enlibarmaqlı
enlibaşlar
OBASTAN VİKİ
Enlibaş
Enlibaş (lat. Squalius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə Avropa və Asiya yayılmış balıq növləri daxildir.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qafqaz enlibaşı
Qafqaz enlibaşı (lat. Squalius cephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin enlibaş cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.

Digər lüğətlərdə

доста́точность источникове́д куря́тница недопоня́ть осо́знанность проторя́ть ка́панье обива́ться обострённость первозда́нно тонево́й катихумен broccoli dethrone gin grilse machine drawing preprogramming reshape sin-offering whittling влечь исчиркать приворожить семитический