ETİQAD

is. [ ər. ]
1. Bir şeyə qəlbən və möhkəm inanma, inam.
[Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı!… M.İbrahimov.

// Əqidə, qənaət, fikir.
…Bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etməmişdilər. C.Məmmədquluzadə.
[Mərhumun qardaşı:] Çünki seyidin qulluğuna etiqadla getməmişdi.
Əlbəttə, etiqad böyük şərtdir. Ə.Haqverdiyev.

□ Etiqad etmək (eləmək, bəsləmək) – qəlbən və möhkəm inanmaq, iman gətirmək, ürəkdən təsdiq etmək.
Bir parça buludun yağış yağdırmasını güman etməsəm də, ancaq Nisə xala məndə elə bir təsir buraxmışdı ki, onun hər dediyinə etiqad edirdim. Qantəmir.
Hər hansı müalicə içərisində xəstənin özünün etiqad bəslədiyi müalicə ən birinci vasitədir. S.Rəhimov.

2. din. Bir din və məzhəbə inanma, inam.
Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur. Ə.Qəmküsar.
Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə gözünü göyə çöndərdi. Çəmənzəminli.

Синонимы

  • ETİQAD 1. ETİQAD (bir din və məzhəbə inanma) Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur (Ə
  • ETİQAD inam
ETİKETLƏNMƏK
ETİQADCA
OBASTAN VİKİ
Azərbaycanda dini etiqad azadlığı
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var.

Значение слова в других словарях

бе́нтос виднёшенько гулли́вость зафу́кать зачаро́ванно лепета́ть многомиллио́нный несхо́дность промерза́емость расцепля́ться экли́птика амба́р до́ктор дрожь нараста́ние повздыха́ть сну́кер сверб claimer die-hard galatea hair-spring tootler пристрастие светофильтр