EV-OCAQ

сущ. обобщ. дом, очаг; домашный очаг; шутл. пенаты
EV-EV
EVAKUASİYA
OBASTAN VİKİ
Ocaq
Ocaq ya da Soba, cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən bir cihazdır.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.
Ocaq iyesi
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. == Tarixi == Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Ocaq iyəsi
Ocaq iyəsi — türk, tatar və altay xalq inancında ocaq ruhu. Ocaq (Ocak, Ocag, Oşak, Oçok, Osak, Öcek) iyəsi olaraq da bilinir. Monqollar Qulamta (Qolumta, Xolomta, Holumta) Ezen olaraq xatırlayarlar. Ocağın qoruyucu ruhudur. Hər ocaq üçün fərqli bir iye vardır. Türk mədəniyyətində ocaq çox əhəmiyyətli bir yerə malikdir, evin ən əhəmiyyətli ünsürü olduğu kimi məcazi ev mənasına da gəlir. Ateşe hörmət göstərilməsi lazımdır. Ocaq və atəşi müqəddəs qəbul edilir. Eyni şəkildə ocağın üzərinə qoyulan üç ayaqlı qazanlar da əhəmiyyətli bir yerə malikdir. Azərilər ocağa su dökmeyip özbaşına sönmesini gözləyərlər.
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər.İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. === Dairəvi evlər === Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi. Dairəvi evlərə bitişik tikilən dördkünc otağı çox vaxt arakəsmə divarla iki hissəyə bölərək ondan anbar kimi istifadə etmişlər; evlərin divarları və torpaq döşəməsi saman qatışdırılmış gillə suvanırdı.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Ocaq (film, 1987)
== Məzmun == Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir. Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir. Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Sarı Ocaq (Çaldıran)
Sarı Ocaq (fars. ساري اجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (83 ailə).
Atlantlı ev
Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib. == Tarixi == Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi. === Sökülməsi === 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib.
Ağ Ev
Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb.
Butulkalı ev
Butulka ev — Gəncədə tarixi bina. Bu evi məşhur edən onun tikinti materialı əvəzinə butulkadan istifadə edilməsidir.Bina 1966-ci ildə tikilmişdir. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. Bu İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb. Binanın tavanı 2019 Avqustunda lambirin hissəsi taxta parketlə əvəz olunmuşdur.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox səyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarından daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. == Xüsusiyyətləri == === Dovşanlardan fərqi === Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıq gözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. === Anatomik xüsusiyyətləri === Adadovşanlarının böyük, oval bədənləri var.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Ev öküzü

Digər lüğətlərdə

па́сока поднакопи́ть поу́мничать умили́ть умозри́тельно дрему́честь ко́мпас отключа́ть позлаща́ться полузакрыва́ть реду́т э́кскурс мяряндать субординация укрух шеврюга Amen averse bareknuckle buckwheat braid gainsay ring finger shuffleboard одичалый подшивать