ertələnmək
erudisiya
OBASTAN VİKİ
Bazar ertəsi
Bazar ertəsi – dünyanın bir çox ölkələrində yeni həftənin başlandığı gün. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin birinci günüdür. Rəsmi sənədlərdə bazar ertəsi bəzən qısaldılmış şəkildə b.e. də yazılır. Türk dillərində " ertə " " gün başlanğıcı", " sabah " anlamında olduğundan " bazar ertəsi " -" bazardan sonrakı " gün deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə bazar ertəsi adlansa da,cəmiyyətdə daha sadə,sıra sayına görə birinci gün deyilir. Bazar ertəsi həftədə bazar günü ilə çərşənbə axşamı arasında yerləşir. Bir çox ölkələrdə həftənin birinci günü bazar ertəsidir.Həm yeni iş, həm də yeni dərs günü bazar ertəsi ilə başlayır.Ancaq islam ölkələrində və İsraildə həftə bazar günü ilə başlayır.Onlarda bazar ertəsi həftənin ikinci günüdür. Qədim türk, ərəb, fars, yunan, ivrit, portuqal və erməni dillərində bazar ertəsi ikinci gün deməkdir. Bazar ertəsi ilə bağlı bəzi inanclar da vardır.SSRİ-də 1960- cı ildən 1965- ci ilədək bazar ertəsi günü edilən 11 kosmik uçuş qəza ilə nəticələndiyindən, bu gün 1965-ci ildən " yuxarıların tapşırığı ilə " kosmonavtlar üçün bazar günü elan edildi.

Digər lüğətlərdə

аэропо́езд бу́рный голо́вка двухголо́сно многомиллио́нный насма́ркивать ордина́торская подлущи́ть сироти́на хлеборе́зка кровососу́щий нави́нчивание сели́тебный ши́канье слызгать channel delectation diagonal over-caution running rigging sideling впрыгивать ростральный семиугольник сходный