EMİLYA
EMİNAĞA
OBASTAN VİKİ
Emin Mehdiyev
Mehdiyev Emin Natiq oğlu - 22 sentyabr 1992, Bakı) - Azərbaycan futbolçusu, yarımmüdafəçi. == Tərçümeyi halı == Emin Mehdiyev 22 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" Bakı klubunun yetirməsidir, peşəkar futbolda öz fəaliyyətinə 2009-cu ildə başlamışdır. O, 2010-cu ildən "Neftçi" Bakı komandasının əsas heyətinə daxil edilmiş, həmin mövsümdə iştirak etdiyi 23 oyunda 1 qol vurmuşdur. 2010-cu ildə Emin Mehdiyev icarə qaydasında Bakının "Abşeron" komandasına keçmiş və bir mövsüm ərzində həmin komandanın əsas heyətində çıxış etmişdir. Bu komandanın tərkibində o, 17 oyun keçirmiş və 7 qol vurmuşdur. 2011-ci ildən yenidən "Neftçi" komandasına qayıtmış və 2015-ci ilədək həmin komandada oynamışdır. 2012–2013-cü və 2013-2014-cü il mövsümlərində "Neftçi" Bakı futbol komandasının tərkibində Çempionlar liqasının 2 oyununda və UEFA Avropa liqasının 4 oyununda çıxış etmişdir. Onun bu oyunlarda ilk debutu 17 iyul 2012-ci ildə Bakı şəhərində Dalğa Arena stadionunda Gürcüstanın "Zestafoni" komandasına qarşı oyunda çıxışı olmuşdur. E.Mehdiyev matçın 82-ci dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olmuşdur.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Emin Mirabdullayev
Emin Mirabdullayev — Rejissor, aktyor. == Həyatı == 2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub.
Emin Muradov
Emin İbrahimağa oğlu Muradov — (27 fevral 1986; Biləsər, Lənkəran rayonu,Azərbaycan- 20 okyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Muradov 1986-cı il fevralın 27-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Biləsər kənd orta məktəbində alıb. Ailəli idi. Qızı Xədicə Muradova və oğlu İsmayıl Muradov şəhidin bizə yadigarıdır. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Ordusunun əsgəri olan Emin Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Emin Muradov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərinin Biləsər kəndində dəfn olunub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Muradov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Xocavəndin azad olunması", "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb. 2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s.
Emin Məmmədov
Emin Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.
Emin Nəzərov
Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub. Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Emin Quliyev
Emin Quliyev (futbolçu) —
Emin Qədirov
Emin Asif oğlu Qədirov (25 aprel 1995, Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi- 21 oktyabr 2020 Füzuli rayonu,Gecəgözlü kəndi,Azərbaycan)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Emin Qədirov 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib. Xidmətdən qayıdandan sonra müxtəlif müvəqqəti işlərdə işləyib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. == Hərbi xidməti == 2017-ci ilin iyul ayında SHXÇDX-nin Bakı şəhəri, Xəzər rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədədə xidmət edib.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni.Emin QuliyevEmin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) —Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Abdullayev — Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terrorun qurbanı. Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — “Gənc qızıl qələmlər” ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Emin Qəribov
Emin Qəribov - Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.
Emin Rüstəmov
Emin Rüstəmov (tam adı: Emim Səid oğlu Rüstəmov; ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsi == Haqqında == Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlaxda anadan olmuşdur. == Hərbi Xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Təltifləri: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur ndöyüşçü" medalı ilə təltif edilib.
Emin Rüstəmzadə
Emin Firqət oğlu Rüstəmzadə (23 fevral 1991; Mingəçevir, Azərbaycan — 12 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Rüstəmzadə 23 fevral 1991-ci ildə Mingəçevirdə anadan olub. 1997–2008-ci illərdə V. Ağakişiyev adına məktəbdə təhsil almışdır. 2009–2010-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Ailəli və 2 övlad atası idi. Tərtər Regional qaz istismarı İdarəsinin Mingəçevir Xidmət Sahəsində işləyirdi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Rüstəmzadə Madagizin azad edilməsində savaşıb. Emin 12 oktyabr 2020-ci ildə 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. 13 noyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Rüstəmzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Rüstəmzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Rüstəmzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Emin Sabitoğlu
Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, İstanbul) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır. == Həyatı == Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961). Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib. Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır. == Fəaliyyəti == 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Emin Sadiqov
Emin Rəşadət oğlu Sadiqov (21 iyul 1998, Şahbuz, Naxçıvan MR – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat etmişdir. Anası Gülşad Qəzənfər qızı Rüstəmova hazırda tibb bacısı işləyir. == Hərbi xidməti == 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat almış, burada ilk peşə fəaliyyətinə başlamışdır. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanmış, döyüşlərdə böyük şücaət göstərmiş, komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalmışdır.
