ELM ƏL-YƏQİN

bax: yəqin. Şübhə duymadan bir şeyi, möhkəm və qatı olaraq bilmək. (Yəqin: mərifəti və zəkanı və misalının fövqündə olan elmin sifətidir. İlm-i yəqin deyilir, mərifəti-i yəqin deyilmir. Ayn-əl yəqin: (sözün mərfu halı ayn-ul yəqindir.) Göz ilə görər dərəcədə və ya görərək, müşahidə edərək bilməkdir. Məsələn; uzaqda bir duman görürük. Artıq atəşin varlığını elmi olaraq bilirik. Bu bilmə dərəcəsinə elm-əl yəqin deyilir. Atəşə yaxınlaşıb, gözümüzlə görsək, ona ayn-əl yəqini bilmək deyilir. Daha da irəli gedərək bütün hisslərimizlə atəşin varlığını anladıqsa; atəşin yandırması və sair sifətlərini da bildiksə, bu növdən olan elmimizin dərəcəsinə də haqq-al yəqin deyilir. ENTUZİAZM \[alm. Enthusiasmus; fr. Enthusiasme; ing. Enthusiasm; yun. En-thos – Daxilində Tanrı ilə olma ; osm. tr. Vecit; tr. Coşku; ər. وجذ \]. 1. Hər hansı bir düşüncə ilə, yüksək bir hisslə dolub daşma, qəlbini fərhləndirmə, ruhun aşıb – daşması, mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən ―insanin Tanrı ilə dolub daşmasına‖ da deyilir. Dilimizdə daha çox ərəbcədən keçmə vəcd sözündən istifadə olunur. Misal üçün kiminsə haqqında ―Filan şəxs vəcdə gəldi‖ deyimi işlək ifadədir. ENTELEXİYA \[yun. Entelecheia – özü-özündə məqsədə malik olan\] – məqsədlilik Aristoteldə və sxolastikada hərəkətverici qüvvə kimi \[Teleologiya\] məqsədyönlülük; imkanı gerçəkliyə çevirən özünəməqsəd fəal başlanğıc. ENSİKLOPEDİYA \[alm. Enzyklopȧdia; fr. Encyclopѐdie; ing. Encyclopedia, yun. En=kyklos- dairə çevrəsində, peedia – təhsil deməkdir; osm. tr. kamus\]. Qədim etmiloji termin olan bu kəlmə əslində antik Yunanıstanda məcburi təhsili kimi başa düşülürdü. Müasir anlamında isə bütün elmlərin yaxud da bir elm sahəsinə aid olan hər şeyin maddə-maddə nizamlı olaraq, əlifba sırasıyla verildiyi bir əsər. Müasir dövrdə ilk örnəyi Fransada Didederot və D`Alambertin təşkil etdiyi məşhur ―Encyclopedie ou dictionnaire raisonnѐ des sciences, des arts et des mѐtiers‖dir. \[1751-1780\]. İslam mədəni bölgəsi fəlsəfəsində ―Saflıq qardaşları‖ \[İxvan əs-Səfa\] adı ilə ensiklopedistlər məşhurdur. ENTİMEMA \[yun. Entimo – ağılda\] - ənənəvi formal məntiqdə deduktiv əqlinəticə; bu əqlinəticədə hər hansı bir hissə ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur. ENTROPİYA \[yun. En – da, də və trope – dönüş, çevrilmə\] – çevrilmə, dəyişmə. Klassik fizikanın əsas anlayışlarından biri; elmə R. Klauzius daxil etmişdir. EPİFENOMEN \[yun. Epi – yanında, sonra, ətrafında və phainomenon – təzahür edən\] – dünyanın maddi \[və ya ideal\] məzmunun passiv inikası kimi şüurun ifadə edilməsi üçün tətbiq olunan termin. EPİHEYREMA \[yun. Epiheirema - əqlinəticə\] – müqəddimə-ləri entimemalardan ibarət sillogistik əqli nəticə. ERİSTİKA \[yun.eristikos – mübahisə edən\] – qədim yunan sofistləri arasında xüsusilə geniş inkişaf etmiş mübahisə sənəti. ETİKA \[alm. Ethik; fr. Èethique; ing. Ethics; lat. Ethica; yun. Ethike; osm. tr. ilm-i ahlak; ər. آ خْ قٓ ػهى ; tr. ethik – insanın gerçəkliklə qarşılıqlı münasibətlərinin özünəməxsus tərəfləri. Əxlaq fəlsəfəsi, insanın, cəmiyyətin və həyatın əxlaqi tərəflərini araşdıran sahə, insanın həm özünəməxsus, həm də ictimai həya-tındakı əxlaqi, mənəvi dəyərləri araşdıran fəlsəfənin bir qoludur. ESKATALOGİYA \[alm.