ESTET

I
сущ. эстет:
1. поклонник искусства, ценитель изящного
2. человек, оценивающий всё исключительно с эстетической точки зрения
II
прил. эстетский. Estet ədası эстетская манера
ESTAMP
ESTETCƏSİNƏ
OBASTAN VİKİ
Estetik cərrahiyə
Estetik cərrahiyə — xarici görünüşün dəyişdirilməsi məqsədi ilə həyata keçirilən cərrahiyyə. İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır. ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik ( eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat - dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür. == Estetik cərrahiyənin növləri == Plastik əməliyyatların bir neçə növü mövcuddur. Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır.
Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir . == Haqqında == Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır . Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir . Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.
Estetika
Estetika (yun. aisthētikós — hiss edәn, hissiyyatlı) — insanın dünyaya dәyәrlilik münasibәtinin spesifik tәzahürü olaraq estetik sahәni vә insanların bәdii fәaliyyәt sahәsini öyrәnәn fәlsәfi elm, hisslər haqqında elm. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumqarten işlətmişdir. Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir. == Estetika sözünün mənası == Estetika yunan sözüdür. "Aisthetiko" hiss edən, həssas mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi fəaliyyət növüdür.Estetik tərbiyə incəsənətin bir növüdür.Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b.
Estetçilik
Estetçilik — fəlsəfədə qədimlərdə gözəllik haqqında elm sayılmış estetika (yunanca hiss, duyğu) sözündəndir. == Ümumi məlumat == Estetçilik ədəbiyyatı gözəlliyik kateqoriyası ilə bağlayan bir termin kimi işlənir. Sosiologizm kimi estetçilik də qanlı Qərbi Avropa inqilablarının təsiri ilə yaranıb. Birinci termin bu inqilabçılara tərəfdar olanları, estetçilik isə bu inqilabların əleyhinə olan, onlardan qorxan varlı ədəbiyyat adamlarını nəzərdə tuturdu. Sənətdə ancaq gözəllik axtaranlar varlı siniflərin nümayəndələri, Burjua ziyalıları idilər. İnqilabları doğuran səbəblər onlar üçün, onların maddi durumu üçün maraqlı deyildi. Estetlər sənəti ali təbəqə üçün bar əyləncə hesab edir və onun sosial, idraki, tərbiyəvi və s. funksiyalarına laqeyd yanaşırlar. Çünki estetlərin çoxu yaxşı maddi təminatı olan, maraqlı və gözəl yaşamaq istəyən insanlardılar. Ona görə onlar sənəti öz ehtiyacları üçün uyğunlaşdırır və subyektivləşdirirdilər.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır".Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir. Overalın əsas tezisi kollektiv şəxsiyyətə xəyanət və ya diskriminasiyaya dəstək verməsi kimi etnik təbiət və irqi transformasiyaya qarşı olan arqumentlərin transseksual dəyişikliklə bağlı olan arqumentlərlə eyni olmasıdır.
Şəhərin estetikası (film, 1973)
== Məzmun == Filmdə respublikamızın paytaxtı Bakının arxitekturası, mənzərəli bulvarı, şəhərin küçələri, yeni tikintiləri, tarixi abidələri, müasir üslubda tərtib olunmuş reklamlar öz əksini tapmışdır. Kinolentdə eyni zamanda belə bir gözəl şəhərin estetik gözəlliyiniə xələl gətirən qüsurları da göstərilir və tənqid olunur. == Film haqqında == Film Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.

Digər lüğətlərdə

вы́жариться гну́ться голоднёшенький горева́ть ды́бить злоко́зненно кольчу́га не то́лько..., а и подста́вка приподня́ть гидра́т обхва́тывание по че́сти сказать предпринима́ть сано́вник станио́ль лопарь nose-dip Port Arthur spelling book those versemaker wolfhound -дольный хвост