ERMƏK
ERMƏNİCƏ
OBASTAN VİKİ
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Erməni Ortodoksluğu
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Erməni Soyqırımı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin İstanbul və Ankara yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Lakin indiyədək ermənilər tərəfindən əsaslı sübutlar gətirilməyib.
Erməni bəlğəmotu
Qafqaz bəlğəmotu (lat. Althaea armeniaca) — bəlğəmotu cinsinə aid bitki növü.
Erməni cırhavucu
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. == Yayılması == Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Erməni diasporu
Erməni diasporu (erm. Հայկական սփյուռք) — Ermənistandan kənarda yaşayan erməni icmaları. Dünyada yaşayan ermənilərin ümumi sayı 8 – 10 milyon arasındadır. Bunlardan 8 milyonu erməni diasporunu təşkil edir. Birinci dünya müharibəsindən sonra erməni diasporunun sayı artır, bu artım Avropaya, ABŞ -a və Yaxın Şərq ölkələrinə mühacirət edən ermənilərin hesabına olur. Həmçinin Yeni Zelandiya, Avstraliya, Hindistan, Argentina və Cənubi Afrika Respublikası kimi ölkələrdə mütəşəkkil erməni diasporu mövcuddur. == Müxtəlif ölkələrdə yaşayan ermənilərin təqribi sayı == Rusiya – 1130 min (2002-ci ildə) Fransa – 500 min. İran – 200 min. ABŞ – 385 min (2000 – ci ildə) Gürcüstan – 248 min (2000 – ci ildə) Suriya – 190 min. Livan – 160 min.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər)Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Erməni gücü
Erməni gücü 13, AP, Armenian Mob və ya Armenian Mafia ― Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən erməni kriminal qruplaşması. Qruplaşma əsasən narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq və qəsblə məşğul olur. ABŞ prokurorluğunun qeydlərinə görə qruplaşmanın 2000-dən çox qeydiyyata alınmış üzvü və yüzlərlə tərəfdaşı var. Bu qruplaşma həmçinin Meksika-Amerika mafiyası və xüsusən də təsir dairəsini genişləndirməkdə olan La Cañada OG Blocc Crips (LCBC) kimi kriminal dəstələrlə sıx əlaqəyə malikdir. == Tarixi == Kaliforniya Baş Prokurorluğunun 1996-cı il tarixli hesabatına görə Erməni gücü 13 rus mütəşəkkil cinayətkar qrupları ilə güclü əlaqələrə malik olub. 1988-ci ilin yayında dəstənin iyirmi üzvü tərəfindən Hollivudun şərqində yerləşən kiçik bir ticarət mərkəzinin park yeri ələ keçirilmiş və öz qərargahlarına çevrilmişdir. Ticarət mərkəzindəki restoran və geyim mağazalarının sahibkarları ciddi qorxmuş və təhlükəsizlikləri üçün Los Anceles Polis Departamentinin köhnə əməkdaşlarına mühafizə üçün müraciət etmişdilər. 1997-ci ilin ortalarına qədər Erməni gücü 13 qruplaşmasının onlarla sürücünün qətlində günahkar olduğu güman edilirdi. Eyni zamanda AP rəhbərliyi Ermənistan və Rusiyada fəaliyyət göstərən cinayətkar qruplar ilə yüksək səviyyəli əlaqələrə malikdir. Hələki Şərq sahilində və Cənubda fəaliyyət göstərən Erməni-Amerikan icmalarında, Van (mərkəzi) erməniləri arasında, Suriya və İraq ermənilərinin icmalarında şəbəkənin fəaliyyəti qeydə alınmamışdır.
