ENERJİ

[ yun. ]
1. fiz. Materiyanın əsas xassələrindən biri – onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. Atom enerjisi. Şüa enerjisi.
– Enerjinin itməməsi və çevrilməsi qanunu təbiətin əsas qanunlarından biridir. Fizika”.

// Hər hansı bir cismin, maddənin və s.-nin bir iş görmə, yaxud iş görə bilən qüvvənin mənbəyi olma qabiliyyəti. Suyun enerjisi. Akkumulyator enerjisi.
– Nüvədaxili enerji ehtiyatları doğrudan da hədsiz-hüdudsuzdur. A.Qarayev.

2. Qətiyyət, inad, coşqunluq, qüvvət, səy.
[Firidunun] enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. M.İbrahimov.
Mirzəyev böyük həvəs və enerji ilə çalışırdı. Ə.Sadıq.

Omonimlər

  • ENERJİ ENERJİ I is. [ rus. ] fiz. Cərəyan, işıq. Kinonun maraqlı yerində enerji kəsildi. ENERJİ II is. [ rus
ENÉRGİYA
ENƏCƏK

Digər lüğətlərdə