ENSİKLOPEDİST
ENSİZ
OBASTAN VİKİ
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az.-əbcəd قاموس‎)Ensiklopediya – [yun. enkuklapaideia – biliklər dairəsi] Biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan Milli Ensiklopediyası, Tibb Ensiklopediyası; Bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur; Lüğət formasında elmi sorğu vəsaiti; Məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.Ensiklopedik Ensiklopediyaya məxsus; Məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam); Elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik; Ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar isə sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. == Nümunələri == === Vikipediya === Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Molla Nəsrəddin (ensiklopediya)
Molla Nəsrəddin Ensiklopediyası — Molla Nəsrəddin jurnalının ensiklopediyası == Haqqında == "Molla Nəsrəddin" ensiklopediyası– Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi–ictimai fəaliyyətinin ensiklopedik kitabıdır "Molla Nəsrəddin" ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlamışdır Kitabın baş redaktoru İsa Həbibbəyli AMEA-nın prezidenti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, tərtib edəni və çapa hazırlayan Vüqar Əhməd, filologiya elmləri doktoru, professor. == Əhəmiyyəti == "Molla Nəsrəddin" ensiklopediyası– Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır "Molla Nəsrəddin" ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın tarixi və ənənələrinə dair hesabat, sabah haqqında bələdçidir. == Məzmunu == Mollanəsrəddinçilik – geniş mənada "Molla Nəsrəddin" ədəbi məktəbinin nizamnaməsi,tənqidi realizm ədəbi cərəyanının əsasnaməsidir. Milli müstəqillik və siyasi-mənəvi azadlıq uğrunda mübarizə aparmaq mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir XX "Molla Nəsrəddin" ensiklopediyası əsrin əvvəllərinin milli-demokratik intibah proseslərinin əsas lokomotivi C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı idi. "Molla Nəsrəddin" ədəbi cəbhəsi XX əsrin əvvəllərində mövcud olan müxtəlif təmayüllü ədəbiyyat və mətbuat meydanında ən davamlı, ardıcıl və mübariz bir hərəkat idi. "Molla Nəsrəddin" ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir. Baş redaktor, görkəmli yazıçı C.Məmmədquluzadənin (1869-1932) səyləri nəticəsində "Molla Nəsrəddin" cəbhəsi ədəbi məktəb səviyyəsinə çatdırılmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir "Molla Nəsrəddin" jurnalı–Cəlil Məmmədquluzadənin və bütün mollanəsrəddinçilərin əsərlərinin çoxcildlik külliyyatıdır.
Viruslar haqqında ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Ensiklopediya (Fransa XVIII əsr)
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Vikipediya. Virtual ensiklopediya (kitab)
Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab. == Ümumi məlumat == 2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş bəhs edilir, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir. == Mənbə == “Vikipediya.
AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Amerika Ensiklopediyası
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir.Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Arximandrit Nikiforun Bibliya ensiklopediyası
Arximandrit Nikiforun Bibliya ensiklopediyası (rus. «Иллюстрированная полная популярная Библейская энциклопедия») — 1891-ci ildə nəşr olunmuş Bibliya ensiklopediyası. Müəllifi arximandrit Nikifordur.
Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. == Haqqında == 20 əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.1965 il dekabrın 30-da Azərb. KP MK və Azərb. SSR Nazirlər Soveti “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərar qəbul etdi və Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və “Azərbaycan SSR” xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970 ildə ASE-nin 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. Azərb. KP MK-nın 1975 il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. == Haqqında == Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Azərbaycan Sovet Ensiklopediyası
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF). Bakı: “Lider nəşriyyat”, 2004. — 440 səh.
Azərbaycan ensiklopediyaları
=== Tarixi-etnoqrafik ensiklopediyalar === Vəsimə İsmayılqızı. Goranboy (ensiklopedik toplu). Bakı: 2000, 496 səh. Vəsimə İsmayılqızı. Beyləqan (ensiklopedik toplu). Bakı: 2010, 688 səh. Abdulla B., Babayev T. Novruz bayramı ensiklopediyası. e-kitab Bakı, 2008. Müşviq Borçalı. Borçalı ensiklopediyası 4 cilddə.
