EMBLÉM

[ yun. emblema – nişan, qabarıq bəzək] Hər hansı bir anlayışı ifadə edən şərti əlamət, nişan, rəmz. Göyərçin sülh emblemidir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EMBLEM rəmz — nişan — əlamət
EMBÁRQO
EMBRİOLÓGİYA
OBASTAN VİKİ
Emblem
Emblem (q.yun. ἔμβλημα)—yunan sözü olub, "nişan", yaxud. "qabarıq bəzək" deməkdir. Müəyyən ideyanı və anlayışı ifadə edən şərti simvolik təsvirdir. Məsələn, Bakının emblemi 3 simvolik alov şöləsi və qağayı təsvirindən ibarətdir. Ağ göyərçin sülh rəmzidir. Burada dəniz dalğası ifadə olunur.
Olimpiya emblemi
Hər bir Olimpiya Oyunlarının bir və ya daha çox fərqli elementlərlə Olimpiya halqaları ilə birlikdə dizayn olunan xüsusi Olimpiya emblemi var. Emblemlər Olimpiya Oyunlarının Təşkilat Komitəsi və ya təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi tərəfindən yaradılır. Olimpiya oyunları üçün hazırlanmış Olimpiya embleminin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya emblemindən Olimpiadanın sponsorları tərəfindən reklam materiallarında və hər bir Olimpiya iştirakçısının geyimində istifadə olunur.
Rüriklər sülaləsinin emblemi
Rüriklər sülaləsinin emblemi — Kiyev Rus knyazları tərəfindən müəyyən əşyaların sahibliyini göstərmək üçün istifadə edilən ailə emblemi. Rüriklər sülaləsinin markalarında, möhürlərində, sikkələrində təsvir edilmişdir. Zadəganların heraldik gerblərindən fərqli olaraq, Rüriklər sülaləsinin emblemləri bütün ailəyə və ya qəbiləyə aid deyildi, lakin şəxsi idi. Hər şahzadənin öz emblemi var idi. Onlardan biri Ukrayna gerbinin əsas elementi olan tridentdir. Kiyev Rus knyazlarının ailə emblemləri haqqında ilk məlumat X əsrin ortalarına təsadüf edir. İbn Miskəveyh 943–944-cü illərdə slavyanların Bərdəyə yürüşündən bəhs edərkən qeyd etmişdir ki, ruslar götürdükləri əsirlərin üzərilərində möhürlü bir gil parçası şəklində öz işarələrini buraxırdılar. Möhürdə hansı işarənin təsvir edildiyi məlum deyil. Tarixçilərə görə, bunun o illərdə hökmranlıq edən I İqorun gerbi olması mümkündür. Bu rusların İqorun döyüşçülərinin bir hissəsi olub-olmaması da məlum deyil, çünki qədim rus salnamələri Bərdəyə basqın barədə məlumat vermir.
Şərqi Türkistanın emblemi
Şərqi Türkistanın emblemi (uyğ. شەرقىي تۈركىستان دۆلەت گېربى) — Şərqi Türkistan İslam Respublikasının müstəqilliyi elan edilərkən — 1933-cü ilin 12 noyabrında yaradılmışdır. Respublika süqut etdikdən sonra Şərqi Türkistan azadlıq hərəkatının simvollarından biri halına gəlmişdir. Bismillah ortada gözəl xəttatlıq üslubunda yazılır. Bismillahın altında isə aypara yerləşir. Emblemin yuxarı hissəsində isə 3 ulduz əks olunmuşdur. Bu 3 ulduz Şərqi Türkistan torpaqlarında yaranmış və inkişaf etmiş 3 türk xaqanlığını tərənnüm edir. Bu xaqanlıqlar bunlardır. Göytürk xaqanlığı Uyğur xaqanlığı Qaraxanilər dövləti Emblemdə həmçinin müxtəlif ölçüdə 18 dairə vardır. Bu dairələr bu regionda yaşayan 18 yerli tayfanı tərənnüm edir.

Digər lüğətlərdə