eskimoslar

eskimoslar
eskimosca
eskiz
OBASTAN VİKİ
Eskimoslar
Eskimoslar və ya İnuitlər və Yupiklər — Arktika bölgədəki dörd ölkəyə yayılmış olaraq, Şərq Sibir, Alyaska, Kanada və Qrenlandiyada yaşayan və Eskimos-Aleut dil ailəsinin Eskimos dilləri ilə danışan Eskimos-Aleut xalqlarının ən böyük qrupu olan şimal qütb xalqı. Digər qohum xalq Aleutlar hesab olunur. Eskomoslar özlərini "iunit" adlandırırlar. "Eskomos" sözü (eskimansiq — "çiy yiyən") hindi qəbilələrindən olanabenaklara və atabasklara aiddir. Eskimoslar Yupik və İnuit olmaq üzere iki ana qrupa ayrılar. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimoscası adı altında Eskimos dillərinin üçüncü ana qolu olaraq təsnif edər. == Ümumi məlumat == Eskimoslar, eskimolar – ABŞ-də (Alyaskada – 47 min 783 nәfәr; 2000), Kanadanın şimalında (50 min 480 nәfәr; 2006), Danimarkada (18 min 563 nәfәr; Qrenlandiya adalarında – tәqribət 50 min nәfәr; 2007) vә RF-dә (Çukot Muxtar Mahalında –1529 nәfәr; 2010) yaşayan etnik birlik. Ümumi sayları tәqribən 170 min nәfәrdir. Eskimos-aleut dil ailәsinә aid dillәri iki qrupa bölünür: inupik (Berinq boğazında Diomid adalarının, Alyaskanın vә Kanadanın, Labrador vә Qrenlandiyanın şimalında qohum dialektlәri) vә Alyaskanın qərb vә cənub - qərbindә, Müqəddəs Lavrenti vә Çukot yarım-adalarında yaşayan әhalinin danışdığı dialektlәrlә birlikdә yupik – üç dildәn ibarәt qrup (mәrkәzi yupik, Sibir yupiki vә suqpiak, yaxud alutiik). Etnos kimi e.ә.
Eskimosların folkloru
Eskimosların folkloru — eskimos xalqlarının zəngin şifahi yaradıcılığı olmuşdur. Nağıl və əfsanələrində, əsasən, kosmoqonik miflərə, qədim inanclara üstünlük verilmişdir. Ənənəvi inancları qorunub saxlanılır. == Nağıllar == Eskimos mifologiyası ilə sıx əlaqəli olan nağıllarda kosmoqonik miflər, coğrafi obyektlərin, göy cisimlərinin, ətraf aləmlə bağlı obyektlərin və ənənələrin mənşəyi haqqında miflər əks olunur. Günəşin yaranması haqqında mifə görə qardaş öz bacısına vurulur. Bundan xəbər tutan bacısı qaçır. Bacı qovan qardaş ay, qız isə günəş olur. Ay diskindəki ləkələr, bacının gecə qonağını gün ərzində tanımaq üçün alnına vurduğu hiss izləridir (mərkəzi Yupik, İnupiat, iqlulik, netsilik, Labrador eskimosları) . Ulduz topaları qütb ayılarını, yaxud onların köpəklərini qovan ovçular sayılır . Böyük Ayı bürcü, maral karibudur (iqlulik, Şimali Alyaskada yupik, inupiat, Baff torpağı eskimosları, Labrador, Qərbi Qrenlandiya) .
Sirenik eskimosları
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər. Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar. Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları Yupik xalqları Sirenik yupikləri Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri 20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı. 1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi. 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur. Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır.