Portuqaliya eskudosu
Eskudo Portuqaliyanın rəsmi valyuta olaraq avronu 1999-cu ildən etibarən istifadəsinə qədərki rəsmi valyutası idi. Eskudonun istifadəsi 2002-ci ildən etibarən tamamilə dayandırılmışdır. Beynəlxalq valyuta kodu PTE idi. Eskudonun işarəsi dollar işarəsinə çox oxşardır. Lakin dollar işarəsindən fərqli olaraq yuxarıdan aşağıya doğru iki sətirdən ibarətdir.
Eskudo ilk dəfə 1911-ci ildə istifadə edilmişdir. Avro keçidində istifadə olunan paritet 1 Avro=200 Eskudo olmuşdur.
Dəmir pullar olaraq dövriyyədə: nadir olan 1, 5 və 10 eskudo və müntəzəm istifadə edilən 20, 50, 100 və 200 eskudo mövcud idi. Kağız pullar formasında isə dövriyyədə 500, 1000, 2000, 5000 və 10 000 eskudo mövcud idi.