ELEMENT

\[alm. Element; fr. Èlèment; ing. Element; lat. Elementum; osm. tr. unsur; ər. أضٌَ ; tr. öğe\] – ümumi olaraq bir kombinasiyanın ən adı bir parçası. Məntiqdə bir sinifə, yaxud da hər şeyə bağlı olan bölünməz əsas hissələr. EMANASİYA \[alm. = ing. Emanation; fr. Èmanation; lat. Emanatio; osm. tr. sudur; emanation\] – aşağı olanın daha yuxarı olandan çıxması. Çox olanın ―bir‖ olandan çıxması. Bir olan yetkin olandır və öz varlığı daxilində azalmadan və dəyişmədən qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçü-sünə görə get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin ―Bir‖ olan-dan çıxması deməkdir. EMPİRİZM \[ru. Опытность; ing. Empirisme; yun. Empeiriya – təcrübə\] – Təcrübə, məlumatın qaynağı olaraq sadəcə təcrübəni qəbul edən fəlsəfi sənətdir. İdrak nəzəriyyəsində cərəyan. EPİSTEMOLOGİYA \[alm. Epistemologie; fr.Èpistèmologie; ing. Epistemology; yun. Episteme – bilik, logos – təlim, söz\] - idrak nəzəriyyəsi. Bilik nəzəriyyəsi: Elmlərin mövzu, sərhəd və qarşılıqlı münasibətlərini təyin və təsbit edən fəlsəfi məktəb. Bilik təlimi. Elmlərin qoyduğu problemləri tədqiq edən fəlsəfə sahəsi. Elm fəlsəfəsi ilə təxmini olaraq eyni mənalıdır. Ancaq elm fəlsə-fəsi elmlərin tarixini fəlsəfi baxımdan tədqiq edir, epistemologiya isə müxtəlif elmlərin ideyalarını, hipotezlərini və nəticələrini tənqid edərək araşdırar, onların məntiqi əsasını, obyektiv dəyərini təyin etməyə çalışır. ETHOS \[etos\]: Kosmosa qarşı insanın əxlaqi varlığı. ELM \[Alm. Wissemschaft; fr., ing. Science; lat. Scientia; osm. tr. ilim; ər. ػهى \] – təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklərin istehsalına yönəldilmiş və bu istehsalın bütün şəraitini və momentlərini; özlərinin bilikləri və qabiliyyətləri, peşə ixtisası və təcrübəsi, elmi əməyin bölgüsü və kooperasiyası ilə birlikdə amilləri. Elmlər toplusu yaxud bütünlükdə elmi biliklərə verilən addır. Bəzən bilməyə istiqamətlənmiş müəyyən bir prosesin adına da elm deyilir. Sözün kökü ərəbcədəki alimə-dən \[عٍُ\] gəlir. Elm sözü isə onun məsdər formasıdır. EMOTİVİZM \[lat. emovere – oyatmaq, həyəcanlandırmaq\] – məntiqi pozitivizm metodologiyasının ardıcıl tətbiq olunduğu subjektivist əxlaq nəzəriyyəsi. EMPİRİOKRİTİSİZM \[ru. Эмпириокритицизм; - ―təcrübənin tənqidi‖\] və yaxud maxizm – Avenarius və Max tərəfindən əsaslandırılmış subjektiv idealist cərəyan. Empirio və kritika sözlərinin birləşməsindən əmələ gəlmişdir. EMPİRİOMONİZM \[yun. Empeiria – təcrübə və monos – vahid\] – empiriokritisizmin, maxizmin növlərindən biri; Boqdanov öz fəlsəfəsini belə adlandırmışdı. EMPİRİOSİMVOLİZM \[yun. Empeiria – təcrübə və və sumbolon – şərti, işarə, simbol\] – idealist Yuşkeviçin empiriokri-tisizmin özünə aid olan növün adlandırdığı termin.
DÜŞÜNCƏ
ELM ƏL-YƏQİN

Значение слова в других словарях