EMOSİONÁL

sif. [ fr. ]
1. Emosiya ifadə edən, emosiya ilə dolu olan, həyəcanlı. Emosional nitq.
– …[S. Vurğunun] dili çox aydın, səlis, emosional və obrazlıdır. O.Sarıvəlli.
…Musiqi mədəniyyətinin yeni bir qələbəsi kimi qarşılanan “Yeddi gözəl” baletinin musiqisi … emosional cəhətcə dolğun məzmunlu böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.

2. Tez təsirlənən, tez həyəcanlanan, tez mütəəssir olan, özünü saxlaya bilməyən. Emosional hal. Emosional xasiyyət.
– Cabbarlı öz canlı bədii surətləri ilə tamaşaçıların yalnız şüuruna, mühakiməsinə deyil, eyni zamanda hissiyyatına, emosional varlığına da təsir etməyə çalışır. M.Arif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EMOSİONAL həyəcanlı
EMİ́SSİYA
EMOSİONALLIQ

Digər lüğətlərdə