ENLƏNMƏK

f.
1. Eninə böyümək, genəlmək. Jaket geyiləndən sonra enlənib.
2. Enə vermək, eninə artmaq.
Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. Ə.Vəliyev.

3. Genişlənmək, yayılmaq, artmaq. Duman enlənib hər tərəfi tutdu.
4. məc. Kökəlmək.
Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif.

5. məc. Yayılmaq, yayılıb oturmaq.
…Qıssa, turşumuş xəmir kimi enlənib oturur. Mir Cəlal.

6. məc. Şadlanmaq, sevinmək, məmnun olmaq.
Bitərəflər sıralardan bir-bir dartınıb iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ENLƏNMƏK böyümək — artmaq
  • ENLƏNMƏK yayılmaq — genişlənmək
  • ENLƏNMƏK genəlmək
  • ENLƏNMƏK kökəlmək

Antonimlər (əks mənalı sözlər)

  • ENLƏNMƏK ENLƏNMƏK – UZANMAQ Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir (Ə.Vəliyev)
ENLƏNMƏ
ENLƏŞMƏ

Digər lüğətlərdə

ба́иньки-баю́ бе́сом выплавля́ться ледору́б мы́то мясти́ перва́нш по́стница просле́живаться реве́ть чили́кать шестерёнка сколупа́ть спаса́ние пототура bespell mess kit panchama unbearable вдавливать воскурять езженый отроду правнучка растасовывать