=Fr. Eschatologie; ing. Eschatalogy; yun. Eschaton – son, sonuncu; loqos – təlim, doktrina; osm. tr. ilm-ül ahiret; ər. آ خْشج ػهى \] - Yunanca έσχατος yəni "son" kəlməsindən törəmiş teologiya və fəlsəfənin bir hissəsidir. İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, daha kobud bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, təlim və ya kultta dünyanın sonu gələcəkdə olacaq bir hadisə kimi müqəddəs mətn, mit və ya folklorda göstərilir. Daha geniş bir baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi mövzuları da əhatə edə bilər. Fərqli inanışların eskatolojik inancları və düşüncələri fərqli olsa da müəyyən oxşarlıqlar var ola bilər. ESTETİKA \[alm. Ǟsthetik; fr. Esthètique; ing. Aesthetics; yun. Aisthetikè \[episteme\] – həssaslıq haqqında təlim\] – insan tərəfindən aləmin estetik mənimsənilməsi qanunauyğunluqları, gözəllik qanunları əsasında yaradıcılığın mahiyyəti və forması haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qə-dər fəlsəfi fikirlərin mövzusu olmuşdur. ETATİZM \[alm. Etatismus; fr. etatisme – dövlət; أ ذٌٚ خٌ ف غٍفخ \] – Dövləti bütün ictimai işlərdən xüusilə də iqtisadi və mədəni həyatın sistemindən üstün görən məfhum. Ümumiyyətlə dövləti ənənə, mədəniyyət, hüquq və digərlərinin qaynaq və daşıyıcısı olaraq görmə təlimi. Dövlət fəlsəfəsi dövlətin və ictimai həyatın özü, ortaya çıxması, mənası, əsas ideyaları və əsas formaları üzərində inkişaf etdirilən fəlsəfə təlimləri \[Dövlət fəlsəfəsini ilkin Platon ilə Aristotel qurmuşlardır\]. Ümumiyyətlə dövləti müasir politologiyada konsepsiya. ETİBAR \[alm. Konvention; fr.=ing. Convention; lat. conventio\] – etibar, əminlik. Hörmət görmə, qiymətli, etibarlı olma vəziyyəti, möhtərəmlik, prestij. Borc ödəmədə etibarlı olma vəziyyəti. Əhəmiyyət vermək. Hörmət, riayət və xatir saymaq. Qulaq asmaq. İbrət götürüb ayıq olmaq. Birinci və ya sözünü məqbul fərz etmek. ETİQAD \[ər. إعزمبد \]– bu və ya digər hadisənin həqiqiliyi haqqında və biliyə əsaaslanmayan inam. Etiqad dini-fəlsəfi ədəbiyyatda da çox işlənir. Kök olaraq aqədə \[عمذ \] felindən gəlir və VIII babda məsdəridir. Dilimizdə işlənənən əqidə sözü də bu qəbildəndir. Elm-i əqaid – hər hansı bir dinin iman məsələlərini və şəriət hökmlərini, o cümlədən ibadət formalarını öyrənən elm. EHKAM - bax: Doqma. EUDAYMONİA \[yun.eu-daimonia – yaxşı bir dayimonu olan adam, insanın bütün həyatını ehtiva edən, onun fəaliyyətlərinin mərkəzində yer alan güc.\] – ümumi mənada isə insan ruhunun yaxşı vəziyyətdə olmasına deyilir. Zamanla daha başqa mənalarda da istifadə edilmişdir. Misal üçün insanın xarici təzyiqlər nəticəsində müvəqqəti xoşbəxtliyinə verilən ümumi anlam kimi götürülmüşdür. EUDOMANİZM \[alm. Eudämonismus; fr. Eudèmonisme; ing. eudomonism; yun. Eudaimonismos; osm. tr. istisadiye\] – həyatın mənasını xoşbəxtlikdə görən, insanın bütün fəaliy-yətlərinin son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim.
ELEMENT
ƏBƏDİYYƏT