ERMƏNİSTAN

армения
ERMƏNİCƏ
ERTƏ
OBASTAN VİKİ
Avan (Ermənistan)
Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır. XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir. == Toponimiyası == XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban , Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil).
Ermənistan
Ermənistan (erm. Հայաստան — Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir. Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir.
ATV (Ermənistan)
«ATV» (erm. ՝ Ա ԹիՎի) — Ermənistan özəl telekanalı. Otar Hakobyanın təsis etdiyi telekanal yayıma 25 aprel 2009-cu ildə başlamışdır. Telekanal 2012-ci ildən bəri «Panarmenian Media Group» şirkətinin bir mülküdür. «ATV» hal-hazırda Ermənistanın ən çox izlənən telekanallarından biridir. və Rusiyanın «TNT» telekanalı ilə əməkdaşlıq edir. Telekanal Ermənistanda tam şəkildə yayım edir. «ATV» telekanalında idman, musiqi, əyləncə və siyasət mövzulu verilişlər, yerli teleseriallar, eləcə də erməni və rus dilindəki filmlər yayımlanır.
Arbat (Ermənistan)
Arbat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır.
Birləşmiş Ermənistan
Böyük Ermənistan və ya Birləşmiş Ermənistan, ermənilərin tarixən və etnik olaraq Ermənistan ərazisi kimi qəbul etdikləri və Ermənistana birləşdirməyə yönəlmiş irredentist siyasi iddiadır. Ayrıca bugünkü Türkiyənin şərq hissəsini təşkil edən ərazilərin çoxunda erməni soyqırımının olduğu iddia edilir. Bundan əlavə, iddia Azərbaycan, Gürcüstan və İran ərazilərini əhatə edir. == Cari istifadəsi == Bu gün “Böyük Ermənistan” termini Ermənistan İnqilabi Federasiyası tərəfindən aşağıdakı regionları əhatə edəcək şəkildə istifadə olunur: Ermənistan Şərqi Anadolu regionu (bir hissəsi) Qara dəniz regionu Qarabağ Naxçıvan Samtsxe-Cavaxeti (Axıska). == Tarix == Böyük Ermənistanın iki növü var. Bunlar; Tarixi Böyük Ermənistan: Bu Ermənistanın sərhədləri Ermənistan Krallığının sərhədlərinin ən geniş hədlərinə çatdığı. Böyük Tiqran dövründən gəlir. Bu Ermənistanın sərhədləri Xəzər dənizindən Aralıq dənizinə qədər uzanır. Osmanlı dövründə 1919-cu il Paris Sülh Konfransına Ermənistan Demokratik Respublikası nümayəndə heyətinin təqdim etdiyi “Vahid Ermənistan” xəritəsi əsasən “Tarixi Böyük Ermənistan”dan bəhs edir Etnik Böyük Ermənistan: Osmanlı və Rusiya imperiyalarında yaşayan ermənilərə söykənən bir Ermənistandır. Ancaq qitə dövlətinin üzləşəcəyi iqtisadi və beynəlxalq problemlər nəticəsində ermənilərin çoxluqda və ya əhəmiyyətli bir etnik azlıq olmadığı Trabzon regionu da bu Ermənistana əlavə olunur və Etnik Ermənistan genişləndirilir.
Böyük Ermənistan
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Ermənistan (dəqiqləşdirmə)
Ermənistan
Ermənistan HHQ
Ermənistan HHQ-nin (ermənicə Հայաստանի Ռազմաօդային Ուժեր) inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyushin İL-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil. Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır. Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb.