Erməni hipotezi
Erməni hipotezi — proto-hind-avropa xalqının birinci vətəninin "Şərqi Anadolu, Şimali Mesopotamiya və Qafqazın cənub hissələri" olduğunu və proto-Hind-Avropa dilinin (PHA) təxminən eramızdan əvvəl V-IV minillikdə bu regionlarda danışıldığını göstərən bir hipotez. Bu hipotez 1985-ci ildə gürcü Tamaz Qamkrelidze və rus filoloqu Vyaçeslav İvanov tərəfindən irəli sürülmüşdür. Termindəki "erməni" adı bir toponimə, yəni Ermənistan yaylasına aiddir.Kurqan fərziyyəsi proto-hind-avropalıların mənşəyini və vətənlərini izah etmək üçün ümumi qəbul edilmiş fərziyyə olsa da, yeni DNT tədqiqatları bu xalqların mənşəyini Qafqaz regionuna bağlayan fərziyyələrə marağı artırmışdır. Fərziyyəyə görə, proto-Anadolu dilləri eramızdan əvvəl 4000-ci ildə PHA-nı tərk edərək Anadoluya köç etmiş və sonrakı mərhələlərdə yunan-erməni-hind-iranlılar, kelt-italik-toharlar və balt-slav-germanlar adlı üç fərqli Hind-Avropa dillərinin Avrasiyada yayılmasına şərait yaratmışdırlar.
Erməni kəndiri
Erməni kəndiri (lat. Apocynum armenum) - kəndir cinsinə aid bitki növü.
Erməni legionu
Erməni legionu - (alm. Armenische Legion‎) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi. Erməni legionu 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.
Erməni milliyətçiliyi
Erməni millətçiliyi, müasir dövrdə Mixail Çamçıyanın romantik millətçiliyinə əsaslanır və ümumi olaraq Erməni mübarizəsi olaraq formalaşdırılmış azad, müstəqil və birləşmiş bir Ermənistanın yaradılması olaraq ifadə olunur. Erməni milli oyanışı 1880-ci illərdə Osmanlı imperiyası dövründəki millətçiliyin ümumi yüksəlişi dövründə formalaşdı. Rusiya imperiyasında yaşayan ermənilərə mühüm təsir etdi. Erməni kilsəsi başda Mıkırtıç Xrimyan kimi liderlərlə erməni millətçiliyinin əsas müdafiəçisi olmuşdur. Müasir Ermənistan və erməni sosial bazasının daha qarmaqarışıq hala gəlməsi, Erməni mübarizəsinin siyasi təsirini gedərək azaltmış və liberal bir millətçilik olaraq modellənən bir erməni millətçiliyinə doğru sürüşmüşdür. Digər yandan, Erməni diasporu iqtisadi mənfətdən əlavə assimiliyasiya təhdidini qoruyan "diaspor millətçiliyinə" sahibdir, == Osmanlı dövründə erməni oyanışı == Tənzimat dövründə edilən reformların bir nəticəsi olaraq qeyr-müsəlman azlıqların Osmanlı imperiyası içindəki vəziyyəti mühüm ölçüdə dəyişdi. İlk reformlar ümumilikdə Osmanlı imperiyasının strukturunu və sistemini dəyişdirərək həyata keçirilmişdir. Bunun birlikdə Krım müharibəsi dövründə Osmanlı imperiyasını Rusiya imperiyasına qarşı dəstəkləyən böyük güclərin tədbiq etdiyi diplomatik təzyiqlərin bir nəticəsi olaraq, 1856-cı ildə qeyri-müsəlman Osmanlı imperiyası əhalisinə müsəlman vətəndaşlarla eyni haqların verilməyə çalışıldığı reformlar edildi. Qeyr-müsəlmanlar üzərindəki cizyə vergisi ləğv edildi, həmçinin hərbçi olmalarına icazə verildi və öz məktəblərini açmalarına şərait yaradıldı. Bu yeni və nisbətən liberal mühit altında bir çox erməni məktəbləri Osmanlı imperiyası ərazisi boyunca açıldı.
Erməni millətçiliyi
Erməni millətçiliyi, müasir dövrdə Mixail Çamçıyanın romantik millətçiliyinə əsaslanır və ümumi olaraq Erməni mübarizəsi olaraq formalaşdırılmış azad, müstəqil və birləşmiş bir Ermənistanın yaradılması olaraq ifadə olunur. Erməni milli oyanışı 1880-ci illərdə Osmanlı imperiyası dövründəki millətçiliyin ümumi yüksəlişi dövründə formalaşdı. Rusiya imperiyasında yaşayan ermənilərə mühüm təsir etdi. Erməni kilsəsi başda Mıkırtıç Xrimyan kimi liderlərlə erməni millətçiliyinin əsas müdafiəçisi olmuşdur. Müasir Ermənistan və erməni sosial bazasının daha qarmaqarışıq hala gəlməsi, Erməni mübarizəsinin siyasi təsirini gedərək azaltmış və liberal bir millətçilik olaraq modellənən bir erməni millətçiliyinə doğru sürüşmüşdür. Digər yandan, Erməni diasporu iqtisadi mənfətdən əlavə assimiliyasiya təhdidini qoruyan "diaspor millətçiliyinə" sahibdir, == Osmanlı dövründə erməni oyanışı == Tənzimat dövründə edilən reformların bir nəticəsi olaraq qeyr-müsəlman azlıqların Osmanlı imperiyası içindəki vəziyyəti mühüm ölçüdə dəyişdi. İlk reformlar ümumilikdə Osmanlı imperiyasının strukturunu və sistemini dəyişdirərək həyata keçirilmişdir. Bunun birlikdə Krım müharibəsi dövründə Osmanlı imperiyasını Rusiya imperiyasına qarşı dəstəkləyən böyük güclərin tədbiq etdiyi diplomatik təzyiqlərin bir nəticəsi olaraq, 1856-cı ildə qeyri-müsəlman Osmanlı imperiyası əhalisinə müsəlman vətəndaşlarla eyni haqların verilməyə çalışıldığı reformlar edildi. Qeyr-müsəlmanlar üzərindəki cizyə vergisi ləğv edildi, həmçinin hərbçi olmalarına icazə verildi və öz məktəblərini açmalarına şərait yaradıldı. Bu yeni və nisbətən liberal mühit altında bir çox erməni məktəbləri Osmanlı imperiyası ərazisi boyunca açıldı.
Erməni muflonu
Erməni muflonu (erm. Հայկական մուֆլոն, haykakan muflon; fars. گوسفند وحشی ارمنی‎‎) və ya digər adları ilə Erməni qoyunu, Erməni vəhşi qoyunu, Erməni vəhşi qoyunu və ya Transqafqaz qoyunu (Ovis orientalis gmelini) — İran, Ermənistan və Azərbaycanın Naxçıvan bölgəsində endemik və təhlükədə olan məməli növü. == Terminologiya == Erməni muflonu ilk dəfə 1840-cı ildə Edvard Blit tərəfindən təsvir olunmuşdur. O, bu canlını 1774-cü ildə Samuel Qotlib Qmelin tərəfindən təsnif olunan Şərq qoyunu ilə eyniləşdirmişdir. == Yayılması və sayı == Erməni muflonuna şimal-qərbdə rast gəlinir. Erməni muflonları 1896 və 1906-cı illərdə Urmiya gölündəki Kobudan adasından Azərbaycandakı qubernatorlardan biri tərəfindən köçürülmüşdür. 1970-ci illərdə isə bu adadakı sayıları azalmışdır. 1970-ci ildə adada 3.500 muflon yaşadığı halda, 1973-cü ildə sayıları 1.000 olmuşdur. 2004-cü ildə isə İranın Zəncan ostanında Anguran Qoruma bölgəsində 1.658 erməni muflonu sayılmışdır.
Erməni məhəlləsi
Erməni məhəlləsi (ərəb. حارة الأرمن‎; ivr. ‏הַרֹבַע הַאַרְמֶנִי‎‏‎) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri. == Tarixi == === Zəmin === Tarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar. === İndiki dövrdə === Erməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir.
Erməni neopaqanizmi
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.
Erməni quşarmudu
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. == Botaniki təsviri == Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Erməni qətliamı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin İstanbul və Ankara yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Lakin indiyədək ermənilər tərəfindən əsaslı sübutlar gətirilməyib.
Erməni terrorizmi
Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir."Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. == Zəmin == Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. == Tarixi == Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən Suriya və Livanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.
Erməni təqvimi
Erməni təqvimi — Xristianlıq yayılana qədər ermənilər tərifindən istifadə edilmiş günəş təqvimi. Bu təqvim qədim Misir təqvimi əsasında yaradılmışdır. Təqvimə əsasən bir il 365 gündən ibarətdir və yeni il 1 navasarda (qriqorian təqviminə görə 11 avqustda) daxil olur.
