ETİDAL

is. [ ər. ]
1. Mötədillik, mülayimlik, orta halda olma; tam lazım olduğu dərəcədə, həddə olma.
2. Soyuqqanlılıq, sakitlik, təmkin.
Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, öz etidalını pozmayaraq yenə də Azərbaycan nümayəndələrinin rahatlığı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi. M.S.Ordubadi.
Mehriban Zeynalın belə gecikməsinə əhəmiyyət verməyirdi.
Etidalını pozmadan oturub çocuqlarına paltar tikirdi. S.Hüseyn.

3. “la” şəkilçisi ilə: etidalla yaxud kəmali-etidalla zərf – soyuqqanlılıqla, səbirlə, təmkinlə, sakit surətdə.
[Səlim] kəmalietidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn.
Ramazan yenə də etidalla cavab verdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ETİDAL soyuqqanlılıq — sakitlik — təmkin
  • ETİDAL mötədillik — mülayimlik

Etimologiya

  • ETİDAL Ərəbcə mötədil (orta hal) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ETİBARSIZLIQ
ÉTİKA

Digər lüğətlərdə

вылива́ться дежу́рить ехи́дно запева́ние и́стовость конфо́рка отплыва́ть подселя́ть угледобыва́ющий экскре́ция люмпенизация невырази́мый принуди́ловка ре́я таким мане́ром укача́ть cart-horse Cora evaporate leafhopper mellifluent олигархия позволительный полушутя прозвонить