Ermənistan Ordusu
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. == Səfərbərlik == Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin]722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin]551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arasıErmənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Ermənistan bulqarları
Ermənistan bulqarları — Kubrat xanın ölümündən sonra Ermənistana köçən xalq. == Ümumi məlumat == Onların adına ilk dəfə Moisey Xorenlidə rast gəlinir. Ermənilər onları xanlarının adı ilə Vənəndlilər olaraq tanıyırdılar. Ermənistan Sasanilər və Roma imperiyası tərəfindən bölünəndən sonra bulqarlar heç bir bölgüyə qoşulmamış, Kür çayı vadisində öz qalalarında möhkəmlənmişdilər. IV Xosrov tərəfindən təqib olunan bulqarlar Suriya sərhəddinəcən enmişdilər. Xorenatsi bulqarların qeyri-adi cəsarətli bir xalq olduğunu qeyd edir.Vənəndlilər Ermənistan əsilzadə ailələri siyahısı olan "Qaxnamə"də 17-ci sırada qeyd olunmuşdur. Erməni tarixçi Yegişenin verdiyi məlumata görə Sasanilərin xristianlığı qadağan etməsinə etiraz edənlər arasında Vanandın bulqar yepiskopu Qad da olmuşdur. Avarayr döyüşündə birləşmiş xristian ordularının 3-cü hissəsinə bulqar sərkərdə Tatul başçılıq edirdi. Sasanilərin həbs etdiyi əsilzadələr arasında Tatulun ailəsindən olan 3 bulqar da var idi. Edam olunan 6 din adamından biri də bulqar rahib Levond idi.
Ermənistan coğrafiyası
Ermənistan — Cənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir. == Coğrafi yerləşməsi == Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır. Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir. == Geologiyası == Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir.
Ermənistan dramı
Ermənistan dramı (erm. Հայկական դրամ) — Ermənistanın milli pul vahididir. 1 dram lumaya (erm. լումա) bərabərdir. Ancaq luma pul mübadiləsində faktiki olaraq istifadə olunmur. "Dram" sözü yunanca "draxma" (yun. δραχμή) sözündən götürülüb mənası pul deməkdir. Dramın simvolu — Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir. Ermənicə olan "Դրամ" sözü də da hərfi ilə başlayır. Valyutanın buraxılışının müstəsna hüququ Ermənistan Respublikasının Mərkəzi bankına məxsusdur.
Ermənistan eyrenisi
Ermənistan eyrenisi (lat. Eirenis punctatolineatus) — Suilanı fəsiləsinə aid ilan növü. == Qısa məlumat == Yetkin ilanların uzunluğu 49 sm-dir. Bədəninin müxtəlif nahiyələrində rənglər fərqlidir. Yuxarı hissə zeytuni-boz, balı-qırmızı, bəzən isə demək olarki qaradır. Bədənin ortanahiyyəsində 17 pulcuq vardır. Əsasən Cücülər, Hörümçəklər və digər Onurğasızlarla qidalanırlar. Ov zamanı başını geriyə çəkərək, ağzını geniş açaraq şikarını cəld şəkildə tutur və onu dərhal udur. == Yayılması == Bu növə Cənubi Qafqazda, cənub-qərbi və cənub-şərqi Azərbaycan, cənubi Ermənistan, şərqi Türkiyə, qərbi İran və şərqi İraq ərazilərində rast gəlinir.
Ermənistan futbolu
Ermənistanda futbol — Ermənistanda idmanın aparıcı növlərindən biri
Ermənistan gerbi
Ermənistan gerbi — Ermənistanın rəsmi gerbi. 19 aprel 1992-ci il tarixində təsdiq edilmişdir. Üstündə sola baxan bir qartal və sağa baxan bir aslan fiquru vardır. Gerbin ortasındakı narıncı qalxanın içindəki dağ isə Ağrı dağıdır. Ermənistan gerbi Ermənistanın hədəfləri və məqsədləri haqqında məlumat verir.
Ermənistan himni
Mer Hayrenik (erm. Մեր Հայրենիք, Bizim vətənimiz) - Ermənistanın dövlət himni. Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni idi. 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub. Sözləri Mikael Nalbandyanın, bəstəkarı Barseq Kanaçyandır.
Ermənistan iqtisadiyyatı
Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi də (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi.