Erməni vilayəti
Erməni vilayəti (1828-1840) — İrəvan və Naxçıvan xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra onların ərazisində yaradılmış inzibati-ərazi vahidi. == Tarixi == 1 oktyabr 1827-ci il tarixində general Paskeviçin komandanlığı altında olan Rusiya imperiya ordusu İrəvan şəhərinə hücuma başladı. 6 günlük ağır döyüşlərdən sonra 6 oktyabr 1827-ci ildə İrəvan şəhəri Rusiya imperiyası tərəfindən işğal edildi. == Gerbi == Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möhkəmləndirilməsi naminə onun gerbi də qəbul olundu. Ermənilərin təkidi ilə qəbul olunmuş bu gerbdə həmin ərazilərin türklərlə bağlılığını xatırladan bir əlamət yox idi. Gerbin aşağı hissəsində Ağrı dağının şəkli çəkilmişdi. Onun fonunda tac və Eçmiədzin (Üçmüəzzin) monastırı, gerbin yuxarı hissəsində isə Rusiya taxt-tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi. Gerb Rusiya çarı tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu. == İnzibati quruluşu == Çar hökuməti «Erməni vilayəti» yaradıldıqdan beş il sonra, 1833-cu il iyunun 23-də «Erməni vilayəti»nin idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etdi. İrəvan əyalətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi.
Erməni xaçı
Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır. Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır. == Qalereya == widths="130px" == İstinadlar == == Əlavə ədəbiyyat == Шагинян А. H. Армянские хачкары (крестные камни) и их надписи (IX–XIII вв.). Автореф. канд. дис. Ереван, 1970. Рубен Егиазарян.
Erməni xəstəliyi
Erməni xəstəliyi (və ya periodik xəstəlik və ya Yerevan xəstəliyi və ya nevropatiyasız irsi ailə amiloidozu və ya ailəvi Aralıq dənizi qızdırması; digər adları: Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi) — nadir genetik irsi xəstəlik, özünü periodik residiv serozitdə və amiloidozun inkişafında göstərir. Özünü əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə, ancaq 6% digər millətlərin nümayəndələrində göstərir. === Simptomları və nəticələri === Erməni xəstəliyi angedoniya, böyrəklərin sıradan çıxmasını və laktozanı qəbul etməmə yaradır.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir:Göyçə, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
2015 Ermənistan etirazları
2015 Ermənistan etirazları — 17 iyun 2015-ci ildə Ermənistanda başlayan etirazlardır. Etirazların əsas səbəbi elektrik tarifinin artımıdır. == Haqqında == Etirazçılar hökumətdən avqustun 1-dən evlərə verilən elektrik enerjisi qiymətlərinin 17-22 faiz artırılması qərarını dəyişməyi tələb etdilər. Ermənistanın elektrik şəbəkəsinin sahibi Rusiya şirkətidir. Şirkət deyir ki, qiymətlərin qalxması zəruridir, çünki Ermənistan milli valyutası olan dramın dəyəri aşağı düşüb.Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər. Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb. === Haqqında === Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
ABŞ–Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ABŞ—Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
Abxaziya erməniləri
Abxaziya erməniləri (erm. Հայերն Աբխազիայում) - Gürcüstanın şimal-qərbində yerləşən Abxaziyada məskunlaşmış erməni əsilli əhali. Qarabağ müharibəsi zamanı Abxaziya ermənilərindən təşkil edilmiş batalyonların iştirakı və xüsusi amanslızlqa cinayətlər törətdiyi məlumdur. 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində ermənilərdən ibarət Baqramyan batalyonuda seperatçıların tərəfindən müharibədə iştirak etmişdir. Ermənilər Abxaziyada XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən məskunlaşmağa başlamışdılar. Paytaxt Suxumi və Qaqra şəhərləri başda olmaqla, ölkədə 45 minə yaxın erməni əsilli əhali yaşamaqdadır. == Tarixi == Abxaziya bölgəsində ermənilərin kütləvi formada məskunlaşması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Rusiya imperiyası tərəfindən 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə icra edilən Çərkəz soyqırımı Abxaziyada yaşayan müsəlmanların vəziyyətinə də öz təsirini göstərib. Bölgə də olan müsəlman əhalinin azalmasından istifadə edən bir çox erməni icmaları çoğrafi baxımdan əlverişli olan torpaqlarda sürətli şəkildə köç etməyə başlayıblar. Erməni soyqırımında iştirakı etmiş bir çox hərbi cinayətkarda hadisələrdən sonra Abxaziyaya köçməyə başlayıb.Abxaziya ermənilərinin növbəti aktivliyi 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsinə təsadüf edir.
