ETİBAR

is. [ ər. ]
1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət.
İnsan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun.

// məc. Vəfa.
Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir.
Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli.

□ Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək.
Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli.
Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə.
[Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov.

2. klas. Ad, san, şərəf, hörmət, nüfuz.
Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir.
Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid.

□ Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq1) hörmətdən düşmək, nüfuzunu itirmək.
Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani;

2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq;
3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında).
Etibarı olmaq1) inanılmaq, başqasının yanında etimadı olmaq;
2) möhkəm olmaq, davamlı olmaq.
3. klas. Əhəmiyyət, məna.
Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.

4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək,
…nəzərə alaraq, …əsasən, …görə, …kimi.
Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov.

Синонимы

  • ETİBAR etibar bax inam; vəfa, sədaqət
  • ETİBAR ad-san — şərəf — hörmət — nüfuz
  • ETİBAR sədaqət — vəfa
ETERNİ́T
ETİBARƏN
OBASTAN VİKİ
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.
Etibar Cəfərov
Etibar Teyyub oğlu Cəfərov (4 aprel 1983, Morul, Şamxor rayonu – 23 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı. == Hərbi xidməti == Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Əhmədov
Etibar Əhmədov (dirijor)
Etibar Əliyev
Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Əliyev (deputat) — Azərbaycan Milli Məclisinin deputatı.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. == Həyatı == 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. Bir müddətdən sonra isə hərbi xidmətini Əfqanıstanda davam etdirmişdir. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi. Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi.Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Göygöl rayonunda dəfn edilmişdir.
Etibar Hüseynov
Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur. == Təhsili == Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
Etibar Həsənov
Etibar Ələddin oğlu Həsənov (7 fevral 1991; Qarıkənd, Gədəbəy rayonu — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Mahmudov
Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; Mingəçevir, Azərbaycan — 8 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur. == Hərbi xidməti == 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Etibar Məmmədov
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin]Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin] === Ailəsi === Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var. Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib.Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir. == İctimai-siyasi fəaliyyəti == === Azərbaycan Xalq Cəbhəsində === Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib. O, 1988-ci ildə başlamış xalq hərəkatına qoşulmuş və tanınmış simalarından birinə çevrilmişdir.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. == Həyatı == Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir.Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
Etibar Quliyev
Etibar Quliyev — "Azərbaycan Bayrağı" ordeni təltifçisi; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 aprel 1974-cü ildə Füzuli rayonunun Merdinli kəndində doğulmuşdur. 1980-ci ildə Merdinli kəndində orta mərktəbə gedib. 1988-ci ild oranı bitirib. 1994-cü ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Beyləqan rayonunda Cərcis peyğəmbərin ziyarətgahının ətrafındakı şəhidlər xiyabanında dəfn edilmişdir. == Döyüşlərdə iştirakı == 1994-cü ilin əvvəlində könüllü olaraq cəbhəyə yollanır. Tərtər və digər rayonlara aid yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. 6 may 199-4cü ildə Tərtər döyüşlərində qəhrəmancasına həlak olur. Cəbhədə bir erməni tankı naməlum trayektoriyalarla hərəkət edir, bəlli hədəfləri vurduqdan sonra gizlənir, kamuflyaj olurdu.
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Babayev (rejissor)
Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi == Həyatı == 1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur. Bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur. 2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir. == Tətlifləri == 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi adı ilə təltif olunmuşdur.
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. == Həyatı == Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. == Filmoqrafiya == Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətildən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Etibar Şirinov (şəhid)