Ermənistan konstitusiyası
Ermənistanın Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş olan ümummilli erməni referendumu nəticəsində qəbul edilmişdir. Bu konstitusiya Ermənistanı demokratik, suveren, sosial və konstitusiyalı bir dövlət kimi qurmuşdu. İrəvan ölkənin paytaxtı olaraq təyin olunmuşdur. Hakimiyyət nümayəndələrinin seçilməsi hüququ birbaşa səsvermə yolu ilə həyata keçirilmə yolu ilə vətəndaşlara verilmişdir. Konstitusiya statusunun dəyişdirilməsi və ya sərhədlərin dəyişdirilməsi ilə bağlı qərarlar yenə də, referendum yolu ilə səsvermə əsasında Ermənistan vətəndaşlarının ixtiyarına verilmişdir. 1995-ci il konstitusiyasında 117 maddə vardır. 27 noyabr 2005-ci ildə ümummilli konstitusiya referendumu keçirilmişdir və düzəlişlər edilmiş yeni bir konstitusiya qəbul edilmişdir. 6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər edilmiş və beləliklə də, dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilmişdir. 2005-ci il noyabr Konstitusiyasına görə Respublika Prezidenti Milli Məclisdəki yerlərin bölgüsü və parlament fraksiyaları ilə məsləhətləşmələr əsasında Baş Naziri təyin edir. Ermənistan Prezidenti, Baş nazirin tövsiyəsi ilə Hökumət üzvlərini təyin edir (və ya vəzifəsindən azad edir).
Ermənistan kürdləri
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir. Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır. == Tarixi == === Kürdlərin hazırkı Ermənistan ərazisində məskunlaşması === Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur.
Ermənistan kərtənkələsi
Ermənistan kərtənkələsi (lat. Darevskia armeniaca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Sinonimi Lacerta armeniaca (Méhely, 1909), əvvələr bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilmişdi. Növ Partenogenez xüsusiyyətinə malikdirlər. Onlar Triploid xromosoma malikdirlər. Növ Lacerta valentini və L. mixta növlərinin ibritləşməsindən törəmişdir. Ermənistan kərtənkələsi Ermənistanın şimal və şimal-qərb ərazilərində, Gürcüstanın cənub, Azərbaycanın isə qərb ərazilərində rast gəlinir. 1967-ci ildə elmi məqsədlər üçün Ukrayna aparılmış və hazırda Teterev çayı boyunca sərbəst yayıla bilmişdir. Sayları yüksək və dəyişməzdir. == İstinadlar == == Ədəbiyyat == Darevsky, I. S. and Danielyan, F. D. Diploid and triploid progeny arising from natural mating of parthenogenetic Lacerta armeniaca and L. unisexualis with bisexual L. saxicola valentini.
Ermənistan legionu
Erməni legionu - (alm. Armenische Legion‎) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi. Erməni legionu 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.
Ermənistan luması
Ermənistan luması (erm. լումա) — Ermənistanda mübadilə olunan pul vahididir və dramın 1⁄100 hissəsini təşkil edir. Sikkələr 10, 20 və 50 nominallı lum olaraq 21 fevral 1994-cü ildə istifadəyə buraxılmışdı. Hal-hazırda mübadilədə istifadə olunmurlar, amma qanuni ödəmə vasitəsinin statusunu saxlayırlar. == Xarakteristikası == Bütün sikkələr alüminiumdan hazırlanmışdır.
Ermənistan mədəniyyəti
Ermənistan mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir.Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI–V əsrlərdən başlayır və daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ — orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur. XV–XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövləti yaradılır. == Tarixi == === Urartu === === Sünik === == Erməni dili == === Şriftlər === Yerkataqir erməni yazısının ən qədim şriftidir.
Ermənistan parlamenti
Ermənistan Respublikasının Milli Məclisi (erm. Հայաստանի Հանրապետության Ազգային ժողով, Hayastani Hanrapetyut'yan Azgayin Joğov; Ազգային ժողով, ԱԺ Azgayin Joğov, AJ) — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub (1995-ci ildə) I çağırışda 190 deputatdan ibarət idi, (1999-cu ildə) II çağırışdan etibarən isə 131 deputatdan ibarətdir.Halhazırda 132 deputatdan ibarətdir.