Allahverdi xan (erməni)
Allahverdi xan (vəfatı 1662) — erməni əsilli Səfəvi hərbi zabiti. Xosrov xanın oğlu hesab olunur və İmamverdi bəy adlı bir qardaşı var idi. == Mənbələr == Fleischer, C. ALLĀHVERDĪ KHAN (2) // ALLĀHVERDĪ KHAN (2) – Encyclopaedia Iranica. Encyclopaedia Iranica, Vol. I, Fasc. 8. 1985. 892. Floor, Willem M.; Faghfoory, Mohammad H. The Dastur Al-moluk: A Safavid State Manual, by Mohammad Rafi' al-Din Ansari. Mazda Publishers.
Ararat Massis erməni qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Argentina erməniləri
Argentina erməniləri – Argentinada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. Argentinada yaşayan ermənilərin ümumi sayı 70 mindən çoxdur. Bəzi mənbələrdə say 135 min şəklində göstərilir. Bura daxil olan şəxslər, əsasən, qarışıq nigahlardan dünyaya gələn və erməni kimliklərini itirmiş şəxslərdir. Argentina erməniləri ABŞ, Fransa, Rusiya və Livanda yaşayan erməni icmalarından sonra ən çox nüfuza sahib toplumdur. Çoxluq halda ölkənin paytaxtı Buenos-Ayresdə məskunlaşan toplumu Suriya, Livan və Kilikiyadan gəlmiş ermənilər yaratmışdır. ASALA tərəfindən 1970–1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Argentina ermənilərinin rolu danılmazdır. == Tarixi == XX əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasının sərhədləri daxilində yaşayan etnik azlıqların nümayəndələri daha yüksək yaşayış əldə etmək naminə Avropa və Şimali Amerika kimi qitələrə getməkdə idi. Planlaşdırılan səfərlərdən biri də Latın Amerikası istiqamətində olmuşdur. XX əsrin əvvəllərində iqtisadi baxımdan inkişaf mərhələlərini yaşayan və zəngin torpaq sahələri ilə miqrantlar üçün cəlbedici görünən Argentina və Braziliya kimi ölkələr ötən əsrin əvvəllərində minlərlə mühaciri qəbul etmişdir.
Argentina–Ermənistan münasibətləri
Argentina—Ermənistan münasibətləri — Argentina və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Argentinadakı erməni diasporası Latın Amerikasındakı ən böyüyük diasporasıdır. Burada təxminən 120.000 nəfər erməni yaşayır. == Tarix == 1892-ci ildə Erməni köçkünlərinin ilk dalğası Argentinaya, əsasən Misir və Suriyadan gəlir. Birinci Dünya müharibəsi dövründə Argentinaya bir neçə min erməni mühacirət edir. 1918-ci ilin mayında Ermənistan Respublikası adı altında qurulan dövlət Rusiya İmperiyasından müstəqilliyini elan edir. 1920-ci ildə Argentina Ermənistanın müstəqilliyini tanıyır və ölkələr arasında diplomatik münasibətlər qurulur. 1920-ci ilin dekabrında Qırmızı ordu Ermənistan ərazisinə daxil olur və ölkə Sovet İttifaqına daxil edilir. 1962-ci ildə Buenos-Ayres vilayətinin erməni icmasının futbol klubu qurulur. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir.
Avan (Ermənistan)
Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır. XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir. == Toponimiyası == XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban , Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil).
