EPİDEMİYA

[yun.] мед. эпидемия (гзаф чкайра гьатнавай галукьдай азар; тӀегъуьн; // пер. гзаф фад ва генгдаказ чкӀидай затӀунин гьакъинда); tif epidemiyası тифдин эпидемия.
EPİDEMİOLOQ
EPİK
OBASTAN VİKİ
Epidemiya
Epidemiya (yunan dilində ἐπί epi "üst, yuxarı" və δῆμος demos "insanlar" deməkdir) — İnsanın hәr hansı bir infeksion, yaxud invazion xәstәliyinin mәlum әrazidә adi (sporadik) xәstәlәnmә sәviyyәsindәn xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik. Yaşayış yerində (ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi şəkildə yayılması. Epidemiya yerli və gətirilmə ola bilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv adlanır. Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və ya tamam məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə məhv etmək; əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq. İnfeksion xәstәliklәrin yüksәk yayılma sәviyyәsi bioloji vә sosial amillәrlә bağlıdır. Epidemiyanın әsasında epidemik proses, yәni infeksiya törәdicisinin fasilәsiz ötürülmәsi, hәm dә kollektivdә ardıcıl inkişaf edәn vә qarşılıqlı әlaqәli yoluxma halının fasilәsiz zәnciri (xәstәlik, bakteriyadaşıyıcısı) dayanır. Bәzәn xәstәliyin yayılması pandemiya xarakterli olur; müәyyәn tәbii, yaxud sosial-gigiyenik şәraitlәrdә xәstәlәnmәnin nisbәtәn yüksәk sәviyyәsi mәlum әrazidә uzun müddәt qeydә alına bilәr. Epidemiya xәstәliyin kütlәviliyi, xәstәliyin yoluxma yollarının ümumiliyi vә çoxluğu, inkubasiya dövründә xәstәliyin baş vermәsinin eyni vaxta tәsadüf etmәsi vә fasilәsizliyi, xәstәliyin ayrı-ayrı hallarında әrazi yaxınlığı ilә sәciyyәlәnir.
Afina vəba epidemiyası
Afina vəba epidemiyası — Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada, Peloponnes müharibəsinin ikinci ili olan e.ə. 430-cu ildə baş vermiş epidemiyadır. Təxmin etmək olar ki, epidemiya şəhərə şəhər limanı Pireydən daxil olmuşdur. Epidemiya şəhərdə e.ə. 429 və e.ə. 427-ci ilin qışında da tüğyan etmişdir. Müharibə Spartanın müttəfiqi olan fivalıların Beotiyada yerləşsə də, Afinanın hökmranlığı altında olan kiçik Plateya şəhərinə hücum etməsilə başladı. Plateyalıların afinalılardan kömək alması ilə, fivalılar şəhəri dərhal ələ keçirə bilmədi və mühasirə taktikası ilə kifayətlənmək məcburiyyətində qaldı. E.ə. 431-ci ilin mayında altı minlik Peleponnes ordusu Attikaya daxil oldu və Afinanın ətrafını viran etdi.
Donuz qripi epidemiyası (2009)
Donuz qripi və ya H1N1 virusu kimi məlum 2009 il martında Meksikada aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə səviyyəsini 4-cü (yəni insandan insana yoluxdurma) dərəcəyə yüksəltmişdir. Azərbaycanda da donuz qripi aşkarlanıb.
Meymun çiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi. Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.
Meymunçiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi. Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.

Digər lüğətlərdə