Ermənistan qaçqınları
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
2012-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. == Arxa plan == İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. 2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.Bundan əvvəl Azərbaycan digər silah bazarlarından kənarda qaldıqdan sonra İsraildən 1,6 milyard ABŞ dolları dəyərində hərbi texnika almasından sonra Dağlıq Qarabağın işğalına son qoymaq məqsədi ilə müdafiə xərclərini artırdığı qeyd edilmişdi. Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏT-in monitorinq rəsmiləri Tavuş bölgəsində təmas xətti boyunca baş verən son hadisələri araşdırmaq üçün birtərəfli sahə monitorinqi missiyası həyata keçirdi. Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. == Hadisələr == İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.Ertəsi gün Azərbaycanın qərbində yerləşən Qazax rayonundakı Aşağı Əskipara yaxınlığında dörd azərbaycanlı əsgər öldürüldü. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyini bildirdi.
2012-ci ildə Azərbaycan-Ermənistan sərhəd münaqişələri

2012 Azərbaycan-Ermənistan münaqişəsi

2015 Ermənistan etirazları
2015 Ermənistan etirazları — 17 iyun 2015-ci ildə Ermənistanda başlayan etirazlardır. Etirazların əsas səbəbi elektrik tarifinin artımıdır. == Haqqında == Etirazçılar hökumətdən avqustun 1-dən evlərə verilən elektrik enerjisi qiymətlərinin 17-22 faiz artırılması qərarını dəyişməyi tələb etdilər. Ermənistanın elektrik şəbəkəsinin sahibi Rusiya şirkətidir. Şirkət deyir ki, qiymətlərin qalxması zəruridir, çünki Ermənistan milli valyutası olan dramın dəyəri aşağı düşüb.Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər. Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb. === Haqqında === Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
ABŞ–Ermənistan münasibətləri
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir. 2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı.
ABŞ—Ermənistan münasibətləri

Argentina–Ermənistan münasibətləri
Argentina—Ermənistan münasibətləri — Argentina və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Argentinadakı erməni diasporası Latın Amerikasındakı ən böyüyük diasporasıdır. Burada təxminən 120.000 nəfər erməni yaşayır. == Tarix == 1892-ci ildə Erməni köçkünlərinin ilk dalğası Argentinaya, əsasən Misir və Suriyadan gəlir. Birinci Dünya müharibəsi dövründə Argentinaya bir neçə min erməni mühacirət edir. 1918-ci ilin mayında Ermənistan Respublikası adı altında qurulan dövlət Rusiya İmperiyasından müstəqilliyini elan edir. 1920-ci ildə Argentina Ermənistanın müstəqilliyini tanıyır və ölkələr arasında diplomatik münasibətlər qurulur. 1920-ci ilin dekabrında Qırmızı ordu Ermənistan ərazisinə daxil olur və ölkə Sovet İttifaqına daxil edilir. 1962-ci ildə Buenos-Ayres vilayətinin erməni icmasının futbol klubu qurulur. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa edir.
