ELƏ

əvəz.
1. O cur, o təhər, o sayaq. Elə söz demək olmaz. Elə sözlər danışma.
– …Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə.
Gəl elə kişnəmə, saqın, kəhərim! R.Rza.
[Cuma] Maralın evində elə danışdığına … görə özünü məzəmmət edirdi. Ə.Əbülhəsən.

Aslan köntöy-köntöy cavab verdi: – Getmirəm.
Hamı necə, mən də elə. M.Hüseyn.

// O dərəcədə, o şəkildə.
Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından ayrılmaq istəmirdi. S.S.Axundov.
Məsmə iki əli ilə dizlərinə elə çırpdı ki, səsini hamı eşitdi. Mir Cəlal.

2. Ancaq, təkcə, yalnız, məhz mənasında.
Elə mən deyiləm hüsnünə mayil; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir.
Məsumə xanıma da elə bu söz lazım idi. P.Makulu.

3. dan. O tərəfə, o yana, o səmtə. Mən belə gəldim, o elə getdi.
[Qatırçı:] Haxçılar zınqırovlu faytonlarda pırıltı ilə budu belə gəlirdi, odu elə gedirdi. Mir Cəlal.

4. Cəm şəklində: elələr(i) – o cür (elə) adamlar.
Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. F.Köçərli.
Elələrini şəhərdən sürgün etsələr də azdır. M.Hüseyn.

5. Ədat kimi aid olduğu sözün mənasını dəqiqləşdirir. Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi.
– Elə biri qonşun Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, eyvanlı, bağçalı ev tikdirib. M.İbrahimov.
[Uğur:] Məni … dilə tutan elə Alxan özü olmadımı? İ.Əfəndiyev.

6. “də” ədatı ilə: 1) o cür də, o qaydada, o tərzdə.
Pişik ilə nə tövr rəftar eyləyirsən, elə də arvad ilə lazımdır rəftar eləmək. C.Məmmədquluzadə;

2) o halda, belə olan surətdə. Yaxşı, elə də sən get, mən də gələrəm;
3) olduğu kimi, o cür. Necə idisə, elə də qalıb.
7. “ki” bağlayıcısı ilə: o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir.
Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. M.İbrahimov.
Elə ki, bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal.
Elə ki, boz inək soyulub qurtardı, maraq daha da artdı. Ə.Vəliyev.

◊ Elə-belə1) havayı, müftə. – Bunu mənə neçəyə verirsən? – Elə-belə.;
2) məqsədsiz, qərəzsiz, ümumiyyətlə.
Maya uzaqlara getdiyini duyaraq tez əlavə etdi: – Bunu eləbelə, yadıma düşdü, dedim. M.İbrahimov.
Bu sözləri o, bəlkə də elə-belə, zarafatla demişdi. M.Rzaquluzadə;

3) nə yaxşı, nə pis, babat. Elə-belə bir ev tikdirdi.
Eləbeləcə – tərpənmədən, vəziyyətini dəyişmədən, necə var elə.
[Firidun] elə-beləcə uzanaraq nəhayətsiz göylərə tamaşa eləmək istəyirdi. M.İbrahimov.

Elə bil (ki) – sanki, guya ki.
Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. C.Cabbarlı.
Bəndalı gələndə elə bil daş-divar da dilə gəlir… Mir Cəlal.
Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn.

Elə bilmək – zənn etmək, güman eləmək, sanmaq.
Tar gördüm, tələ bildim; Çağırdın, gələ bildim; Bir yatmış ceyran gördüm; Yar yatıb elə bildim. (Bayatı).
Elə bilsin ki, padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir.

Elə gəldi ki, elə gəlir ki – zənn etmək, düşünmək, güman etmək mənasında. Ona elə gəldi ki, qızı harada isə görüb. Mənə elə gəlir ki, bu kitabı oxumuşam.
– Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki; Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş… M.Müşfiq.
Kişiyə elə gəlirdi ki, onun ümid və arzu ilə bərkiyən qəlbi dərd ilə əriyir, qan olub tökülür. Mir Cəlal.

Elə isə – onda, belə olduqda, belə isə, belə şəraitdə.
Elə isə mən də getdim! – deyə Tahir nəfəsini çəkmədən səbirsizliklə dostundan cavab gözlədi. M.Hüseyn.

Омонимы

  • ELƏ ELƏ I əvəz. İşarə etmək məqsədilə işlədilir. Cahanda yox elə bir qüvvə baş əyim ona mən (C.Cabbarlı)
ELEVÁTOR
ELƏCƏ
OBASTAN VİKİ
Eldən-elə (roman)
Eldən-elə — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır.
Kef elə (mahnı)
Kef elə — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.
Eləzəkul (Baltas)
Eləzəkul (rus. Зилязекулево, başq. Еләҙекүл) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 30 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (99 %) üstünlük təşkil edir.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.

Значение слова в других словарях

гумно́ из любопы́тства кага́тный невы́зревший одноплеме́нник одностани́чник пластика́т прово́з промора́живать изгоня́ться перво... почкова́ние болонье cargo sled fleet-footed indicium midship frame national monument savoir vivre singularly stopple vendetta watchmaker издёргивать подвижка