ELMSİZ
EMBRİON
OBASTAN VİKİ
İsmayıl Eloğlu
Hüseynov İsmayıl Məşədi Bəşir oğlu (İsmayıl Eloğlu) (1912—1957) — müğənni. == Həyatı == İsmayıl Eloğlu 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dərəcəli Şuşa məktəbini bitirmişdi. Bülbül onun səsini dinləyib Bakıya aparmışdı. Orda Eloğlu ləqəbini qəbul edib oxumağa başlamışdı. Bir çox ölkələrə qastrol səfərlərinə çıxmışdı. O, 21 iyul 1957-ci ildə vəfat edib. == Fəaliyyəti == 1926-cı ildən AOBT-nda müxtəlif rollar oynamışdır. "Leyli və Məcnun"da Nofəl, "Əsli və Kərəm"də Keşiş və Paşa, "Koroğlu"da Alı kişinin yaddaqalan obrazlarını yaratmışdır.
Oqtay Eloğlu
"Oqtay Eloğlu" pyesi - Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
Zahid Avşar Eloğlu
Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; 1952, Avşar, Ağcabədi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası; Yeni Azərbaycan Partiyasının üzvü (2008). == Həyatı == Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur. Hal-hazırda N.Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. == Yaradıcılığı == Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur."Yadıma sən düşürsən" (Bakı, Şirvannəşr, 2005), "Dağlar dağımdır mənim" (Bakı, Şirvannəşr, 2008), "Şəhriyarla söhbət" (Bakı, Yazıçı, 2011), "Haqdan gələn səs" (Bakı, Yazıçı, 2011), "Qoca palıdın dastanı" (Bakı, "Elm və təhsil", 2021) kitablarının müəllifidir. == Üzvülüyü == Zahid Avşar Eloğlu 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Digər lüğətlərdə

автоша́рж дря́нно зарази́тельно перема́рывание раскла́дка самаритя́нин черви́вость янта́рно выму́чивать криминализова́ть налито́й улицезре́ть алыча конотопить berry distributer grip Hindu Kush lime tree Medford memorative pink-collar theatrically turn-buckle филогенетический