Avropa İttifaqı–Ermənistan münasibətləri
Avropa Birliyi—Ermənistan münasibətləri — Avropa Birliyi və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Avropa Birliyi uzun illərdir ki, intensiv dostluq münasibətləri saxlayır. Tərəflər arasındakı münasibətlərin təməli 2017-ci ildə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan yeni tərəfdaşlıq sazişinin AB-Ermənistan münasibətlərində "yeni bir səhifə açacağına" inandığını bildirir. Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Yüksək Nümayəndəsi Federika Moqerini 2019-cu ilin iyun ayında Ermənistanla AB arasındakı münasibətlərin "əla" səviyyədə olduğunu bildirir. == Ermənistan və AB arasında ortaq aviasiya == Ermənistan Eurocontrol, Avropa Mülki Aviasiya Konfransının üzvü və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin tərəfdaşıdır. Ermənistan və AB arasında 2017-ci ilin fevralında yeni tərəfdaşlıq müqaviləsinin imzalanmasından sonra Ermənistan Avropa Ümumi Aviasiya Bölgəsinə qoşulmaq barədə danışıqlara başlayır. Ermənistan Mülki Aviasiya Departamentinin rəhbəri 2017-ci ilin aprel ayında aparılan ilk danışıqlar zamanı Ermənistanın ümumi aviasiya məkanına qoşulmağa böyük önəm verdiyini və bunun Ermənistan və Avropa hava yollarına öz fəaliyyətlərini daha da gücləndirməsinə, eyni zamanda çox sayda Avropa aviaşirkətinin uçmasına imkan verəcəyini bildirir. AB-nin İrəvandakı nümayəndə heyəti, razılaşmanın Ermənistanın Avropa və xarici dünya ilə daha güclü əlaqələrə yol açacağını və sərnişin nəqliyyatı xərclərini azaldaraq səyahət üçün yeni marşrutlar açacağını bəyan edir. Razılaşma qüvvəyə mindikdən sonra, aviaşirkətlər yeni marşrutları heç bir məhdudiyyət olmadan idarə edə və 500 milyonluq əhalisi olan bazara xidmət etmək üçün bərabər fürsət əldə edə biləcəklər.
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan-Ermənistan münasibətləri
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan-Ermənistan münasibətləri — Ermənistan 2006-cı ildən bəri, Azərbaycan isə 2008-ci ildən bəri Avroviziya Mahnı Müsabiqəsində iştirak edir. BMT tərəfindən Azərbaycanın de-yure hissəsi sayılan, lakin 1993-cü ildən Ermənistanın dəstəklədiyi de-fakto Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olmuş Qarabağ bölgəsi ilə bağlı davam edən münaqişə, bir neçə dəfə Avroviziya Mahnı Müsabiqəsinə də təsir etmişdir. Ermənistanla Azərbaycan arasındakı münaqişələr ilk dəfə 2006-cı ildə, Azərbaycan mətbuatı müsabiqənin veb-saytında Dağlıq Qarabağın Ermənistan təmsilçisi Andrinin doğum yeri kimi qeyd etməsini, o vaxtkı Azərbaycan SSR-in tərkib hissəsi kimi qeyd etməsini tənqid edəndə ortaya çıxdı. Münaqişələr 2009-cu il müsabiqəsi boyunca kəskinləşdi: Azərbaycan ərazisindəki abidənin təsvirinin erməni ifaçılarının 2009 Avroviziya Mahnı Müsabiqəsinin reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra Eurovisionun təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab etmiş və həmin hissəni videogörüntüdən çıxartmışdır.Ermənistan finalda, nəticələr açıqlanarkən abidənin çoxsaylı şəklini göstərərək cavab verdi. Müsabiqənin ardından, Azərbaycanın dövlət yayımçısının erməni girişini senzura etmək üçün verilişin yayımını pozduğunu və Azərbaycan hökumətinin vətənpərvər olmamaqda və təhlükəsizlik üçün təhdiddə ittiham edərək Ermənistana səs verən vətəndaşları sorğu-suala tutması barədə iddialar ortaya çıxdı. İstintaqın ardından, Azərbaycan Avropa Yayım Birliyi (EBU) tərəfindən seçicilərin şəxsi həyatının pozulmasına görə cərimələndi.