Azərbaycan tərcümə ensiklopediyası
Azərbaycan tərcümə ensiklopediyası — Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı (28 fevral 2018-ci il, pr. № 16) ilə nəşr olunub. Kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulladır. Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. === Redaksiya heyəti === Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev. === Rəyçilər === Filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyev. === İçindəkilər === Əsl bilik xəzinəsi (Kamal Abdulla); Sərəncamlar, sənədlər; Tərcümə elm sahəsi kimi (M.Nağısoylu, L.Əliyeva); Tərcümənin nəzəri və praktik prinsipləri (R.Əliyev); Tərcümənin fəlsəfi əsaslarına dair (A.Rüstəmova); Tərcüməşünaslığın predmeti və problematikası (A.Əkbərli); Azərbaycanda tərcümə ədəbiyyatı tarixi (M.Nağısoylu); Personalilər.
Başqırdıstan Ensiklopediyası
Başqırdıstan Ensiklopediyası (başq. Башҡорт энциклопедияһы, rus. Башкирская энциклопедия) — 7 cilddən ibarət başqırd dilində ensiklopediya. == Tarixi == Başqırdıstanın ilk ensiklopediyası "Açar" (azərb. "Miras"‎) XIX və XX əsrlərdə Rizaitdin Fəxrəddinov tərəfindən hazırlanıb. Onun hazırladığı kitab cəmi 4 cilddən ibarət olmuşdur. Ensiklopediyada ilahiyyatçılar, yazıçılar, ictimai xadimlər, Ural-Volqa bölgəsinin sahibkarları-mesenantları haqqında bioqrafik məlumatlardan ibarət idi. 1900-1908-ci illərdə ümumilikdə 15 kitabda 2 cildli dərc edilmişdir.
Belarus Sovet Ensiklopediyası
Belarus Sovet Ensiklopediyası (belar. Беларуская савецкая энцыклапедыя) — Sovet dövründə Belarusda belarus dilində nəşr olunmuş 12 cilddən ibarət universal ensiklopediya. 1969-1975-ci illərdə nəşr edilmişdir.
Britannika Ensiklopediyası
Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır. == Tarixi == İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır.1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: "Mikropediya" və "Makropediya".
Böyük Danimarka ensiklopediyası
Böyük Danimarka Ensiklopediyası (dan. Den Store Danske Encyklopædi) Danimarka dilində çoxcildlik universal ensiklopediyadır. Gyldendal tərəfindən 1994–2001-ci illər arasında 20 cilddə, ardınca 2002-ci ildə əlavə bir cilddə və 2003-cü ildə iki indeks cilddə nəşr edilmişdir. Ensiklopediya Danmarks Nationalleksikon A/S (Gyldendalın törəmə şirkəti idi) tərəfindən hazırlanmışdır. 20 cilddə 115 minə yaxın məqalə var idi, bunun üçün müxtəlif bilik sahələri üzrə 4000-ə yaxın müəllif-mütəxəssis cəlb edilmişdir. Məqalələrin əksəriyyəti bir neçə onlarla sətirdən uzundur ("Danimarka" məqaləsi 130 səhifədir), hər biri imzalıdır. Hər bir cilddə çoxlu sayda illüstrasiyalar var. 2004-cü ildə ensiklopediya Microsoft Windows platforması üçün, 2005-ci ildə Mac OS üçün CD-ROM- da buraxılmışdır. 2006-cı ildə nəşriyyatda ensiklopediyanın abunə yolu ilə pullu onlayn versiyasını yaratmaq planları var idi, lakin 2008-ci ildə həyata keçirilməsi üçün vəsait çatışmazlığı səbəbindən bu layihədən imtina etmək qərarına gəldi. Buna baxmayaraq, 26 fevral 2009-cu il tarixində ensiklopediyanın məzmunu vikimühərrikində həyata keçirilən xüsusi yaradılmış saytda sərbəst şəkildə internetdə yerləşdirilmişdir ; bu qərar ensiklopediyanın çap variantının bəzi alıcılarının etirazına səbəb olub.
Böyük Laruss Ensiklopediyası
Böyük Laruss Ensiklopediyası (fr. Le Grand Larousse encyclopédique) — 1960-cı ilin fevralından 1964-cü ilin avqustuna qədər "Laruss" tərəfindən nəşr olunan Fransa universal ensiklopedik lüğəti. Sonradan iki əlavə cild nəşr edilmişdir. Ensiklopediya üç versiyada mövcuddur: "Prestige", "Intégrale" və "Essentielle". "Prestige" versiyasında təxminən 150 min məqalə, 12 min illüstrasiya və xəritə var. == Onlayn layihə == "Larousse" nəşriyyatı 13 may 2008-ci ildə "Fransızca Vikipediya" ilə rəqabət aparmaq üçün onlayn ensiklopediya layihəsinə start vermişdir.