Etibar Fazil oğlu Şirinov (27 avqust 1993, İvanovka, İsmayıllı rayonu – 9 noyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənndə almışdır. Bundan əlavə Dini Hafizlik təhsili almışdır. Etibar 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu. == Hərbi xidməti == Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil də birinci Qarabağ müharibəsinin qazisidir. Etibar İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. Zəngilan rayonu ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir.
Etibar Əhmədov (20 Yanvar şəhidi)
Etibar Əhməd Rzaqulu oğlu (20 avqust 1962, Dəmirçi, Noraşen rayonu – 19 yanvar 1990, Sədərək rayonu) — 20 yanvar şəhidi. 1962-cu ildə 20 avqustda Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tikinti idarəsində sürücü işləmişdir. İki oğlu, bir qızı qaldı, doqquz bacı-qardaşı. Yanvarın 19-da Sədərək yaxınlığındakı postlarda növbədə olub. Axşam növbəsini qurtarıb evə gəlib. Yoldaşları onu evə dincəlməyə göndərmişdi. Qərar tuta bilmədi evdə, qayıtdı yoldaşlarınınyanına. Özü də həmişəlik. Yoldaşlarını müdafiə etməyə getmişdi, torpaqlarını qorumağa getmişdi, elə o torpağa da tapşırıldı.
Etibar Əhmədov (dirijor)
Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu‎, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru. == Həyatı == Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub.
Etibar Əhmədov (şəhid)
Etibar Əhəmədov (azərb. Əhmədov Etibar Qaragədə oğlu‎; 17 mart 1960, Ağdam rayonu – 1993, Haramı düzü, Beyləqan rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. == Həyatı == Etibar Əhəmədov 17 mart 1960-cı ildə Azərbaycan SSR-in Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1967-ci ildə ilk orta təhsilini Sarıcalı kənd 8 illik məktəbində (indiki I saylı Sarıcalı kənd tam orta məktəbi) almağa başlamış, 1975-ci ildə buranı bitimişdir. 1975-ci ildə Respublika Kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə 54 nömrəli texniki-peşə məktəbinə daxil olub əl qaynaqçısı peşəsinə yiyələnmişdir. 1978-ci ildən BBTİ-nin 3 nömrəli ETK-nda əmək fəaliyyətinə başlamışdır. 1979–1981-ci illərdə Belarusiyada tikinti batalyonunda hərbi xidmətdə olmuşdur. 1981-ci ilin iyununda yenidən 3 nömrəli ETK-da əmək fəaliyyətinə başlamışdır.
Etibar Əliyev (deputat)
Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Etibar Əliyev 1 mart 1963-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. Rus dilini bilir. == Elmi fəaliyyəti == Etibar Vəliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir. == Siyasi fəaliyyəti == Etibar Əliyev 2010-cu il tarixində keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur. O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd Abıyev və Əziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.Etibar Əliyev 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur.
Etibar Əliyev (hüquqşünas)
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. == Həyatı == Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Müharibə veteranıdır.
Etibar Əliyev (milli qəhrəman)
Etibar Əliyev (11 iyul 1955, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır. == Ailəsi == Ailəli idi. İki qızı yadigar qalıb. == Xatirəsi == Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Əliyev (əsgər)
Etibar Əliyev (11 iyul 1955, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır. == Ailəsi == Ailəli idi. İki qızı yadigar qalıb. == Xatirəsi == Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB)Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Etibarlı Hesablama Bazası (EHB)
Trusted Computing Base (TCB)Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Etibarlı Əllər (1973)
Etibarlı əllər (film, 1973)
Etibarlılıq
Etibarlılıq – sistemin, kompüterin, yaxud qurğunun verilmiş zaman aralığında müəyyən şəraitdə düzgün işləməsi ehtimalı. Texniki etibarlılıq müxtəlif keyfiyyət göstəriciləri ilə ölçülür; məsələn, sərt diskin etibarlılığı çox zaman dayanmalararası orta qiymət kimi verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Etibarnamə
Etibarnamə — bir şəxsin üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi vəkalət sənədi. Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamə sənədində müddət göstərilməyibsə, onda etibarnamə, etibarnamənin təsdiq edildiyi vaxtdan etibarən 1 il müddətində yararlıdır. Təsdiq edilmə tarixi göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Значение слова в других словарях

малодосту́пный осчастли́вить прибли́зиться сплю́щивать сточи́ть теплово́й церковноприхо́дский инфракра́сный наточи́ть недова́ривать обмя́ть па́йщица плодово-я́годный лопать Achean elegiac kerplunk part catalogue pleasuring pneumogastric rock hound wager policy waylaid wheelchair перхать