Avropa İttifaqı–Ermənistan münasibətləri
Avropa Birliyi—Ermənistan münasibətləri — Avropa Birliyi və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Avropa Birliyi uzun illərdir ki, intensiv dostluq münasibətləri saxlayır. Tərəflər arasındakı münasibətlərin təməli 2017-ci ildə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan yeni tərəfdaşlıq sazişinin AB-Ermənistan münasibətlərində "yeni bir səhifə açacağına" inandığını bildirir. Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Yüksək Nümayəndəsi Federika Moqerini 2019-cu ilin iyun ayında Ermənistanla AB arasındakı münasibətlərin "əla" səviyyədə olduğunu bildirir. == Ermənistan və AB arasında ortaq aviasiya == Ermənistan Eurocontrol, Avropa Mülki Aviasiya Konfransının üzvü və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tərəfdaşıdır. Ermənistan və AB arasında 2017-ci ilin fevralında yeni tərəfdaşlıq müqaviləsinin imzalanmasından sonra Ermənistan Avropa Ümumi Aviasiya Bölgəsinə qoşulmaq barədə danışıqlara başlayır. Ermənistan Mülki Aviasiya Departamentinin rəhbəri 2017-ci ilin aprel ayında aparılan ilk danışıqlar zamanı Ermənistanın ümumi aviasiya məkanına qoşulmağa böyük önəm verdiyini və bunun Ermənistan və Avropa hava yollarına öz fəaliyyətlərini daha da gücləndirməsinə, eyni zamanda çox sayda Avropa aviaşirkətinin uçmasına imkan verəcəyini bildirir. AB-nin İrəvandakı nümayəndə heyəti, razılaşmanın Ermənistanın Avropa və xarici dünya ilə daha güclü əlaqələrə yol açacağını və sərnişin nəqliyyatı xərclərini azaldaraq səyahət üçün yeni marşrutlar açacağını bəyan edir. Razılaşma qüvvəyə mindikdən sonra, aviaşirkətlər yeni marşrutları heç bir məhdudiyyət olmadan idarə edə və 500 milyonluq əhalisi olan bazara xidmət etmək üçün bərabər fürsət əldə edə biləcəklər.
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan-Ermənistan münasibətləri
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan-Ermənistan münasibətləri — Ermənistan 2006-cı ildən bəri, Azərbaycan isə 2008-ci ildən bəri Avroviziya Mahnı Müsabiqəsində iştirak edir. BMT tərəfindən Azərbaycanın de-yure hissəsi sayılan, lakin 1993-cü ildən Ermənistanın dəstəklədiyi de-fakto Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olmuş Qarabağ bölgəsi ilə bağlı davam edən münaqişə, bir neçə dəfə Avroviziya Mahnı Müsabiqəsinə də təsir etmişdir. Ermənistanla Azərbaycan arasındakı münaqişələr ilk dəfə 2006-cı ildə, Azərbaycan mətbuatı müsabiqənin veb-saytında Dağlıq Qarabağın Ermənistan təmsilçisi Andrinin doğum yeri kimi qeyd etməsini, o vaxtkı Azərbaycan SSR-in tərkib hissəsi kimi qeyd etməsini tənqid edəndə ortaya çıxdı. Münaqişələr 2009-cu il müsabiqəsi boyunca kəskinləşdi: Azərbaycan ərazisindəki abidənin təsvirinin erməni ifaçılarının 2009 Avroviziya Mahnı Müsabiqəsinin reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra Eurovisionun təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab etmiş və həmin hissəni videogörüntüdən çıxartmışdır.Ermənistan finalda, nəticələr açıqlanarkən abidənin çoxsaylı şəklini göstərərək cavab verdi. Müsabiqənin ardından, Azərbaycanın dövlət yayımçısının erməni girişini senzura etmək üçün verilişin yayımını pozduğunu və Azərbaycan hökumətinin vətənpərvər olmamaqda və təhlükəsizlik üçün təhdiddə ittiham edərək Ermənistana səs verən vətəndaşları sorğu-suala tutması barədə iddialar ortaya çıxdı. İstintaqın ardından, Azərbaycan Avropa Yayım Birliyi (EBU) tərəfindən seçicilərin şəxsi həyatının pozulmasına görə cərimələndi.