Böyük Rusiya Ensiklopediyası
"Böyük Rusiya Ensiklopediyası, BRE" (rus. Большая российская энциклопедия, БРЭ) — rus dilində çap olunan universal ensiklopediya. Nəşr 35 nömrəli cilddən və “Rusiya” cildindən ibarətdir həmçinin 80 mindən çox məqalədən ibarətdir. Ensiklopediya 2004-2017-ci illərdə “Böyük Rusiya Ensiklopediyası” elmi nəşriyyatı tərəfindən nəşr edilmişdir. 1 aprel 2016-cı il tarixindən etibarən ensiklopediyanın elektron versiyası mövcuddur, onun buraxılışı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. == Tarixi == === Arxa fon (1995-ci ilə qədər) === 1979-cu ildə Böyük Sovet Ensiklopediyasının (BSE) üçüncü nəşrinin sonuncu, 30-cu cildi işıq üzü gördü. 1990-cı ilə qədər, o cümlədən, "Sovet Ensiklopediyası" nəşriyyatı hər il BSE-nin məqalələri üçün yenilənmiş məlumatları dərc edən "Böyük Sovet Ensiklopediyasının İlliyi"-ni nəşr etdirirdi. 1991-ci ildə "Sovet Ensiklopediyası" nəşriyyatı "Böyük Rusiya Ensiklopediyası" Elmi Nəşriyyatı adlandırıldı, baxmayaraq ki, bu adda ensiklopediya hələ mövcud deyildi. 1994-cü ildə Aleksandr Qorkin “Böyük Rus Ensiklopediyası” nəşriyyatının direktoru və baş redaktoru oldu, o, ölkə rəhbərliyinin diqqətini o zaman ağır maliyyə vəziyyətində olan nəşriyyatın problemlərinə yönəltməyə çalışdı. === Rusiya haqqında ensiklopediya (1995-2001) === 1995-ci il yanvarın 13-də Rusiya Prezidenti B.N.Yeltsin hökumətə 1996-2001-ci illərdə Böyük Rus Ensiklopediyasının Rusiyada Federal Kitab Nəşriyyatı Proqramında prezident proqramı kimi nəşrini təmin etməyi tapşırdı .
Böyük Rusiya Ensiklopediyası (nəşriyyat)
"Böyük Rusiya Ensiklopediyası", 1991-ci ilə qədər "Sovet Ensiklopediyası" — əvvələr Sovet və müasir Rusiya elmi nəşriyyatı. 1925-ci ildə SSRİ-də ensiklopediyalar nəşri üçün Kommunist Akademiyası və SSRİ Mərkəzi İcra Komitəsində təsis edilmişdir.Hal hazırda səhmlərinin 100% Rusiya Federasiyasına məxsus olan açıq səhmdar cəmiyyəti statusuna malikdir. == Təşkilati formaların xronologiyası == 1925 — "Sovet Ensiklopediyası" səhmdar cəmiyyəti olaraq quruldu və Böyük Sovet Ensiklopediyasının 1-ci nəşrini buraxmağa başladı. 1930—1935 — "Sovet Ensiklopediyası" Dövlət lüğəti və ensiklopedik nəşriyyatı. 1935—1949 — "Sovet Ensiklopediyası" Dövlət İnstitutu. 1939 — "Qranat" nəşriyyatının təşkilatla birləşməsi 1949—1959 — "Böyük Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1959—1963 — "Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1963 — Xarici və Milli Lüğətlərin Dövlət Nəşriyyat Evi və Fizmatgiz elmi və texniki lüğətlərinin redaktorları ilə birləşməsi. 1963—1991 — "Sovet Ensiklopediyası" nəşriyyatı. 1974 — lüğət nəşrləri "Russki yazık" nəşriyyatına keçir.
Böyük Sovet Ensiklopediyası
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Böyük İslam Ensiklopediyası
Böyük İslami Ensiklopediyası və ya Böyük İslam Ensiklopediyası (fars. دائرةالمعارف بزرگ اسلامی‎) (ing. Encyclopaedia Islamica)-Böyük İslami Ensiklopediyası Mərkəzinin birinci araşdırma əsəridir ki, Seyid Məhəmmədkazım Musəvi Bocnurdinin nəzarəti altında fars, ərəb və İngilis dillərində nəşr olunur.İndiyə qədər 17 cildi təqdim olunub.