Emin Sadıxov
Emil Nəsirli (doğum adı: Əli İldırım oğlu Məmişov; 1905, Bakı – 1975, Bakı) — nasir, publisist, == Həyatı == Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. === Əmək fəaliyyəti === Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir.
Emin Süleymanov
Emin Bəhmən oğlu Süleymanov (21 iyul 1977; Xubyarlı, İmişli rayonu, Azərbaycan SSR — 9 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində polis ailəsində anadan olmuşdur. 1983-1992-ci illərdə orta məktəbin rus bölməsində, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirmişdir. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamışdır. Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriyaçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etmişdir.
Emin Səttarov
Emin Ramin oğlu Səttarov (25 may 2001, Bakı – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və təhsili == Emin Səttarov 2001-ci il mayın 5-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir. 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.
Emin İmaməliyev
Emin İmaməliyev — Azərbaycan futbolçusu.
Emin İsmayılov
Emin Tahir oğlu İsmayılov (21 may 2001, Nəsimi rayonu – 6 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin İsmayılov 21 may 2001-ci ildə Nəsimi rayonunda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan idi. Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin İsmayılov 6 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Emin Şəkinski
Emin Əkrəm oğlu Şəkinski (6 oktyabr 1960, Bakı – 21 oktyabr 2020) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi, polis general-mayoru. == Həyatı == Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlamışdır. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparmışdır. E. Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləmiş, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 6 övladı var. 4 qız 2 oğlan.
Emin Əfəndi
Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı. Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüsseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüsseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüsseridir. == Həyatı == Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub. == Karyerası == Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüsser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin" meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüsseri və aparıcısı olub.
Emin Əfəndiyev
Emin Əfəndiyev (d. 1987) — rejissor. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. Filmləri bir neçə festivalın qalibi olub. == Həyatı == Emin Əfəndiyev 1987-ci ildə anadan olub. 2009-cu ildə İncəsənət Universitetinin "kino şöbəsi" – rejissor Yalçın Əfəndiyevin kursunu bitirib. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. == Mükafatlar == 2007-ci ildə keçirilmiş “Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibidir.Beynəlxalq Audio-Vizual Festivalın mükafatçısıdır.İdman və Turizm Nazirliyi tərəfindən "ilin rejissoru" seçilib.2016-cı ildə "Hədiyyə" qısametrajlı filmi “Azərbaycan ailəsi 2016” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib olub. == Filmoqrafiya == 0:1... (film, 2007) (qısametrajlı bədii film) (quruluşçu rejissor; ssenari müəllifi) Abşeron abidəsi (film, 2009) (qısametrajlı sənədli film) (rejissor; ssenari müəllifi; montajçı) Yuva (film, 2012) (qısametrajlı bədii film) (quruluşçu rejissor) Əmi.
Emin Əhmədov
Emin Vidadi oğlu Əhmədov (6 oktyabr 1986, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2002-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Emin Əhmədov 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Emin Əhmədov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Emin Əhmədov 1986-cı il oktyabrın 6-da Bakı şəhərində zavod işçisi Vidadi Əhmədov və evdar qadın Minayə Əhmədovanın ailəsində anadan olub. 1997-ci ildən güləşlə məşğul olmağa başladı.Emin Əhmədov 2004–2006-cı illərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Göytəpə" Sərhəd Dəstəsinin Yardımlı rayonunda sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətdə olub. == Karyerası == === 2002–2011-ci illər: Fərid Mansurovla rəqabət === Emin Əhmədovun beynəlxalq səviyyədə birinci turniri 2002-ci ilin iyulunda Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Nəticədə o, bürünc medal uğrunda görüşdə məğlub oldu və çempionatı beşinci pillədə başa vurdu. Daha sonra Emin Əhmədov yunan-roma Azərbaycan yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə uzun illər nüfuzlu turnirlərdə mübarizə apara bilməmişdi. Etimad göstərilməməsinin əsas səbəbi, həmin illərdə yunan-roma güləşi üzrə Azərbaycan yığmasının "bir nömrəli" güləşçisinin 2004-cü il Afina Olimpiadasının qalibi Fərid Mansurov hesab olunması idi. Məhz bu səbəbə görə Dünya və Avropa Çempionatlarında Azərbaycanı Fərid Mansurov təmsil edirdi.