Azərbaycan Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. == Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan–Ermənistan döyüşləri (2014)
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == ErmənistanErmənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
Azərbaycan–Ermənistan müharibəsi (1918–1920)
Azərbaycan-Ermənistan müharibəsi — 1918–1920-ci illərdə Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə. Faktiki olaraq, iki ölkə müstəqilliyininin qısa müddəti ərzində — 1918-ci və 1920-ci ildə iki Azərbaycan-Ermənistan müharibəsi baş vermişdir. Regionun ərazisində Osmanlı və Britaniya imperiyaları iştirak edirdi: Osmanlı İmperiyası Mudros müqaviləsindən sonra regionu tərk etsə də, Britaniyanın təsiri, xüsusilə Densterfors qüvvələri 1920-ci ilə qədər davam etdi. Müharibə kütləvi etnik təmizləmə və bölgədə demoqrafik vəziyyəti dəyişən mart qırğınları, Bakıda ermənilərin qırğını və Şuşa qətliamı kimi etnik zorakılıqlarla müşayiət olunurdu. Müttəfiq komandanlığın və bəzi hallarda Gürcüstan hökumətinin vasitəçiliyi uğurla nəticələnmədi və müharibə yalnız əvvəlcə Azərbaycan, sonra isə Ermənistan Milli Hökumətinin XI Qızıl Ordunun zərbələri altında süquta uğramasından sonra başa çatdı. == Zəmin == 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş oktyabr inqilabından sonra Azəbaycanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Zaqafqaziyada üç müstəqil respublika — Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsinə çalışdı, mübahisəli əraziləri beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan öz köhnə torpaqları kimi qələmə verməyə başladı. Erməni millətçi separatçı qüvvələri Dağlıq Qarabağ haqqında qaldırdıqları iddialarda Azərbaycan və Gürcüstan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq məqsədilə həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin may ayında Qarabağın erməni icması 1918-ci ilin avqust və sentyabr aylarında keçirilən konqreslərində Azərbaycanın tərkibində qalmağı qərara almışdır. Lakin İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər.
Azərbaycan–Ermənistan münaqişəsi (2017)
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. == Fevral == Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb. === Haqqında === Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Azərbaycan–Ermənistan münasibətləri
Azərbaycan–Ermənistan münasibətləri — Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Əsasən davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur. Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edildi. Qondarma Dağlıq Qarabağ Respublikası quruldu. 1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozdu. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və s. münaqişələrdə Azərbaycan Ermənistanı məğlub etmişdir. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş əraziləri azad etmişdir. Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan-Ermənistan sərhədi delimitasiya edilməyə başlandı.
Azərbaycan–Ermənistan mədəni münasibətləri
Azərbaycanlı–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–2022)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan–Ermənistan sərhəd münaqişəsi (2012)
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. == Arxa plan == İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. 2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.Bundan əvvəl Azərbaycan digər silah bazarlarından kənarda qaldıqdan sonra İsraildən 1,6 milyard ABŞ dolları dəyərində hərbi texnika almasından sonra Dağlıq Qarabağın işğalına son qoymaq məqsədi ilə müdafiə xərclərini artırdığı qeyd edilmişdi. Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏT-in monitorinq rəsmiləri Tavuş bölgəsində təmas xətti boyunca baş verən son hadisələri araşdırmaq üçün birtərəfli sahə monitorinqi missiyası həyata keçirdi. Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. == Hadisələr == İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.Ertəsi gün Azərbaycanın qərbində yerləşən Qazax rayonundakı Aşağı Əskipara yaxınlığında dörd azərbaycanlı əsgər öldürüldü. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyini bildirdi.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (avqust, 2022)
Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat. == Arxa plan == 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. == Əməliyyatlar == === 1 avqust === Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb. Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (noyabr, 2021)
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. == Zəmin == Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022)
Sentyabr döyüşləri və ya Azərbaycan–Ermənistan sərhəd toqquşması, həmçinin İkigünlük müharibə — 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma isə məhz 2022-ci ilin sentyabrında vermişdir.
Azərbaycan–Ermənistan sərhədi
Azərbaycan–Ermənistan sərhədi — Azərbaycan və Ermənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinnin uzunluğu 996 ilə 1007.1 km arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir. De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Bundan əlavə, de-yure, sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir — sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan–Ermənistan sərhədi boyunca davam edir.

Digər lüğətlərdə

-истик-(а) запа́льник изда́ние по причине того́, что прижи́ться проки́дывание хи́жина винтообра́зно выду́мывать вы́школенность гости́нец нава́стриваться откомандиро́вывание перековы́ривать перехоте́ться процеду́ра тю́телька в тю́тельку кяпичи godforsaken orange-jelly parable shooting iron spinning jenny trench-digging Walthamstow