Böyük İslami Ensiklopediyası
Böyük İslami Ensiklopediyası və ya Böyük İslam Ensiklopediyası (fars. دائرةالمعارف بزرگ اسلامی‎) (ing. Encyclopaedia Islamica)-Böyük İslami Ensiklopediyası Mərkəzinin birinci araşdırma əsəridir ki, Seyid Məhəmmədkazım Musəvi Bocnurdinin nəzarəti altında fars, ərəb və İngilis dillərində nəşr olunur.İndiyə qədər 17 cildi təqdim olunub.
Coğrafiya ensiklopediyası
Coğrafiya Ensiklopediyası — Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası. == Haqqında == Coğrafiya Ensiklopediyası 2012-ci ildə Azərbaycanda nəşr olunan və geniş kütlə üçün(əsəsən məktəblilər) nəzərdə tutulmuş elmi-kütləvi coğrafi məlumat əsəridir. Ensiklopediyanın ümumi həcmi 2 kitab halında 736 səhifədən (hər kitab 368 səhifə) ibarətdir. Əsər Dünyada və onun ayrı-ayrı regionlarında baş verən təbii və iqtisadi coğrafi proseslərin davamlı inkişafa təsirinin öyrənilməsində hər bir oxucu üçün əhəmiyyətli ola bilər. AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, i.e.n. Zakir Eminov və Bakı şəhəri H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e. n. Qabil Səmədov un tərtib etdiyi və "Çaşıoğlu Multimediya" nəşriyyatında 35 000 nüsxədə çap olunaraq ölkənin bütün orta məktəblərinin kitabxanalarına dövlət tərəfindən hədiyyə edilən nəfis əsərin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur. Ensiklopediyadakı anlayışlar rəngli təsvirlər, sxemlər və xəritələrlə daha da əyani izah olunur. I kitabda Yer planetinin kainatdakı mövqeyi, yaranması, təbəqələri, təbii resursları haqqında geniş məlumatlar verilməklə yanaşı, dünya əhalisi və onun təsərrüfat fəaliyyətinin qanunauyğunluqları təsvir edilir.
Cudaika Ensiklopediyası
Cudaika Ensiklopediyası-(ing. Encyclopaedia Judaica) 26 cildlik ingilis dilində Yəhudilər və onların inancları barədə ensiklopediyadır.Ensiklopediya ilk dəfə on altı cilddə 1971-1972 də Keter nəşriyyatı tərəfindən Yerusəlimdə və Məkmillan şirkəti tərəfindən Nyu-Yorkda nəşr olunub.Iyul 2003-cü ildə Tomson Qeyl, Cudaika ensiklopediyasının ikinci çapının nəşr etmək hüquqlarını əldə etdiyini elan edib.22 cildlik iş 30 dekabr 2006-cıildə nəşr və 2007-ci ilin yanvar ayında buraxılmışdır.İkinci çap mükəmməllik üçün bir neçə böyük mükafatlar o cümlədən Amerika Kitabxana Assosiasiyası tərəfindən verilən istinad nəşriyyat işi sahəsində ən nüfuzlu mükafat olan 2007 Dartmouth medalın almışdır.
Cəlil Məmmədquluzadə Ensiklopediyası
Cəlil Məmmədquluzadə Ensiklopediyası — Anar və b. müəllifi olduğu və Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına dair məqalələrdən ibarət olan ensiklopediya. == İstinadlar == == Həmçinin bax == Cəlil Məmmədquluzadə Anar == Xarici keçidlər == Anar, və b. Cəlil Məmmədquluzadə Ensiklopediyası (PDF). Şərq-Qərb. 2008. səh. 320. ISBN 978-9952-448-26-9. İstifadə tarixi: 2014-12-17.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.

Digər lüğətlərdə

арме́йски дю́бельный колло́дий купчи́на плаку́н тю у́стрицы шерстепряде́ние адвока́тский ка́льциевый напялить на себя мунди́р чего-л. или какой-л подба́вить подстра́чивание фланки́рование averse envirology hoo-ha murderously pit planting pull through ramularia sanguinity надгробный проворчать серединный