Emin Əmiraslanov
Emin Əmiraslanov (14 sentyabr 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. müdafiəçi mövqeyində çıxış edir. == Klub karyerası == Azərbaycan Premyer Liqasında Şahdağ Quba FK, Bakı FK və Gənclərbirliyi klublarında oynamışdır. 2008/09 mövsümündə Salyanın Muğan FK şərəfini qorumuşdur. 2011-ci ildən isə Azərbaycanın 1-ci liqasında oynayır.
Aconitum eminens
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Allahverdi Eminov
Allahverdi Eminov - Azərbaycan yazıçısı və müəllimi. Pedaqoji elmlər namizədi, Dosent, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Maarif nəşriyyatında baş redaktor və direktor (1984-1992), Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru. 1990-cı ildə çap olunmuş və dönəmin dövrü mətbuatında rezonansa səbəb olan Payıza qədər: Seks haqqında söhbət əsərinin müəllifi. Əsər, Azərbaycan ədəbiyyatında erotik ədəbiyyatın ilk nümunəsi sayılır. == Həyatı == Allahverdi Eminov 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində, dəmiryolçu ailəsində anadan olub. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, 1964-cü ildə oranı bitirib. 1965-1968-ci tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.1968-1971-ci illərdə ildə Azərbaycan Elmi tədqiqat Pediatriya İnstitutunun aspiranturasınada təhsil alıb. 1971-ci ildə dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi adını alıb.
Aloe eminens
Aloe eminens (lat. Aloe eminens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Ağa Eminov
Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı – 1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır.Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır. Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir. Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir. == Siyasi fəaliyyəti == Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır. ==== Parlamentdə ==== Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olmuşdur.Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920 tarixində keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq sinifl ərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olmuşdur.
Batur Emin Akyel
Batur Emin Akyel- Türkiyəli yazar, rejissor və prodüsser. 30.09.1976-cı ildə Türkiyənin Dənizli şəhərində doğulub. === Həyatı === Batur Emin Akyel 30 sentyabr 1976-cı ildə Türkiyənin Dənizli şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Aydın vilayətinin Nazilli şəhərində alıb. 1999-cu ildə Ege Universitetində radio-televiziya və kino ixtisası üzrə təhsil alıb. Təhsil aldığı dövrdə İstanbula gələn Batur Emin Akyel başda Osman Sınav olmaqla bir çox yönətmənlərin yanında çalışaraq rejissor ixtisasına yiyələnib. O, peşəkar karyerasına 1996-cı ildə rejissor assisenti kimi başlayaraq, sonralar ikinci rejissor, ssenarist, redaktor, pradyüser kimi bir çox layihələrdə çalışıb. 2000-2013-cü illərdə Koliba Film şirkətində baş direktor olaraq çalışıb. Daha sonra o karyerasını özünün yaratdığı İqlim Film və CABIN Creative Agency-Events –də davam etdirmişdir. Kırşehir Ahi Evran Universiteti, Elazığdakı Fırat Universiteti, İstanbuldakı Özəl Üsküdar Universitetləri kimi ali təhsil ocaqlarında təcrübə- seminar proqramlarında iştirak edib.
