EMALATXANA

is. [ ər. emalat və fars. …xanə]
1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. Xarrat emalatxanası. Tikiş emalatxanası.
[İmran:] Yoldaşlar, bu günlərdə burada böyük emalatxana açılacaq. Ə.Haqverdiyev.
Bir azdan səs-küylə işləyən bir təmir emalatxanasına yaxınlaşdılar. S.Rəhman.
Fərman o gündən dərsdən sonra da emalatxanada müəllimindən eşitdikləri sözlər haqqında xeyli düşündü. Ə.Sadıq.

2. Rəssamın, heykəltəraşın iş otağı.
EMAL
EMALÇI
OBASTAN VİKİ
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Rəssam emalatxanası (Kurbe)
Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi (fr. L’Atelier du peintre. Allégorie Réelle déterminant une phase de sept années de ma vie artistique (et morale)) — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hal-hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir. == Tarixi və süjeti == Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi: Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur.

Digər lüğətlərdə

-ари-й лесосе́чный листопа́дник меша́лка млат незаселённость пото́мок пристра́чивать психопати́зм ора́торствовать отрепетова́ть рибонуклеи́новые кислоты хму́рить я́хонтовый индиго кейзерфлаг православный cemetery clearcole Cranston game room Swabian жрец ушибить ходить