ELLİK


1. sif. Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat. – [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz, azad istəyidir.
Ellik işlər üçün isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı.
Ordu tirəndazları girdilər ellik bağa; Çalışdılar qalmasın ağacda bircə qarğa. Ə.Cavad.

2. zərf Hamılıqla, elliklə, bütünlüklə, bütün el birlikdə. Ellik şikayət etmək. Ellik iş görmək.
– Ellik yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var! Aşıq Qərib”.
Dərslərim yetdikdə, dədə, axirə; Oxudular elliyi birdən-birə. A.Səhhət.

// sif. Bütün el tərəfindən görülən, ya görülməli olan. Ellik iş.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ELLİK ictimai — ümumi
ELLİ
ELLİKCƏ
OBASTAN VİKİ
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.

Digər lüğətlərdə

кли́псы отдви́нуть пристре́ливать приюти́ть фотокорреспонде́нт благотво́рный валу́н вы́плескаться отяжели́ть пету́нья по о́череди по́хороны пу́хлость соцобяза́тельство шлиф зверобой caged hypogastric roentgenogram test pilot yogi значительность зыбкий пристав развратительница