Elçin Eminov
Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı. Elçin Eminov, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. == Karyerası == Elçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Emin Məmmədov (gizir)
Emin Vətən oğlu Məmmədov (15 avqust 1992, Beyləqan rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Emin Məmmədov (sədr)
Emin Səlhab oğlu Məmmədov (Bakı)— “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2020) == Həyatı == Məmmədov Emin Səlhab oğlu Bakı şəhərində anadan olmuşdur. === Ailəsi === Atası Səlhab Məmmədov məşhur heykəltaraş, Azərbaycanın xalq rəssamı və professordur. O, Berlində “Xocalı” abidəsi və Romada “Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Qardaşı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olmuşdur. 18 mart 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib. == Təltifləri == 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2020-ci il 12 dekabrda Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. == Üzv olduğu təşkilatlar == 4 mart 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
Emin Məmmədov (əsgər)
Emin Fazil oğlu Məmmədov (11 oktyabr 1997; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 2 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Məmmədov 11 oktyabr 1997-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Beyləqan rayon Araz qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Emin Məmmədov 2015-2017-cı illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin Məmmədov 2 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Emin Paşa (marşal)
Emin Paşa (1790 – 1851) — siyasətçi və elm adamı, dəqiq elmlər və hərbi işlər sahəsində 19-cu əsrin birinci yarısında Osmanlı İmperiyasının ən hörmətli alimlərindən biri. Marşal, Şam valisi. Görkəmli riyaziyyatçı, Krım xanlığının sakini Hüseyn Rıfkı Krımlının oğlu. Kembric Universitetini bitirən ilk Krım tatar. == Bioqrafiyası == Emin Rıfkı 1780 - 1790-cı ilərdə bir riyaziyyatçı, Sultan Torpaq Hərbi Mühəndislik Məktəbinin baş rəisi Hüseyin Rıfkı Tamaninin ailəsində anadan olub. Onun doğum tarixi dəqiq bilinmir. 1835-ci ilə qədər İstanbul Sultan Akademiyasında oxumuşdur. Sultan Akademiyası bir qrup gənc tələbəni əsas Avropa təhsili almaq üçün İngiltərəyə göndərməyə qərar verdikdə, Emin bəy seçilən namizədlər arasında olur və o zaman da ona böyük ümidlər olur. Kembric Universitetinin Dəqiq Elmlər Fakültəsinə daxil olan Emin bəy qısa müddətdə ən yaxşı tələbələrdən biri olur. Universiteti bitirdikdən sonra gənc alim Kembricdə müəllim vəzifəsi almaq üçün diplomunu universitet rəhbərliyinə təqdim edir.
Emin Quliyev (futbolçu)
== Həyatı == 2005-2009-cu illərdə Xəzər-Lənkəran klubunda forma geyinən Emin bu komanda ilə Azərbaycan çempionluğu, "Birlik kuboku" və 2 dəfə ölkə kubokunu qazanıb.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Emin Quliyev (milli qəhrəman)
Emin Ələkbər oğlu Quliyev (12 avqust 1976, Sahil – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür. Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Emin Quliyev (rəssam)
Emin Quliyev (1961, Bakı) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Emin Quliyev 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə Gürcüstanda Tbilisi İncəsənət Dövlət Akademiyasını bitirmişdir.1991–1993-cü illərdə SSRİ İncəsənət Akademiyasında təhsilini -davam etdirmişdir. 1991-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam ailəsində boya-başa çatmışdır. Erkən yaşlarından rəsmlə məşğul olmağa başlamışdır. Peşəkar heykəltaraş olmaqla yanaşı, incəsənətin digər sahələrinə də biganə yanaşmamış, qrafika, rəssamlıq sənəti ilə də məşğul olmuşdur. == Yaradıcılığı == Emin Quliyevin əsərləri 1982-ci ildə Bakıda "Gənc rəssamlar" sərgisi, 1990-cı ildə "Payız" sərgisi, 1991-ci ildə Bakıda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi, 1995-ci ildə Azərbaycan rəssamlarının milli sərgisində nümayiş etdirilmişdir.2006-cı ildə Bakı şəhərində fərdi sərgisi keçirilmişdir. 1987-ci ildə SSRİ Heykəltəraşlıq Diplom Sərgiləri İttifaqının mükafatını, 1997-ci ildə Beynəlxalq Sərgi Olimpiadasının IV və V mükafatlarını qazanmışdır.
Emin Quliyev (üzgüçü)
Emin Quliyev (8 oktyabr 1975) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Emin Quliyev 1975-ci il oktyabrın 8-də anadan olub. == Karyerası == Emin Quliyev Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində 25.22 saniyə nəticə göstərdi və 59-cu pillənin sahibi olub.Daha sonra Emin Quliyev Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 25.36 saniyə nəticə göstərdi və 60-cı pillənin sahibi olub.
Emin Quliyev (əsgər)
Emin Ələkbər oğlu Quliyev (12 avqust 1976, Sahil – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür. Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Digər lüğətlərdə

лими́т промыта́риться трясти́ хам босни́ец вы́вялить до́брый гений недооце́ниваться поразню́хать прозва́ть сёдлышко ту́житься фанеро́вка aero-optics alarmingly brainpan chancre chuckie inconvertibility livelong muffin snorter suspenseful trestlework сползти