Azərbaycan Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində erməni fraksiyası
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. == Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan–Ermənistan döyüşləri (2014)
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == ErmənistanErmənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
Azərbaycan–Ermənistan müharibəsi (1918–1920)
Azərbaycan-Ermənistan müharibəsi — 1918–1920-ci illərdə Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə. Faktiki olaraq, iki ölkə müstəqilliyininin qısa müddəti ərzində — 1918-ci və 1920-ci ildə iki Azərbaycan-Ermənistan müharibəsi baş vermişdir. Regionun ərazisində Osmanlı və Britaniya imperiyaları iştirak edirdi: Osmanlı İmperiyası Mudros müqaviləsindən sonra regionu tərk etsə də, Britaniyanın təsiri, xüsusilə Densterfors qüvvələri 1920-ci ilə qədər davam etdi. Müharibə kütləvi etnik təmizləmə və bölgədə demoqrafik vəziyyəti dəyişən mart qırğınları, Bakıda ermənilərin qırğını və Şuşa qətliamı kimi etnik zorakılıqlarla müşayiət olunurdu. Müttəfiq komandanlığın və bəzi hallarda Gürcüstan hökumətinin vasitəçiliyi uğurla nəticələnmədi və müharibə yalnız əvvəlcə Azərbaycan, sonra isə Ermənistan Milli Hökumətinin XI Qızıl Ordunun zərbələri altında süquta uğramasından sonra başa çatdı. == Zəmin == 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş oktyabr inqilabından sonra Azəbaycanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Zaqafqaziyada üç müstəqil respublika — Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsinə çalışdı, mübahisəli əraziləri beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan öz köhnə torpaqları kimi qələmə verməyə başladı. Erməni millətçi separatçı qüvvələri Dağlıq Qarabağ haqqında qaldırdıqları iddialarda Azərbaycan və Gürcüstan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq məqsədilə həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin may ayında Qarabağın erməni icması 1918-ci ilin avqust və sentyabr aylarında keçirilən konqreslərində Azərbaycanın tərkibində qalmağı qərara almışdır. Lakin İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər.
Azərbaycan–Ermənistan münaqişəsi (2017)
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb. === Haqqında === Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Azərbaycan–Ermənistan münasibətləri
Azərbaycan–Ermənistan münasibətləri — Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Əsasən davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur. Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edildi. Qondarma Dağlıq Qarabağ Respublikası quruldu. 1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozdu. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və s. münaqişələrdə Azərbaycan Ermənistanı məğlub etmişdir. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş əraziləri azad etmişdir. Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan-Ermənistan sərhədi delimitasiya edilməyə başlandı.
Azərbaycan–Ermənistan mədəni münasibətləri
Azərbaycanlı–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–2022)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan–Ermənistan sərhəd münaqişəsi (2012)
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. == Arxa plan == İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. 2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.Bundan əvvəl Azərbaycan digər silah bazarlarından kənarda qaldıqdan sonra İsraildən 1,6 milyard ABŞ dolları dəyərində hərbi texnika almasından sonra Dağlıq Qarabağın işğalına son qoymaq məqsədi ilə müdafiə xərclərini artırdığı qeyd edilmişdi. Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏT-in monitorinq rəsmiləri Tavuş bölgəsində təmas xətti boyunca baş verən son hadisələri araşdırmaq üçün birtərəfli sahə monitorinqi missiyası həyata keçirdi. Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. == Hadisələr == İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.Ertəsi gün Azərbaycanın qərbində yerləşən Qazax rayonundakı Aşağı Əskipara yaxınlığında dörd azərbaycanlı əsgər öldürüldü. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyini bildirdi.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (avqust, 2022)
Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat. == Arxa plan == 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. == Əməliyyatlar == === 1 avqust === Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb. Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (noyabr, 2021)
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. == Zəmin == Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.

Digər lüğətlərdə

белоду́шка дово́льствие наклева́ться нераздели́мый обма́киваться полуша́рие ры́жик транслитерацио́нный уда́бривать заме́длиться мона́рх ора́нье плю́хать сулить золоты́е горы banderol deathlike Grecize maze moderato squatter turbaned underclass ureter wedding лжец