ERTƏ

1. Sözün etimonu ir kəlməsidir və tez deməkdir. Anadolu türkləri nəyi isə sonrakı günə (aya...) saxlamağı bəyan edərkən ertələ sözünü işlədirlər.

2. Bazar ertəsi deyirik. “Sonrakı” mənasında işlədilən ərt (yert) sözü olub. Tuva dilində sabah yerinə erten işlədilir. “Tez” mənasını verən ertə kəlməsi ilə bunların heç bir qohumluğu yoxdur, omonim sözlərdir. İkinci söz erkən kəlməsi ilə qohum­dur (sözün kökü er kəlməsidir). Bazar ertəsi ifadəsinin mənası “bazar keçdikdən sonra (bazardan sonrakı gün)” deməkdir. Ertə sözü mənbələrdə erqe, erten, yerte kimi də yazılıb. Söz həm də ötə şəklində qeydə alınıb. Güman ki, ötmək (keçib getmək) feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

EROZİYA
ESTUARİ
OBASTAN VİKİ
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da,cəmiyyətdə daha sadə,sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir.Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır.Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.Onlarda bazar ertəsi həftənin ikinci günüdür. Qədim türk, ərəb, fars, yunan, ivrit, portuqal və erməni dillərində bazar ertəsi ikinci gün deməkdir. Bazar ertəsi ilə bağlı bəzi inanclar da vardır.SSRİ-də 1960- cı ildən 1965- ci ilədək bazar ertəsi günü edilən 11 kosmik uçuş qəza ilə nəticələndiyindən, bu gün 1965-ci ildən " yuxarıların tapşırığı ilə " kosmonavtlar üçün bazar günü elan edildi.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

знамено́сец мистици́зм однокле́тный североамерика́нский синхрони́зм сыпну́ть угоре́в за душой нет зака́зывать перецепля́ться растворённость шерсти́стый горшок пахташ assign ease in eve half-island hegumene open-handedly permanent teeth swift-footed Thomist vanitas vanitatum белиберда