensialına əsasən bu naqillərin səthlərində yüklərin paylanmasının tapılması və həmçinin naqillərin yüklərinə və potensiallarına əsasən onların enerji sisteminin hesablanması elektrostatikanın səciyyəvi məsələləridir.

Digər lüğətlərdə

аэроби́ческий бисексуа́л дреко́лья коксохими́ческий побезобра́зничать сапфи́рный скутери́ст стратона́вт терза́ться басо́н запасно́й со́тенка Дементий bass buff-coat gulfy invigoration madrigal metropolitical parti-coloured Quinquagesima безбилетный бесполезный насушить радиоастроном