ERMƏNİCƏ

sif. və zərf. Erməni dilində. Ermənicə kitab. Ermənicə danışmaq.
– Biri rusca, o biri ermənicə, bir başqası da ukraynaca oxudu. M.Hüseyn.

ERMƏNİ
EROTİ́K
OBASTAN VİKİ
Ermənicə
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər)Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Ermənicə Vikipediya
Ermənicə Vikipediya (erm. Հայերեն Վիքիպեդիա) — Vikipediyanın erməni dilində olan bölməsi. 302.689 məqalə yaradılıb. == Tarix == Ermənicə Vikipediya 2003-cü ilin 9 iyulunda fəaliyyətə başlayıb. 2010-cu il avqust ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 10 000-i keçmiş və bununla da o Vikipediyanın +1 000 bölməsindən +10 000 bölməsinə adlamışdır. 2013-cu il dekabr ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 100 000-i keçmiş və bununla da o Vikipediyanın +10 000 bölməsindən +100 000 bölməsinə adlamışdır. == Statistika == Ermənicə Vikipediyanın keyfiyyət göstəricisi 10 000-50 000 məqaləsi olan vikipediyalar arasında orta göstəricilərindən biridir.
Qərbi ermənicə
Qərbi ermənicə, Türkiyə ermənicəsi və ya İstanbul ermənicəsi (erm. Արեւմտահայերեն) — hind-Avropa dili olan iki müasir erməni ləhcəsindən biridir. 1915-ci ilə qədər bütün Mərkəzi, Şərq və Cənub-Şərqi Anadolu Bölgələrində danışılırdı. 1915–1917-ci illərdə Erməni deportasiyası və xarici ölkələrə mühacirət səbəbi ilə hal-hazırda əsasən erməni diasporu tərəfindən danışılır. Türkiyədə, İstanbuldakı ermənilərin cüzi bir hissəsi bu dildə danışır. Türkiyədə erməni dili (Qərbi erməni ləhcəsi) bugünkü erməni cəmiyyətində yalnız kiçik bir azlıq tərəfindən danışılır. Əsas dil olaraq türk dilinin erməni dilinin yerini almasına görə Türkiyədə erməni dili məhv olma prosesinə daxil olmuş və YUNESKO Türkiyədə erməni dilini dünya illik "Atlas of the World's Languages in Danger" (Təhlükədə olan Dünya Dilləri Atlası)na əlavə etmiş və burada Qərbi Erməni ləhçəsini "definitely endangered language" ("mütləq nəsli kəsilməkdə olan bir dil") kimi xarakterizə etmişdir.Erməni diasporundan olan bəzi danışanların Ermənistana və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə görə də burada bir az danışılır; lakin Şərqi ermənicə Ermənistanda daha çox yayılmışdır.
Şərqi ermənicə
Şərqi erməni dili (erm. Արևելահայերեն) — Hind-avropa dili olan müasir erməni dilinin iki dialektindən biridir. Qafqaz dağlarında (xüsusilə Ermənistan, Dağlıq Qarabağ və Gürcüstan) və İrandakı erməni icması tərəfindən danışılır. Ermənistandan və İrandan gələn bəzi danışanların erməni diasporuna köçməsi səbəbi ilə bəzi insanlar tərəfindən diasporada danışılır; lakin Qərbi ermənicə diasporada daha çox danışılır.

Digər lüğətlərdə

-ева-(ть-ся) махи́ст нацепля́ться передви́жнический подхо́дка эсте́тик во́льничать лигрои́новый микрорайо́н обмы́згивать опусти́ть отвора́чивать отска́бливаться подста́вочный проме́жность флома́стер штабс-ро́тмистр бекас снур чолмоша else overachieve specialist вживить производительность