eskadron
eskalator
OBASTAN VİKİ
İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri
İdlib əməliyyatı (türk. İdlib Hârekatı) və ya şifrələnmiş adı ilə İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri (türk. İdlib Gerginliği Azaltma Kontrol Gücü faaliyetleri) — "Fərat Qalxanı" əməliyyatından sonra, de-eskalasiya zonası yaratmaq hədəfiylə 12 oktyabr 2017-ci il tarixində Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat. Bu, Fərat Qalxanı və Şah Fırat əməliyyatlarından sonra Türkiyənin həyata keçirdiyi üçüncü transsərhəd əməliyyatıdır. == Arxaplan == Hərbi əməliyyat Türkiyə, Rusiya və İran tərəfindən imzalanmış 2017-ci il Astana sazişindən sonra başladılmışdır. Bu sazişdə, qeyd edilən ölkələrin hökuməti Əl-Qaidənin bir qolu olan Həyyat Təhrir əş-Şam (əsasən HTŞ olaraq bilinir) cihadçı radikal hərbi quruplaşmasının İdlib regionundan çıxarılması üçün razılaşmışdılar. HTŞ İdlib regionundakı dominant qüvvə hesab edilirdi, lakin quruplaşma İdlib əməliyyatının başlamasıyla dəstək itirməyə başlamışdır. == Əməliyyat == === 2017-ci il === Türkiyə Silahlı Qüvvələri 2017-ci ildə sadəcə kiçik ölçülü hərbi əməliyyatlar həyata keçirmişdir. === 2018-ci il === 2018-ci ilin fevral ayında Türkiyə Silahlı Qüvvələri İdlibin şimal və cənub-şərqi hissələrində çoxsaylı müşahidə nöqtələri tikməyə başlamışdır.13 mart 2018-ci il tarixində Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Həma mühafəzəsinin şimal-qərbi hissəsinə daxil olmuş və iki yeni müşahidə nöqtəsi tikməyə başlamışdır. Türkiyə nümayəndə heyətinə Türkistan İslam Partiyası müşayiət edirdi.22 may 2018-ci il tarixində Türkiyə Silahlı Qüvvələri İdlib mühafəzəsindəki 12-ci və son müşahidə nöqtəsini tikmişdir.
амфи... многопла́новый посдержа́ть с полсло́ва хрущёвка я́стребы ка́фельный миротво́рческий неснято́е молоко огруби́ть полирова́льный эско́рт стучать quay radiopasteurization republish scalper tail off unobservant unsanitary valorize waistband yawny водолюбивый обхохотаться