ENDİRMƏK

f.
1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək.
…Söz var ki, dağa çıxardar, söz var ki, dağdan endirər. C.Məmmədquluzadə.
Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. Ə.Haqverdiyev.

2. Sallamaq, aşağı tutmaq.
[Qız] sanki bir şey xatırlamaq istəyir də, tapa bilməyir kimi, kirpiklərini mütəmadiyən endirib-qaldırır, baxışının vəziyyətini heç dəyişmirdi. S.Hüseyn.
Hümmətəli bircə saat bundan əvvəl qoyulmuş çuqun peçin yanında oturub başını sinəsinə endirmişdi. M.Hüseyn.

3. Aşağı çəkmək, aşağı sürüşdürmək. Papağı gözünün üstünə endirmək.
– …Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov.

4. Aşağı salmaq, azaltmaq, ucuzlaşdırmaq. Qiymətləri endirmək.
5. məc. Vurmaq, ilişdirmək, çəkmək. Ağac endirmək. Qapaz endirmək. Yumruq endirmək. Qılınc endirmək. – …Xudayar bəyin əlində yekə dəyənək var.
Nə vaxt keyfi istəyir qaldırır, nə vaxt istəyir endirir. C.Məmmədquluzadə.
Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı. M.İbrahimov.
Aslan atasının endirdiyi yumruq altından sivişib çıxdı. M.Hüseyn.

6. məc. Düşürmək, salmaq, devirmək; məhrum etmək.
Dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan endirdilər. C.Məmmədquluzadə.
[Ağa Saleh:] Biz ağaları bu büsatdan endirən olmaz. S.S.Axundov.

7. məc. Lütf etmək, saymaq, iltifat göstərmək.
Xəbər alıb əhvalımı bilmirsən; Endiribən məclisimə gəlmirsən. Aşıq Ələsgər.
Bilməyən azdır ayı; Lovğalıqda yox tayı; “Mən çox qəşəngəm”, – deyə; Endirmədi kimsəyə. Ə.Cavad.

Синонимы

  • ENDİRMƏK sallamaq
  • ENDİRMƏK vurmaq — ilişdirmək — çəkmək
  • ENDİRMƏK devirmək — yıxmaq
  • ENDİRMƏK azaltmaq — ucuzlaşdırmaq
  • ENDİRMƏK düşürmək — salmaq

Этимология

  • ENDİRMƏK “Saymaq”, “hörmət etmək” mənaları da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ENDİRMƏ
ENDOKARD
OBASTAN VİKİ
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.

Значение слова в других словарях